“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 16-11-2015, 13:22
Lənkəranda maariflənmə niyə yasaq edilir?


AZƏRBAYCANIN CƏNUB SƏRHƏDDİNDƏ NARKOMANİYA VƏ İİV-QİÇS VİRUSU XƏSTƏLİYİNƏ QARŞI MAARİFLƏNDİRMƏ MÖVZUSU YASAQ EDİLİR…

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BU MÖVZUYA MARAQLI DEYİL…

9 noyabr tarixindən başlayaraq 13 noyabr 2015-ci il tarixinədək “Dünya ana və uşaqlar” İctimai Birliyinin “Narkomaniya və İİV-QİÇS virusu xəstəliyinə yoluxmuş yeniyetmə və gənclərin maariflənməsi və tibbi reablitasiyası” layihəsinin növbəti təqdimatı cənub bölgəsində həyata keçirildi. Belə ki, mövzuyla əlaqədar təhkim olunmuş 5 nəfər nümayəndə heyətinin, beş gün ərzində Salyan, Beləsuvar, Cəlilabad, Masallı və Lənkəran ictimaiyyəti arasında apardığı maarifləndirmə işi çox çətinliklə də olsa baş tutdu. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Narkomaniya və İİV-QİÇS virusu xəstəliyinə yoluxmuş yeniyetmə və gənclərin maariflənməsi və tibbi reablitasiyası” layihəsi bundan öncə Bakı şəhərindəki Binəqədi və Yasamal rayonlarında keçirilmişdir. Hal-hazırda narkomaniyanın ən çox yayıldığı Azərbaycanın İranla həmsərhəd olduğu Cənub bölgəsinin Lənkəran şəhərində əhali arasında “Sağlam Həyat Tərzi” adlı ictimai və kütləvi kompaniya aparılaraq görüşlər keçirilmiş, siqaret, narkomaniya və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində əhalinin məlumatlılıq səviyyəsinin artırılmasına, yeniyetmə və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına, həmin ərazilərdə İİV-QİÇS virusu xəstəliyinə yoluxmuş övladların müalicə olunmasına mənəvi, hüquqi, psixoloji dəstək olmaqla onların müalicəsinə köməklik göstərilmişdir.
Lənkəranda maariflənmə niyə yasaq edilir?
Lənkəranda maariflənmə niyə yasaq edilir?

“Dünya ana və uşaqlar” İctimai Birliyinin “Narkomaniya və İİV-QİÇS virusu xəstəliyinə yoluxmuş yeniyetmə və gənclərin maariflənməsi və tibbi reablitasiyası” layihəsinin cənub bölgəsindəki yekun görüşü Azərbaycan Respublikasının Təsil Nazirliyinin № 481447111/16 –li 09.10.2015-il tarixli məktubuna əsasən, Lənkəran şəhər Təhsil şöbəsinin göstərişi ilə Lənkəran şəhər 1 saylı tam orta məktəbində həyata keçirildi. Lakin, nədənsə məktəbin direktoru Nəzakət xanımın keçirdiyi g[zl’nilm’z təşvişi nəticəsində tədbirin gedişatı pozuldu. Məlum oldu ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin göstərişi ilə tədbirin dayandırılması tələbi qoyulub. Nümayəndə heyəti öz işini uğurla başa vurduqdan sonra Bakıya qayıdıb.
Elmira AĞAYEVA
Lənkəranda maariflənmə niyə yasaq edilir?
Lənkəranda maariflənmə niyə yasaq edilir?


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!