TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 13-04-2016, 16:59
Köçkünlərin aylıq işıqpulu norması azaldıla bilər


`Əhalinin sosial müdafiəsi tədbirlərinin bir hissəsi qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi ilə bağlıdır. Bu kateqoriyadan olan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, sosial rifahının dəstəklənməsi həmişə ölkə rəhbərinin diqqət mərkəzində olub`.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, Hesablama Palatasının Nazirlər Kabinetinə göndərdiyi təklifində qeyd olunub ki, həyata keçilən tədbirlər arasında istifadə edilən kommunal xidmətlərin haqqının büdcə vəsaitləri hesabına ödənilməsi sosial müdafiə cəhətdən həssas olan bu qrupun həyat səviyyəsinin dəstəklənməsində xüsusilə əhəmiyyətlidir. Həyata keçirilən nəzarət tədbirləri məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə istifadə etdikləri elektrik enerjisinin haqqının ödənilməsi ilə bağlı bir neçə təklifi irəli sürmək imkanı verir.

Palata ilk olaraq qeyd edib ki, 2012-2014-cü illərdə bu istiqamətdə dövlət büdcəsindən təxminən 61 mln. manat məbləğində vəsait icra edilib. Məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə istifadə etdikləri kommunal, nəqliyyat və digər xidmətlərin əvəzində müavinət ödənilməsi “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanında nəzərdə tutulub.

Fərmanın icra mexanizmi Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqınların və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası” ilə müəyyən olunub. Qaydaya əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin istifadə etdikləri kommunal, nəqliyyat və digər xidmətlərin, o cümlədən elektrik enerjisinin dəyəri mərkəzləşdirilmiş qaydada xidmət təşkilatlarına ödənilir.

Hesablama Palatası nəzərə çatdırır ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə elektrik enerjisinin adambaşına müəyyən edilmiş istehlak norması 50kVt/saat, 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərara əsasən isə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin elektrik enerjisi norması adambaşına aylıq 150 kVt/saat təsdiq edilib. Aparılmış təhlillər göstərir ki, məskunlaşmamış qaçqınlar və məcburi köçkünlər tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisinin həcmi yerli əhalinin istehlak həcmindən nəzərəçarpacaq dərəcədə çoxdur. Həmçinin qeyd edilməlidir ki, bu fərq eyni yaşayış şərtlərinə malik yerli və məcburi köçkün ailələrinin istehlakında da müşahidə edilir. Belə ki, xidmət göstərən təşkilatlardan alınmış məlumatlara görə respublikanın bütün rayon və şəhərlərində yerli əhalinin orta istehlak göstəricisi 60-80kVt/saat həcmindədirsə, imtiyazlı kateqoriya üzrə bu göstərici 150kVt/saat, başqa sözlə, normativ aktla müəyyən edilmiş həcmdədir:

“Diqqətə çatdırmaq istərdik ki, bu meyl respublika üzrə qazla təchizat səviyyəsinin genişləndiyi bir şəraitdə də dəyişməz qalıb. Qeyd edilənləri, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş geniş miqyaslı tədbirləri, respublika ərazisinin, demək olar ki, tam olaraq qazla təchiz edildiyini, həmçinin məcburi köçkünlərin istehlak normasının digər kateqoriyalarla müqayisədə yüksək müəyyən edilməsinin qeyri-səmərəli istehlaka yol açdığını nəzərə alaraq məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin adambaşına aylıq elektrik enerjisi normasına yenidən baxılması təklif olunur”.

Hesablama Palatası onu da qeyd edib ki, aparılmış araşdırmalar nəticəsində imtiyazlı kateqoriyadan olan şəxslərə büdcə vəsaitləri hesabına qanunvericilikdə müəyyən edilmiş güzəştlə ödənilən xidmət növləri sırasında nəzərdə tutulmadığı halda, məcburi köçkünlərin əkin sahələrinin suvarılması üçün əlavə vəsaitlər ödənildiyi də müəyyən edilib. Məcburi köçkünlərin əkin sahələrinin suvarılması isə onlara qanunvericilikdə müəyyən edilmiş büdcə vəsaitləri hesabına güzəştlə ödənilən xidmət növləri sırasında nəzərdə tutulmayıb. Aparılmış həmin nəzarət tədbirinin nəticələri ilə əlaqədar Komitənin Palataya cavab məktubunda əkin sahələrinin suvarılması üçün büdcə vəsaitlərinin xərclənməsinin məcburi köçkünlərin məşğulluq problemlərinin qismən həllinə nail olunması məqsədi ilə həyata keçirildiyi bildirilib.

Hesablama Palatası bildirir ki, qanunvericilikdə nəzərdə tutulmadığı halda məcburi köçkünlərin istifadəsində olan əkin sahələrinin suvarılmasının dövlət hesabına ödənilməsi, həmçinin mümkün olduğu halda suyun dəyərinin daha aşağı tariflə ödənilməməsi bu istiqamətdə büdcə vəsaitlərinin daha qənaətli sərfinə ehtiyac olduğunu göstərir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!