İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 17-01-2017, 20:01
İtən neftçinin 31 min kredit borcunu SOCAR ödəyəcək

Xəbər verdiyimiz kimi, ötən gün SOCAR ötən il dekabrın 15-də N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində dünyasını dəyişmiş və itkin düşmüş şəxslərin ailələrinə maddi yardım göstərilməsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 10 neftçi ailəsinə maddi yardım göstərilib. Məlumata görə, itkin düşən neftçi Hacəliyev Həsənağa Hüseynağa oğlunun 2013-cü ildə Sahil qəsəbəsində “Neftçi” MTK-dan götürülmüş mənzilə olan 31 840 AZN məbləğində (15.12.2016-cı il tarixə) borcu SOCAR tərəfindən ödəniləcək.

Butov.az xəbər verir ki, Neftçi H.Hacəliyevin oğlu Tamerlan Hacəliyev AzVision.az-a açıqlamasında məlumatın doğru olduğunu, kredit borcunun SOCAR tərəfindən ödəniləcəyini deyib.

“Atam güzəştli ipoteka ilə mənzil götürmüşdü. Məbləğin bir hissəsini biz verirdik, qalan hissəsi SOCAR tərəfindən ödənilirdi. Yerdə qalan borcun ödənilməsi ilə bağlı banka sorğu göndərilib. Bizə bildirilib ki, atamın adına olan mənzilin kredit borcu ödəniləcək. Hazırda bu istiqamətdə işlər görülür”.

Neftçinin oğlu SOCAR rəhbərliyinin onlara tez-yez baş çəkdiyini, problemləri ilə maraqlandığını söyləyib: “SOCAR rəhbərliyi həftdə bir neçə dəfə ailəmizə baş çəkir, problemlərimizlə maraqlanır. Onlardan narazılığımız yoxdur. Biz iki qardaşıq. Bizi işlə təmin edəcəklərini deyiblər. Bu barədə Rövnəq müəllimə məktub göndərilib. Atamın 40 mərasimindən sonra işə başlayacağıq. Dövlətimizə, SOCAR rəhbərliyinə təşəkkür edirik. Bizi çətin günlərimizdə tək qoymadılar”.
İtən neftçinin 31 min kredit borcunu SOCAR ödəyəcək

Qeyd edək ki, qəza nəticəsində itkin düşənlərin ailələrinə iki dəfə olmaqla 9 ailəyə hər dəfə min manat olmaqla ümumilikdə 2000 manat maddi yardım göstərilib. Vəfat etmiş İlham Qafarovun ailəsinə isə 3 000 manat maddi yardım verilib.

"SOCAR-ın 28.12.2016-cı il tarixli sərəncamına əsasən, hər bir ailəyə 5 000 manat maddi yardım göstərilib. Bundan əlavə ANQSİHİRK tərəfindən hər bir ailəyə 1000 manat, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 500 manat məbləğində maddi yardım göstərilib.. Bundan başqa, vəfat edənlərdən Abasov Ramiz Qulu oğlunun 2 övladı, Əsədov Samir Atabala oğlunun 3 övladı, Zülfüqarov Güloğlan Hacıbala oğlunun 3 övladı, Zülfüqarov Azay Hacıbala oğlunun 2 övladı, ümumilikdə 10 nəfər uşağın N.Nərimanov adına NQÇİ tərəfindən himayəyə götürülməsi nəzərdə tutulur, yəni onlara hər ay minimum əmək haqqının 2,5 misli – hazırda 262,5 manat veriləcək. İtkin düşənlərdən bəzilərin ailə üzvləri artıq SOCAR tərəfindən işlə təmin olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!