Samir Nuriyev iclas keçirdi .....                        2026-cı ilin qeyri-iş günləri - CƏDVƏL .....                        II Qaregin çağırış etsə, hər şeyə hazırıq! - Sarkisyan .....                        Paşinyan seçilməsə, Zəngəzur məsələsi necə olacaq? - ŞƏRH .....                        Paşinyanın dediyi müqavilədən sonra olacaq .....                        Əli Əsədov Aşqabadda Kobaxidze ilə görüşdü .....                        Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq .....                        Bakıda oğurluq edib qaçan şəxslər tutuldu .....                        Paşinyan Moskvadakı iclasa yetişdi .....                       
Tarix : 20-05-2016, 16:46
Ruhi-əsəb dispanserində DAVA: Xanım şöbə müdiri döyüldü



Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Psixiotrik Xəstəxanasında dava baş verib.


Butov.az-ın Musavat.com-a istinadən məlumatına görə, xəstəxananın şöbə müdiri Zeynəbxanım Səmədova xəstə yaxınlarından biri tərəfindən döyülüb. Xəsarət alan şöbə müdiri polisə müraciət edib. Şöbə müdiri xəstəxanada müalicə olunan 1928-ci il təvəllüdlü Məmmədağa Dadaşovun qızı Natiqə Əliyeva tərəfindən döyüldüyünü bildirib.


Tərəflər arasında davanın olmasına səbəb xəstəxanaya gələn Natiqə Əliyevanın 88 yaşlı atasının bədənində xəsarət izlərini görməsi olub. Bundan qəzəblənən N.Əliyeva atasının döyüldüyünü düşünüb və şöbə müdiri ilə mübahisə edib. Mübahisə zamanı N.Əliyeva şöbə müdirini vurub və ona xəsarət yetirib.


Z.Səmədova hadisədən sonra Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək, N.Əliyeva tərəfindən döyüldüyünü bildirib. N.Əliyeva isə öz növbəsində polisə müraciət edərək, atasının xəstəxanada döyüldüyünü deyib.


Musavat.com-a danışan şöbə müdiri Zeynəbxanım Səmədova hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparıldığını dedi: “Hadisə olub. Ancaq kimin günahkar olduğunu, kimin kimi döydüyünü prokurorluq tərəfindən aparılan araşdırma müəyyən edəcək. Mənim aldığım xəsarətlərlə bağlı ekspertizanın rəyi var. Həmçinin Məmmədağa Dadaşovun da... Kimin günahkar olduğu aydın olacaq”.


Şöbə müdiri N.Əliyevanın iddiasının əsassız olduğunu bildirdi: “Mən sizə sual verirəm ki, 88 yaşlı kişini kim döyər? Məmmədağa Dadaşovun qollarında zədə izləri var idi. Ancaq mən səhər xəstəxanaya gələndə bu halla rastlaşmışam. Xəstə pəncərənin barmaqlıqlarını sındırmağa cəhd edib. Bu zaman xəsarət alıb”.


Z.Səmədova 88 yaşlı Məmmədağa Dadaşovun xəstəxanandan evə buraxıldığını bildirdi.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!