Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 21-06-2016, 15:41
Alternativ xidmətdən boyun qaçıranları cəza gözləyir


Belarusda alternativ hərbi xidmətdən boyun qaçıran şəxsləri cəza gözləyir.

Butov.az-ın Novator.az-a istinadən məlumatına görə, Belarusun əmək və sosial müdafiə nazirinin müavini İqor Starovoytov iyunun 21-də belə deyib.

İyulun 1-dən Belarusda “Alternativ xidmət haqda” qanun qüvvəyə minir. Alternativ xidmət silahlı qüvvələrdə həqiqi xidmət keçmək imkanı olan, amma dini baxışlarına görə bunu istəməyən vətəndaşlar üçün ödənişli ictimai faydalı fəaliyyəti nəzərdə tutur.

Qanunun əsas tələblərinə nəzarəti Əmək və Sosial Müdafiə Nazirliliyi həyata keçirir.

Starovoytov deyib ki, vətəndaş üzrsüz səbəbdən alternativ xidmət keçdiyi yerə gəlmədikdə, həmçinin saxta sənəd təqdim etməklə və ya digər bəhanələrlə xidmətdən boyun qaçırdıqda ona ciddi cəza veriləcək: “Belə yayınmalar bir aydan artıq olarsa, vətəndaşa 5 ilə qədər həbs və ya 5 il müddətinə azadlığının məhdudlaşdırılması cəzalarının verilməsi nəzərdə tutulur”.

Bundan əvvəl müdafiə naziri Andrey Ravkov jurnalistlərə bildirmişdi ki, Belarusda alternativ xidmət keçməyə hələ ki, 20 nəfər razılıq verib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!