Avropa dəstək verməyə hazırdır! .....                        ABŞ raketi Rusiyanı təşvişə saldı .....                        Bu gün Super Ay hadisəsi müşahidə olunur .....                        “Qarabağ” “Çelsi”yə uduzdu .....                        Azərbaycanlı tələbə Türkiyədə həbs edildi .....                        Ov qaydalarını pozan əcnəbilər saxlanıldı .....                        Spiker Braziliyaya getdi - COP30-da iştirak edəcək .....                        Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq .....                        Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı .....                       
Tarix : 10-06-2016, 13:12
Bakıda Məhəmməd Əliyə ehsan verən axund danışdı


Bu gün Buzovna qəsəbəsində yerləşən Cümə məscidində İslam dinini qəbul etmiş əfsanəvi boksçu Məhəmməd Əlinin ruhuna ehsan veriləcək. Ehsanla bağlı artıq dünəndən sosial şəbəkələrdə xəbər yayılıb.

Bildirilir ki, Məhəmməd Əliyə ehsan verən şəxs Hacı Soltan Əlizadədir.

H.S.Əlizadə Buzovna qəsəbə Cümə məscidinin axundu, tanınmış ilahiyyatçı alim və yazıçıdır. O, saytımıza açıqlamasında bu gün məşhur idmançı üçün ehsan süfrəsinin açılacağını təsdiqləyib: “Mən onun həm insan, həm də idmançı kimi pərəstişkarıyam. 1997-ci ildə Məhəmməd Əli haqqında “Boksun şahı Məhəmməd Əli” adlı kitabım çap edilib. O vaxt kitabı Boks Federasiyasının prezidenti Ağacan Abiyevə təqdim etdim. Ağacan müəllim kitabın redaktoru oldu, həm də ön söz yazdı. Bir müddət sonra Ağacan Abiyev idmançılarla birgə Amerikaya gedəndə mənim də ora gedib, Məhəmməd Əli ilə görüşmək imkanım yaranmışdı. Amma gedə bilmədim. Sağ olsun, Ağacan müəllim kitabımı aparıb Məhəmməd Əliyə verdi. Həm də xahiş etmişdim ki, mənim üçün onun imzalı fotosunu gətirsinlər. Məhəmməd Əli isə mənə 300 fotodan ibarət albomunu göndərmişdi, üstündə də iki yerdən imza atmışdı”.

H.S.Əlizadə əlavə edib ki, Ramazan ayı ərzində hər gün iftar süfrələri təşkil edilir və bu gün də qaydası üzrə süfrə açılacaq: “Biz qərara gəldik ki, bugünkü iftarı məhz Məhəmməd Əlinin ruhuna ithaf edək. O, bütün dünya üçün sülh elçisi idi, həyatı, seçimləri ilə irqindən, dinindən asılı olmayaraq hamı üçün nümunə idi”.

Qeyd edək ki, ötən həftə dünyasını dəyişən Məhəmməd Əli bu gün dəfn ediləcək.


Lent.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!