Səməd Vəkilovun kitabının təqdimatı keçirilib .....                        19 yaşlı erməni hərbçinin meyiti tapıldı .....                        Tramp Ağ Evdə Baydenlə görüşdü .....                        İlham Əliyev daha bir görüş keçirdi .....                        İrana yağan qar yolları bağladı: ərazidən son görüntülər .....                        Biz özümüz də Minsk Qrupunun işindən narazı qaldıq .....                        Paşinyan Kazan görüşündən danışdı .....                        İlham Əliyev Mitsotakislə bir araya gəldi .....                        Əsədovla Mişustin əməkdaşlıqdan danışdılar .....                       
Tarix : 22-04-2016, 10:06
Türkiyədə “Ergenekon”-nun işinə xitam verildi


Türkiyədə ən ali məhkəmə instansiyası ölkənin “hərbi çevriliş cəhdində” günahlandırılan bir sıra yüksək rütbəli hərbçiləri də daxil “Ergenekon” işi üzrə keçən 275 ittihamlının işinə xitam verib.
Appelyasiya məhkəməsinin qərarında deyilir ki, “Ergenekon” adlandırılan qəsd şəbəkəsinin mövcudluğunu isbat etmək mümkün olmayıb.

Appelyasiya məhkəməsinin qərarında deyilir ki, “Ergenekon” adlandırılan qəsd şəbəkəsinin mövcudluğunu isbat etmək mümkün olmayıb
Sözü gedən zabitlər, jurnalistlər, hüquqşünaslar və alimlər 2013-cü ildə o zamankı baş nazir Recep Tayyip Erdoğanın hökumətini devirmək cəhdində təqsirli bilinmişdilər.

Hazırkı məhkəmə qərarı təkrar mühakimə ilə nəticələnə bilər.

Türkiyənin müasir tarixində ən böyük məhkəmə işi olan “Ergenekon” cənab Erdoğanın İslam təmayüllü Ədalət və İnkişaf Partiyasındakı (AKP) tərəfdarlarının ölkənin dünyəvi hərbi kəsimi üzərində təntənəsi hesab edilirdi.

Məhkəmə dinləmələri İstanbul kənarındakı Silivridə güclü təhlükəsizlik tədbirləri şəraitində keçirilirdi. Polis etirazçıları məhkəmə binasının yaxınlığına buraxmamaq üçün dəfələrlə gözyaşardıcı qazlardan istifadə etməli olmuşdu.

Müttəhimlərin arasında ən yüksək rütbəlisi ölkənin keçmiş baş hərbi komandanı İlker Başbuğ idi. Ona ömürlük həbs cəzası kəsilmişdi. Ondan başqa daha 16 nəfər ömürlük həbs cəzasına məhkum edilmişdi.

Dünyəvi hərbiyyənin çökdürülməsi

Appelyasiya məhkəməsi istintaqın qanunsuz aparılmasına dair bir sıra faktları bildirib. Bunların arasında qanunsuz güdmə və axtarışlar da var.

Əslində cənab Başbuğ barədə hökm 2014-cü ilin martında Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilmiş və o sərbəst buraxılmışdı.

İlker Başbuğ 2008-2010-cu illər ərzində Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisi olub.

Ergenekon şəbəkəsi hazırda Türkiyənin prezidenti olan Recep Tayyip Erdoğana qarşı 2003-2004-cü illərdə qəsd hazırlamaqda ittiham edilmişdi.

Mühakimənin əsasında belə bir ittiham dayanırdı ki, guya xalq kütlələrini hökumətə qarşı ayağa qaldıracaq “dərin dövlət” mövcud olub.

Lakin cənab Erdoğanın tənqidçiləri hələ o vaxt onu ölkənin dünyəvi dayaqlarını sarsıtmaqda ittiham edirdilər.

Həmin vaxta qədər ölkə hərbiyyəsi bütün siyasi böhranları həll edən sonuncu instansiya səlahiyyətində idi.

Erdoğan hakimiyyətə gəldiyi gündən hərbiyyənin qüdrətini sarsıtmağa cəhd edirdi. Hakim partiya bu prosesi mülki hakimiyyətin hərbi hakimiyyətdən üstünlüyünün bərqərar edilməsi kimi təqdim edirdi.

Türkiyənin Silahlı Qüvvələri 1960-cı ildən 1997-ci ilədək dörd hökuməti hakimiyyətdən kənarlaşdırmışdı.

Bunlarda biri də 1997-ci ildə ləğv edilmiş Rifah Partiyası idi. Rifah Erdoğanın hazırkı AKP partiyasının xələfi hesab edilir.

“Ergenekon” işi üzrə hökmdən beş il əvvəl aparılmış təhqiqatın nəticəsi olaraq Türkiyə ordusunun yüksək rütbəli zabitləri həbs edilmişdilər.

Onlardan bəziləri ayrıca olaraq “Gürz” adlanan iş üzrə keçirdilər.

Azadliq.org


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!