Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 25-05-2017, 10:54
"Kapital Bank"ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan-2” layihəsi yekunlaşıb

Azərbaycanda təhsilin inkişafına mühüm önəm verən "Kapital Bank" ASC-nin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün keçirdiyi “Made in Azerbaijan – 2” müsabiqəsi başa çatıb.
Butov.az xəbər verir ki, bu barədə "Report"a Bankdan bildirilib.
Qeyd edək ki, müsabiqənin şərtlərinə əsasən, tələbələr Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını təqdim ediblər. Ötən gün layihə yekunlaşıb və qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirin sonunda 6 finalçı biznes ideyalarını təqdim edib və münsiflər heyəti 3 qalibi seçib. Qaliblərə "Kapital Bank" adından pul mükafatı, korporativ hədiyyələr, həmçinin sertifikatlar təqdim edilib. I yerin qalibi 2000 manat, II yerin qalibi 1500 manat, III yerin qalibi isə 1000 manat mükafatlandırılıb. Digər finalçılara isə korporativ hədiyyələr verilib.
“Ötən il "Kapital Bank"la UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində “Made in Azerbaijan” layihəsi keçirilib, həmçinin “İnnovativ Bankçılıq” laboratoriyası tələbələrin ixtiyarına verilib. Bu ilki müsabiqədə də bir sıra maraqlı biznes ideyalar təqdim edilib və ən yaxşıları seçilib. "Kapital Bank" gələcəkdə də UNEC-lə müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır” – deyə, "Kapital Bank"ın İnsan resurslarının İdarə edilməsi Departamentinin direktoru Fərqanə Məmmədova bildirib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!