Kadırovun oğlu qəzaya düşdü - Vəziyyəti ağırdır .....                        ABŞ niyə İranı vurmadı? - TRAMPDAN AÇIQLAMA .....                        "Neftçi"də bir transfer, iki ayrılıq .....                        40 min nəfər məni İrana çağırır - Pəhləvi .....                        Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi .....                        İran XİN başçısı Münhenə dəvət edilmədi .....                        26 siyasi partiya Nazirliyə hesabat verdi .....                        MİQ imtahanı niyə pullu oldu? - NAZİRLİKDƏN CAVAB .....                        Türkiyə-Ermənistan sərhədində işlər başa çatır - Açılış olacaq .....                       
Tarix : 21-06-2017, 10:30
Bakı Beynəlxalq Avtovağzalı Ramazan bayramında gücləndirilmiş iş rejimində işləyəcək

Bakı Beynəlxalq Avtovağzalı qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.

Butov.az xəbər verir ki, Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 23-dən 28-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə həmin günlərdə 200 ehtiyat avtobusun ayrılması nəzərdə tutulub.

Adi günlərdə 300-330 reyslə 7,5-8 min sərnişin daşınması həyata keçirildiyi halda, bayram günlərində təxminən 500-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması gözlənilir.

Bakı Beynəlxalq Avtovağzalı rəhbərliyi müqəddəs Ramazan bayramı münasibətilə bütün həmvətənlərimizi təbrik edir və bayram günlərində müşahidə olunacaq sıxlığı nəzərə alaraq, həmin tarixlərdə regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün əvvəl almağı tövsiyə edir. Belə ki, il boyu olduğu kimi, bayram ərəfəsində də 10 gün əvvəldən təyin olunmuş bütün qrafik üzrə bilet satışı həyata keçirilir.

Əlavə sual və təkliflər üçün Bakı Beynəlxalq Avtovağzalının (012-499-70-38, 012-499-70-39) nömrələrinə zəng edə bilərsiniz.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!