Əli Kərimli DTX təcridxanasında xanımı ilə görüşdü .....                        Çernobıl əlillərinə yeni avtomobillər veriləcək .....                        Bakıda mağazalardan oğurluq edildi .....                        Azərbaycanda yeni fond yaradıldı .....                        Putin Ukrayna müharibəsinə görə Baydeni ittiham edib .....                        STM-in üzə çıxardığı böyük sosial problem - AÇIQLAMA .....                        Bu regionda elektron jurnalların tətbiqinə başlanılıb - RƏSMİ .....                        “Ailə vəzifələri olan işçilər”lə bağlı təklif irəli sürüldü .....                        Bu küçədə hərəkət yenidən qurulur .....                       
Tarix : 19-04-2017, 19:45
Bu ilin ilk üç ayında yol qəzalarında neçə nəfər ölüb?

Bu ilin 3 ayında respublikada qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Butov.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən "Ölkə.Az"-a verilən məlumata görə, 2017-ci ilin 3 ayı ərzində respublika ərazisində 407 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 162 nəfər ölüb, 411 nəfər xəsarət alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 12 fakt (2,9%) azalıb, ölənlərin sayı 19 nəfər (13,8%) artıb, xəsarət alanların sayı isə 42 nəfər (9,3%) azalıb.

Respublikada qeydə alınan qəzalardan 140-ı Bakı şəhərində baş verib. Bunların nəticəsində 44 nəfər ölüb, 134 nəfər xəsarət alıb. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və xəsarət alanların sayı uyğun olaraq 7 fakt (4,8%), 26 nəfər (16,3%) azalıb, ölənlərin sayı 13 nəfər (41,9 %) artıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 32,4%-i (132 hadisə, 48 ölüm, 175 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 30,2%-i (123 hadisə, 58 ölüm, 105 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12%-i (49 hadisə, 11 ölüm, 58 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7%-i (7 hadisə, 4 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 47,9%-ni (195) piyadaların vurulması təşkil edib ki, nəticədə 66 piyada həlak olub, 145-i xəsarət alıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər uşaq və yeniyetmə ölüb, 46 nəfər xəsarət alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində ölənlərin sayı 2 nəfər azalıb, xəsarət alanların sayı isə 11 nəfər artıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!