İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 14-12-2015, 09:14
Təhsillə bağlı maraqlı təklif: KOLLECLƏR BİRLƏŞDİRİLSİN!


Bir çox orta ixtisas təhsil ocaqlarının eyni profil üzrə fəaliyyət göstərməsi bunu zəruri edir.

Azərbaycanın təhsil sistemində yaşanan özbaşınalıq və hərc-mərclik pik həddədir. Mikayıl Cabbarov kimi təhsilə naşı olan birinin nazir təyin edilməsi isə durumu daha da ağırlaşdırmaqdadır.

Butov.az Jam.az-a istinadən xəbər verir ki, bu sahədə mütəxəssis olanlar artıq danışmağa başlayıblar. Onların böyük əksəriyyəti bəyan edir ki, təhsil sektorunda vəziyyət gərgindir və prosesin zamanında qarşısı alınmalıdır. Ekspertlər vurğulayırlar ki, hazırkı təhsil sistemi mahiyyət etibarı ilə gözəl görünsə də, ortalıqdakı reallıq vahiməli durumdan xəbər verir.

Bəzi müşahidəçilər isə Təhsil Nazirliyində daha maraqlı bir təklif verərək, onlardan qənaətçil olmalarını istəyiblər. Onlar qeyd edirlər ki, hal hazırda dövlət qənaət siyasətinə keçib və bu səbəğdən də büdcə xərclərini azaldaraq, minimum həddə endirib. Boş və mənasız işlərə sərf olunan vəsaitlərin ödənişi dayandırılıb. Bundan sonra daha nələrin olacağı isə hələlik məlum deyil.

JAM.AZ bildirir ki, mütəxəssislərin təklifləri kifayət qədər maraqlıdır və onların tətbiq edilməsi bir xeyli xərclərin azalmasına gətirib çıxaracaq. Onların dediyinə görə, Bakıda fəaliyyət göstərən bir çox kolleclər var ki, onların birləşdirilməsi lazımdır. Çünki həmin təhsil ocaqlarının təyinatları eynidir.

Təkliflərdən biri belədir ki, Bakı Sosial Pedoqoji Kollec, Bakı Sənaye Pedoqoji Kolleci və Bakı Humanitar Kollecinə qəbul aparılan ixtisaslar Azərbaycan Pedoqoji Kollecindəkiylə eyniyyət təşkil edir. Ona görə də, hər 3 kollecin APK-yə birləşdirilməsi daha məqbul hesab edilir.

Digər təklifə əsasən Bakı Sosial-İqtisad Kolleci ilə ADİU-nun nəzdindəki Maliyyə-İqtisad Kolleclərinin birləşdirilməsidir. Müşahidəçilər vurğulayırlar ki, hər iki təhsil ocağının təyinatları eynidir və bu səbəbdən də birləşmələri daha doğru olardı.

Üçüncü təklif Bakı Kompyüter Kolleci ilə bağlıdır. Və bildirilir ki, həmin təhsil ocağı ləğv edilərək, Texniki Kollecə birləşdirilməlidir.

Xatırladaq ki, sözügedən kolleclərin böyük əksəriyyəti 2001-2001-ci illərdə yaradılıb və məqsəd kollec sistemini daha da inkişaf etdirmək olub. Lakin bu zaman ciddi səhvlərə yol verilib, o səbəbdən də hər il yüz minlərlə manat pullar xərclənib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!