Aytacın atasının narazılığına Baş Prokurorluqdan cavab .....                        Görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib - ZELENSKİ .....                        26 ölkə Ukrayna üçün hazırdır .....                        Zakir Həsənov Vyetnamın Baş naziri ilə görüşdü .....                        Azərbaycanda Çin maşınlarının sayı kəskin artıb - ən çox yayılan MODELLƏR .....                        Məşhur geyim dizayneri Armani öldü .....                        Peşə məktəblərinə qəbulun nəticələri AÇIQLANDI .....                        Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? .....                        Cəlilabadda ağır yol qəzası - 6 nəfər yaralandı .....                       
Tarix : 1-06-2016, 15:18
İşədüzəltmə adı ilə dələduzluq


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Aslanov Vidadi Yunis oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Butov.az xəbər verir ki, “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid Gülbala Muradov iştirak etməyib.

G.Muradovun həyat yoldaşı, zərərçəkmiş Sevda Muradova deyib ki, əri hirsindən məhkəməyə gəlmir: “Mənə deyir pulu sən vermisən, özün də get, al”.

Bundan sonra şahid Gülbala Muradovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O deyib ki, Vidadi Aslanov onun yanında həyat yoldaşı Sevdadan oğlunu işə düzəltmək üçün 1000 manat alıb: “Pulumuz olmadığı üçün Sevda bacısı Rənadan qalan 2 mini verməsini xahiş etdi, o da verdi. Vidadi bir neçə ay keçəndən sonra özü üçün bizdən əlavə 1000 manat borc aldı”.

Məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən V.Aslanov bununla razılaşmaq istıməyib: “Hələ bitirməyək, qoy biraz uzansın. Görək necə olacaq? Zərərçəkənlərlə bir dil tapaq. Məni tutub içəri atsaz nə olacaq? Elə olsa pul onsuz da ödənməyəcək”.

V.Aslanov ifadəsində Sevda Muradovadan pulu borc üçün aldığını deyib: “Mən bizneslə məşğul idim, dövriyyəni artırmaq üçün onlardan borc aldım. Sonra da biznesdə batırdım. İşdi də oldu. Borcu da qaytarmağa imkanım olmadı. Nə vaxt imkanım olsa, ödəyəcəyəm”.

Vidadi Aslanov işədüzəltmə məsələsi ilə bağlı isə yalnız məsləhət verdiyini deyib.

Qeyd edək ki, Vidadi Aslanov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir, barəsində həbs-qətimkan tədbiri seçilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!