Mingəçevirdə ağır qəza - yaralılar var .....                        Nazirlər təyyarə qəzasını müzakirə etdilər .....                        Ata, sən mənim qəhrəmanımsan... .....                        Zelenskidən Azərbaycana başsağlığı, Rusiyaya ittiham .....                        Yaralarım göründüyündən daha dərindir... .....                        Qəzada həlak olan pilotun anası danışdı - VİDEO .....                        Təyyarə qəzası ilə bağlı növbəti toplantı .....                        Nazirdən təyyarədə balon partlaması iddialarına reaksiya .....                        Rusiyada güclü zəlzələ .....                       
Tarix : 11-11-2016, 19:58
Bu ilin on ayında respublika ərazisində 1677 yol-nəqliyyat hadisəsi baş verib

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olub.

Butov.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 2016-ci ilin 10 ayı ərzində respublika ərazisində 1677 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 638 nəfər ölüb, 1721nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 169 fakt (9,2 faiz), ölənlərin sayı 103 nəfər (13,9 faiz), yaralananların sayı 184 nəfər (9,7 faiz) azalıb.

Bakı şəhəri ərazisində 561 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 158 nəfər ölüb, 579 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 107 fakt (16 faiz), 37 nəfər (19 faiz), 139 nəfər (19,4 faiz) azalıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,9 faizi (654 hadisə, 250 ölüm, 708 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,2 faizi (390 hadisə, 179 ölüm, 340 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,9 faizi (217 hadisə, 49 ölüm, 256 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9 faizi (33 hadisə, 15 ölüm, 31 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 41,8 faizini (702) piyadaların vurulması təşkil edib, nəticədə 257 piyada ölüb, 516-sı yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 46 nəfər uşaq və yeniyetmə ölüb, 165 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı 14, yaralananların sayı isə 8 nəfər azalıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!