Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 5-10-2015, 15:24
Bakıda yaşayıb rayon qeydiyyatlı maşın sürənlərin nəzərinə


Yol polisi Bakıda rayon qeydiyyatı ilə avtomobil sürən sürücülərə qarşı tədbirlərə başlayıb.

Butov.az Lent.az-a istinadən xəbər verir ki, yol polisi Bakıda anadan olmuş şəxslərə də güzəşt etmir və avtomobil əgər paytaxt qeydiyyatında deyilsə, həmin nəqliyyat vasitəsinin şəhərdən çıxarılmasını tələb edir. Sürücülər isə Bakıda yaşadıqlarını, burada qeydiyyatda olduqlarını əsas gətirərək bu tələblə razılaşmırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, Bakıda avtomobil idarə edən şəxslər nəqliyyat vasitələrini mütləq öz adlarına səndələşdirməlidirlər. Yəni Bakı sakininin rayon qeydiyyatında olan nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi artıq mümkün olmayacaq: "Maşın kimə məxsusdursa, onu öz adına rəsmiləşdirməlidir. Bakı sakininin rayon qeydiyyatı ilə avtomobil idarə etməsi artıq mümkün olmayacaq. Sürücü maşını öz adına keçirdikdə, həm də yeni nömrə almış olacaq və problem birdəfəlik həll ediləcək. Belə hallara tez-tez rats gəlinir. Ümumiyyətlə, rayon qeydiyyatlı avtomobillərin paytaxta buraxılmaması ilə bağlı narazılıqlar var. Amma bu prosesdən razılıq edənlərin sayı narazılardan 100 dəfələrlə çoxdur".


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!