Ərdoğandan ABŞ və İsrailin İrana hücumlarına REAKSİYA .....                        Tehrandan cavab: Xamenei vəzifəsinin başındadır .....                        Ərdoğandan İranla bağlı AÇIQLAMA .....                        Bir İtaliya, 12 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - YENİLƏNİB .....                        Netanyahu: “Xameneinin öldüyünə işarə edən əlamətlər var” .....                        Kəlbəcərdə avtomobil aşıb, xəsarət alanlar var .....                        Qəzza dünyadan təcrid olunur: bütün sərhədlər bağlı .....                        Şamaxıda yenidən zəlzələ olub .....                        ABŞ İrandakı hədəflərinin adlarını elan edib .....                       
Tarix : 8-06-2016, 15:47
Səngəçal Terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse-prezidenti təyin olunub.


Butov.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yeni vəzifədə Zaur Paşayev BP-nin Qlobal Əməliyyatlar Təşkilatının (apstrim üzrə), həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı (midstrim) əməliyyatların təhlükəsiz, etibarlı və səmərəli icrasına cavabdeh olacaq.

Zaur Paşayev şirkətin digər bir regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur.

Məlumatda qeyd edilib ki, BP-də çalışdığı 18 il ərzində Zaur dənizdə və qurudakı əməliyyatlar sahəsində dərin təcrübə qazanıb. Səngəçal terminalının meneceri vəzifəsindən əvvəl o, dənizdə Şahdəniz və Çıraq platformalarının meneceri, ondan əvvəl isə ixrac boru kəmərləri üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib.

Zaur Azərbaycan Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirib və onun mexanika mühəndisliyi sahəsində bakalavr dərəcəsi var. 2011-ci ildə Zaur ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunda BP-nin Əməliyyatlar Akademiyasını bitirib.

2011-ci ildə Zaur Azərbaycanda neft və qaz sənayesinin inkişafına töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb.

Azərbaycanlı mütəxəsisə yüksək vəzifə verildi


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!