Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 14-03-2017, 20:35
Azərbaycan bu statistikada ikincidir

Gürcüstan cari ilin ilk aylarında Avropa İttifaqı, MDB və digər ölkələrlə xarici ticarət dövriyyəsini genişləndirib. Yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq 651 milyon dollardan çox olub.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, ölkənin Milli Statistika Xidmətinin yaydığı məlumatda deyilir ki, 2017-ci ilin yanvar-fevral aylarında Gürcüstanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq 174 milyon dollar təşkil edib. MDB ölkələri ilə ticarət dövriyyəsi 32 faiz artaraq 220 milyon dollara çatıb.

Ümumi xarici ticarətin 67 faizi Gürcüstanın əsas ticarət tərəfdaşlarının payına düşüb. Tərəfdaşlar arasında ilk onluqda siyahıya 86 milyon dollarla Türkiyə başçılıq edir. İkinci yerdə 73 milyon dollarla Azərbaycan, üçüncü yerdə isə 72 milyon dollarla Rusiya gəlir.

Fevral ayında Gürcüstan 177 milyon dollarlıq (2016-cı ilin eyni dövrü ilə müqayisədə 45 faiz çox) mal ixrac edib. İdxalın həcmi də 15 faiz artaraq 474 milyon dollar təşkil edib.

Ölkənin ticarət balansında, bu ilin yanvar ayında 297 milyon dollarlıq mənfi saldo yaranıb. Bunun da 46 faizi xarici ticarət dövriyyəsinin payına düşür.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!