Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 17-04-2017, 18:19
"Ovçular evi" nəzarətə götürülüb - Nazlikdən açıqlama

“12 aprel 2017-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyin “Qaynar xətt” xidmətinə daxil olan məlumatla əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti-29 ünvanında yerləşən "Ovçular evi" İctimai Birliyinin ərazisində əməkdaşlarımız tərəfindən araşdırma aparılıb və 27 ağacın hazırda bioloji inkişafda olduğu, 54 ədəd ağacın məhv edildiyi aşkar olunub”.

Butov.az xəbər verir ki, bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev bildirib. Onun sözlərinə görə, araşdırma zamanı həmin ərazidə "A-3 Sənaye Tikinti Korporasiyası" MMC tərəfindən söküntü və tikinti işlərinin aparıldığı müəyyən olunub.

“Araşdırma zamanı məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müvafiq sərəncamı əsasında həmin ərazidə tikinti aparılması üçün torpaq sahəsi ayrılıb. Bu zaman yaşıllığın mövcudluğu nəzərə alınmayıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qanunvericliyə uyğun olaraq heç bir icazə sənədi olmadan tikintiyə başlanılıb”.

R.Mirzəyev bildirib ki, bu səbəbdən "A-3 Sənaye Tikinti Korporasiyası" MMC barəsində akt və protokol tərtib edilib və ağacların məhv edilməsinə görə təbiətə 80 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib.

“Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib. Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 760 manat cərimə kəsilib. Bundan əlavə ərazidə 27 ağacın qorunması üçün şirkətə məcburi göstəriş verilib və ərazi nəzarətə götürülüb. Hazırda söküntü və tikinti işləri həyata keçirilmir. Ərazinin torpaq mülkiyyətçisi Bakı Şəhər İcra hakimiyyətinin səlahiyyətindədir, istintaq tədbirlərindən sonra orada bərpa işləri həyata keçiriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!