Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 8-10-2015, 11:54
“Azərbaycan Dəmir Yolları”ndan əhaliyə MÜRACİƏT


"Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları əvvəlki elektrik qatarları ilə müqayisədə daha sürətlə hərəkət edir. Bu marşrutla hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun mühafizə zolağında, hərəkətətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür, çəpərləmə işləri aparılır". Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Butov.az SİA-ya istinadən xəbər verir ki, N. Əzməmmədovun sözlərinə görə, bəzi hallarda Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik qatarlarının marşrutlarına yaxın ərazidə yaşayan vətəndaşlarımız qadağan olunmüş yerlərdən keçməklə, kiçik yaşlı övladlarını nəzarətsiz qoymaqla, həm özlərinin həyatını təhlükə qarşısına qoyur, həm də Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik qatarının təhlükəsiz hərəkət etməsinə mane olurlar: "Bu da son nəticədə elektrik qatarlarının hərəkətində lənəgimələrə səbəb olur. Ona görə də piyadalar unutmamalıdırlar. Piyadalar dəmir yollarını yalnız müəyyən edilmiş yerlərdən (körpülərdən, tunellərdən və keçidlərdən istifadə edərək) keçməlidirlər. Körpülər və tunellər olmayan stansiyalarda piyadalar dəmir yollarını keçid döşəmələri olan, habelə «Dəmir yolundan keçid» nişanları qoyulmuş yerlərdən keçməlidirlər. Yaxınlaşmaqda olan qataradək məsafə 400-metrdən az olduqda, qatarın qarşısından dəmir yolu xəttini keçmək olmaz. Relsin üstünə çıxmaq və ya onun üzərində oturmaq, tiyə və çərçivə relsi arasında dayanmaq qadağandır. Dəmir yollarına qatarların hərəkəti üçün təhlükə yarada bilən əşyalar qoymaq olmaz".

Mətbuat Katibliyinin rəisi məsələ ilə bağlı piyadaları daha diqqətli olmağa, bu məsələlərə daha məsuliyyətlə yanaşmağa, tələb olunan qaydalara əməl etməyə çağırıb.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!