Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 13-02-2017, 10:08
Ərzaq məhsullarının qiyməti bahalaşıb

2017-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin yanvar ayına nisbətən 11,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8.0 faiz bahalaşıb.

Butov.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, cari ilin yanvar ayında 2016-cı ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 2,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,9 faiz bahalaşıb.

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, heyvanın, narın, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun qiymətlərində bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2017-ci ilin yanvar ayında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryolu və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində ucuzlaşma, digər ölkələrə hava nəqliyyatı xidmətlərinin, məişət cihazlarının və avtomobillərin təmiri xidmətlərinin, tibbi və stomatoloji xidmətlərin, mənzillərin icarə haqlarının, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!