Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 6-05-2016, 15:03
Zərdabda səyyar xidmət təşkil edildi - Dövlət Miqrasiya Xidməti


Dövlət Miqrasiya Xidməti Zərdab rayonunda maarifləndirmə tədbiri keçirib və səyyar xidmət təşkil edib.

Butov.az-ın ATV.az-a istinadən məlumatına görə, Yevlax regional miqrasiya idarəsinin əhatə etdiyi Zərdabda əvvəlcə 150-ə yaxın ictimaiyyət nümayəndəsinin, əcnəbi və vətəndaşlığı olmayan şəxsin, o cümlədən yerli icra hakimiyyəti orqanları və təhsil işçilərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayev belə bir görüşün, maarifləndirmə tədbirinin və Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunmuş səyyar xidmətin əhəmiyyətini qeyd edib.

Xidmətin məsul əməkdaşı məlumat verib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya Xidməti ölkədə miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması istiqamətində tədbirləri daha da genişləndirib.

Bildirilib ki, bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.

İştirakçılarının nəzərinə çatdırılıb ki, Dövlət Miqrasiya Xidməti tərəfindən ASAN xidmət mərkəzlərində bir neçə xidmət növü təqdim olunur. Belə ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamızda müvəqqəti və yaxud daimi yaşama, həmçinin onların ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi kimi müraciətlər qəbul edilir.

Görüşdə vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən görülən tədbirlərdən də ətraflı söhbət açılıb. Vurğulanıb ki, vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər davam etdirilməkdədir.

Görülən tədbirlərin nəticəsidir ki, təkcə 2016-cı ilin 1-cü rübündə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş 147 əcnəbi və vətəndaşlığı olmayan şəxsin 117-i vətəndaşlığı olmayan şəxsdir.

Rüb ərzində Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş şəxslərin sayı isə 5 nəfər olub.

Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müraciətlərin sayı bu ilin üç ayında 10 mindən çoxdur, onlardan da 9262 nəfər Azərbaycan Respublikasının vətəndaşı sayılıb.

Tədbirdə qeyd olunub ki, əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əcnəbilərin ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət aradan qaldırılıb. "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası"na əsasən beynəlxalq standartalara uyğun olaraq tərtib edilmiş məşğulluq təsnifatının mahiyyəti, müəyyən olunmuş əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat formasının Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində (http://migration.gov.az) yerləşdirilməsi və onlayn rejimdə qəbulu barədə də izahedici söhbət aparılıb. Həmçinin, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti haqqında da məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonra səyyar xidmət həyata keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 39 şəxs istifadə edib. Onlardan 18 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 1 nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul olunub. 2 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 3 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib.

15 şəxsə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub. Müraciət edənlər adından Gülağa İsgəndərov və Bayram Xəlilov maarifləndirmə tədbirinin keçirilməsinə və səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!