Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
Tarix : 8-02-2017, 19:38
Azərbaycanda gələn həftədən IV Beynəlxalq multikulturalizm qış məktəbi başlayacaq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fevralın 13-20-də IV Beynəlxalq Multikulturalizm qış məktəbi təşkil edəcək.
Butov.az xəbər verir ki, Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qış məktəbi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” devizi altında Bakı şəhəri və Şəki, Oğuz, Qəbələ, Qax rayonlarında olacaq.
Qış məktəbinə hazırlıq işləri ilə bağlı yekun müzakirə iclası keçirilib.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, bu il Multikulturalizm Mərkəzi növbəti beynəlxalq multikulturalizm məktəbini “İslam həmrəyliyi bizə nə verir?” devizi ilə həyata keçirəcək: "Beynəlxalq multikulturalizm məktəbləri vasitəsilə Azərbaycana olan maraq sevgiyə çevrilir. III Beynəlxalq multikulturalizm məktəbinin xarici ölkələrdən olan iştirakçılarının təşəbbüsü ilə yaradılan “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu məhz ölkəmizə olan sevginin təzahürüdür. Hazırda Klubun 200-dək üzvü var və onlar dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərinin müdafiəçiləri kimi çıxış edirlər. Artıq IV Beynəlxalq Multikulturalizm qış məktəbi ilə bağlı son hazırlıq işləri başa çatdırılıb. İnanırıq ki, Multikulturalizm Mərkəzi IV Beynəlxalq multikulturalizm qış məktəbini də əvvəl olduğu kimi yüksək səviyyədə həyata keçirərək, həm dövlətimizin başçısının müəyyənləşdirdiyi hədəfin gerçəkləşməsinə, həm də “İslam Həmrəyliyi ili”nə layiqli töhfələrini bəxş edəcək”.
Qeyd edək ki, IV Beynəlxalq Multikulturalizm qış məktəbində Azərbaycanla yanaşı, Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərində təhsil alan tələbələr iştirak edəcəklər.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!