Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 27-05-2016, 16:46
Maaşı az olanlar da kredit alacaq – Yeni qayda


Azərbaycanda istehlak kreditlərinin verilməsi ilə bağlı qüvvədə olan qaydalara görə, gəlirlərin 410 manatdan az olan şəxslər də kredit ala bilərlər.

Bu barədə yerli banklardan bildirilib. Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının bir neçə gün əvvəl təsdiqlədiyi qaydalara əsasən, Azərbaycanda istehlak kreditlərinin verilməsində iki göstərici nəzərə alınacaq. Bunlardan biri borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti, digəri isə borcalanan gəlirləri ilə borc yükü arasındakı fərqdir.

Maaşı 410 manatdan artıq olanlar üçün 50% qaydası Qaydalara görə, kredit verilərkən ölkə üzrə yaşayış minimumu da nəzərə alınacaq. Belə ki, xalis (yəni vergilər çıxılandan sonra) gəliri yaşayış minimumunun 3 mislindən artıq olanlara kredit o şərtlərlə veriləcək ki, onların kredit üzrə aylıq ödənişi gəlirlərinin 50%-dən artıq olmasın. Qeyd edək ki, yaşayış minimumu 136 manat, onun 3 misli isə 408 manatdır. Başqa sözlə, gəlirləri 408 manatdan artıq olanların kreit üzrə aylıq ödənişləri bu məbləğin 50%-dən artıq olmamalıdır. Tutaq ki, gəlirləri 600 manat olan şəxs kredit üçün müraciət edirsə. Kredit ona elə şərrtlərlə verilir ki, onun aylıq ödənişi 300 manatdan artıq olmasın.
Aşağı maaşlılar üçün 40% qaydası Amma bu qaydanın açıqlanması ictimaiyyədə, hətta bəzi mütəxəssislərdə də elə təsəvvür yaradıb ki, gəliri 410 manatdan aşağı olanlara kredit verilməyəcək. Halbüki, bu fikir doğru deyil – yeni qaydalara görə, gəlirləri 410 manatdan aşağı olanlar da kredit ala biləcəklər. Sadəcə onlara kreditlər fərqli şərtlərlə veriləcək. Belə ki, qaydalara görə, belələrinin kredit üzrə aylıq ödənişləri gəlirlərinin 40%-dən artıq olmamalıdır.Tutaq ki, gəliri 350 manat olan şəxs kredit üçün müraciət edib. Yeni qaydalara görə, banklar ona krediti elə şərtlərlə verəcəklər ki, onun aylıq ödənişi 140 manatı (350 manatın 40%i) keçməsmin. Bu o məqsədlə edilib ki, az gəlirli vətəndaqşlar kreditlərlə həddən artıq yüklənməsinlər.

Yaşayış üçün xərclər də nəzərə alınacaq Amma bu qaydanın tətbiqində də bəzi çərçivələr var. Belə ki, Həmin qaydaara görə, borcalanın və ya birgə borcalanların gəlirləri və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən artıq olmalıdır. Kredit elə şərtlərlə verilməlidir ki, kreit götürən şəxs və ya onun himayəsində olan şəxslərin minimum yaşayışı üçün məbləğ qalsın.

Misallarla izahat
Misal 1: Məsələn himayəsində özü ilə birlikdə 3 nəfər olan və gəliri 600 manat təşkil edən şəxs kredit üçün banka müraciət edir. Qaydalara görə, onun aylıq kredit ödənişləri gəlirinin 50%-dən artıq olmamalıdır – yəni 300 manat. Amma bu o demək deyil ki, həmin şəxs aylıq 300 manat ödənişlə kredit ala biləcək. Himəyəsində olanların və özünün dolanışığı üçün tələb olunan minimum məbləği, yəni adamğbaşına 136 manatı nəzərə alsaq, bu ailənin dolunması üçün 408 manat tələb olunur. Deməli, bu şəxsin sərbəst vəsaiti cəmi 192 manat qalır və kreditinin aylıq ödənişi də bu məbləği keçməməlidir.

Misal 2: Tutaq ki, aylıq xalis gəliri 200 manat olan şəxs banka kredit üçün müraciət edir. Maaşı 408 manatdan aşağı olduğuna görə, qaydalara əsasən, onun kreit üzrə aylıq ödənişi maaşının 40%-dan artıq olmamalıdır. Maaşın 40%-i 80 manatdır. Amma bu o demək deyil ki, bank ona aylıq 80 manatla kredit ayıracaq. Əvvəlcə, həmin şəxsin gəlirlərindən yaşayış minimumu (136 manat) çıxılacaq. Bu şəxsin sərbəst vəsaiti cəmi 64 manat qalır və ona kredit də elə şərtlərlə veriləcək ki, aylıq ödənişi 64 manatı keçməsin.


Fins.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!