Futbol azarkeşlərini daşıyan avtobus yandı .....                        ABŞ Mərkəzi Komandanlığ: F-15 qırıcısı vurulmayıb .....                        Pezeşkian "İranı yox etmək fikri sadəcə boş xəyaldır" .....                        İstanbulda bina çökdü - Ölən var-YENİLƏNİB .....                        Bakı sakini Kürdəmirdə avtomobillə 7 yaşlı uşağı öldürdü .....                        Kansler Trampla nə danışdı? .....                        Neftin qiyməti uzun müddət yüksək qalacaq - Qalibaf .....                        Qətərdə hərbi helikopter qəzası - 6 nəfərin meyiti tapıldı .....                        İstanbulda bina çökdü .....                       
Tarix : 17-03-2017, 11:57
Magistratura və rezidentura ixtisasları üzrə sənəd qəbulunun vaxtı uzadıldı

Butov.az-ın Lent.az-a istinadən məlumatına görə, DİM sədri Məleykə Abbaszadə bu gün keçirilmiş mətbuat konfransında deyib ki, bu gün ərizə qəbulunun son tarixi olsa da ödəniş sistemlərində problem olduğundan tarixin uzadılması qərarı verilib: “ Belə ki, magistratura və rezidentura üzrə ərizə verib təsdiqlətməyən hələ çox şəxs qalıb. Bizdə olan son statistik məlumata görə, magistratura ixtisası üzrə 2111 nəfər, rezidentura ixtisası üzrə təxminən 900 nəfər ərizə verib, amma təsdiqləməyib”.

M.Abbaszadə bildirib ki, bunları nəzərə alaraq ərizə qəbulu martın 29-da başa çatacaq: “ Bayram günləri sənəd qəbulu komissiyaları işləməyəcək. 27-28-də işə başlayacaq. Amma komissiyalar işləməsə də belə ərizə təqdim edib təsdiqlədə bilərlər. Sənəd qəbulu martın 29-da yekunlaşacaq”.

M.Abbaszadə əlavə edib ki, indiki rəqəmlərə görə, magistratura ixtisası üzrə 10650 nəfər, rezidentura ixtisası üzrə 949 nəfər ərizəsini təsdiqlədib.

DİM sədri onu da qeyd edib ki, dünəndən ali təhsil və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edilib və artıq qeydiyyatdan keçənlər var: “22 mindən çox adam ali təhsil müəssisələrinə ərizə verib və 403 nəfər isə təsdiqləyib”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!