Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
Tarix : 24-06-2016, 11:56
Azərbaycanda növbəti tədris ilinin müddəti və tətillərin vaxtı açıqlandı


Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planları təsdiq edilib.

Butov.az Avropa.info-ya istinadən xəbər verir ki, əmrə əsasən, Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2016-2017-ci dərs ilinə tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq ediləcək. Buraya ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün tədris planları, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları daxildir.

Yeni təsdiq edilən tədris planlarına əsasən, növbəti tədris ili ərzində dərs məşğələlərinin vaxtı açıqlanıb. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14- də başa çatmalıdır. Dərs ili iki yarım ilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar tarixləri, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərində müəyyələşib.

Dərs ili ərzində tətillər də müəyyən edilib. Belə ki, 5 gün payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvar, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!