Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 19-12-2016, 18:24
Buraxılış imtahanında fənlərin sayı artırıla bilər

“Gələn il IX sinfin buraxılış imtahanında üçüncü fənn kimi xarici dil əlavə oluna bilər”.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, hazırda XI sinif üzrə buraxılış imtahanında şagirdlər onsuz da xarici dildən imtahan verirlər: “2016-2017-ci tədris ilində IX sinif üzrə buraxılış imtahanında şagirdlər yalnız Azərbaycan dili və riyaziyyat fənnindən imtahan verəcəklər. Lakin 2017-2018-ci tədris ilindən IX sinfin buraxılış imtahanında xarici dil fənni olsun. Bununla bağlı bu il monitorinq imtahanları keçirərək nəticələri ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edəcəyik. Müzakirə əsasında da qərar qəbul ediləcək”.

M.Abbaszadə qeyd edib ki, IX siniflər üzrə buraxılış imtahanının I mərhələsi fevralın sonu martın əvvəlində dörd istiqamət üzrə aparılacaq: “İlk imtahan Bakıda keçiriləcək. Bundan sonra imtahanlar ölkənin 3 əlavə regionunda olacaq. Ümumilikdə IX siniflər üzrə buraxılış imtahanının martın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Buraxılış imtahanının II mərhələsi isə orta məktəblər dərslər başa çatdıqdan sonra iyun ayında olacaq. XI siniflər üzrə buraxılış imtahanında isə bu il heç bir dəyişiklik olmayacaq. XI sinif məzunları üçün buraxılış imtahanları yalnız iyun ayında keçiriləcək”.

“Azərbaycanda kurikulumla təhsil alan şagirdlər XI sinfə çatdıqda, yəni iki ildən sonra vahid imtahanların tədbiq olunmasının mümkünlüyünə gəlincə deyə bilərəm ki, ilk olaraq builki imtahanların nəticələri müzakirə olunmalıdır. Nəticələrdən asılı olaraq konkret fikir bildirmək olar”, - deyə Direktorlar Şurasının sədri əlavə edib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!