Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
Tarix : 3-09-2019, 11:48
MƏRDƏKANDA H.Z.TAĞIYEVİN ANIM MƏRASİMİ KEÇİRİLDİ - FOTOLAR
Unutqanlıq faciəmizdir deyiblər. Xalqımız bu faciəni keçmiş sovet imperiyasının tərkibində olarkən yaşayıb. Unutqanlığın acı nəticəsidir ki, 70 il xalqımız bilindən, dinindən, mədəniyyətindən, tarixindən, görkəmli ziyalılarından çox ayrı düşdü. Bu illərdə beynimizə hakim olan sovet ideologiyası tariximizi belə saxtalaşdırdı. Dövrün tanınmış şəxsiyyətləri və onların ailələri isə repressiyalara, ağır sürgünlərə, bütünlüklə məşəqqətli həyata məhkum oldu. Ancaq nə yaxşı ki, müstəqillik illərində belə şəxsiyyətlər haqqında dolğun məlumatlar əldə edə bildik. Həmin şəxsiyyətlərdən biri İçərişəhərli kasıb başmaqçı Tagı kişinin ailəsində göz açdı.12 yaşında 12 saat palçıq daşıdı, 18 yaşında bənna oldu.1873-cü ildə Bakının Bibiheybət kəndində 2 nəfərlə şərikli icarəyə neft əldə etmək üçün torpaq götürüb, buruq qazdı.Günlərin birində isə tale üzünə güldü, bir gecənin içində torpağında neft fontan vurdu və o milyonçu oldu. Bu gün onu - Hacı Zeynalabdin Tagıyevi uşaqdan, böyüyə qədər hamı xeyriyyəçi kimi tanıyır. Sağlığında böyük nüfuz sahibi olan, eyni zamanda gördüyü savab işlərin və xeyirxahlığın, tikdirdiyi binaların, həyata keçirdiyi təhsil, mədəniyyət layihələrinin isə sayı hesabı yoxdur. Mən onun gördüklərindən yalnız cüzi bir hissəni qeyd etmək istərdim. Belə ki, neft sahibkarı H.Z.Tağıyevin Bakıda teatr binasını, bank binasını, ticarət passajını və Zığda toxuçuluq fabrikini tikdirməsinə, Qızlar məktəbini, “Nəşri-maarif cəmiyyəti”ni, Mərdəkanda Bağbanlar məktəbini açmasına, azərbaycanlı tələbələrin xaricdə təhsil almasına, mətbuatın inkişafına maddi dəstək göstərməsinə və Bakıya Şollar suyunun çəkdirməsinə görə adı tariximizə qızıl hərflərlə yazılıb. Onu təkcə Azərbaycanda, neft Bakısının işgüzar həyatında deyil Türkiyədə, Rusiyada, İngiltərədə, Almaniyada, Misirdə, Pakistanda və digər ölkələrdə həm neft milyonçusu, həm də millət atası kimi tanıyıblar.Bu bir həqiqətdir ki, H.Z.Tağıyevin doğma yurduna, torpağına məhəbbət o qədər güclü olub ki, heç vaxt düşünməyib ki, o, canı qədər sevdiyi Azərbaycanı nə vaxtsa tətk edər. Təsadüfi deyil ki, neft maqnatı H.Z.Tağıyev Moskvanın “Qolos Rossii” qəzetinə müsahibəsində də demişdi ki, “Mən Vətənimdən heç yana gedən deyiləm.Ata-anam bu torpaqda basdırılıb, mən də bu torpaqda qəbrə gedəcəyəm. Harada atam ölüb, orada öləcəyəm.” Acı təəssüf ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra onun bütün var-dövləti, eləcə də ailəsi ilə birgə yaşadığı malikanə - indiki Azərbaycan Tarix Muzeyinin binası əlindən alındı. 1924-cü il sentyabrın 1-də axşam saat səkkizin yarısı böyük xeyriyyəçi, millət atası H.Z.Tağıyev dünyasını dəyişdi, Mərdəkan kəndində Axund Əbu Turab Ağanın məqbərəsində böyük izdihamla dəfn olundu. Bəli, bu gün böyük xeyriyyəçi, maarifçi, Vətən təəsübkeşi çəkən böyük şəxsiyyətin - H.Z.Tağıyevin vəfatından 95 il keçir. Az qala bir əsr olsa belə Bakı kəndlərində onunla bağlı xatirələr, Mərdəkan kənd sakinlərinin yaddaşında qalan maraqlı söhbətlər isə unudulmur. Hər il sentyabrın 1-də H.Z.Tağıyevin şəxsiyyətinə hörmət edən insanlar onun qəbrini ziyarət etməyi özlərinə mənəvi borc bilirlər. Deyərdim ki, bu insanların qəlbində H.Z.Tağıyevə böyük məhəbbət olduğuna görə onlar həmin tarixi də hər il səbirsizliklə gözləyirlər. Təəssüf ki, həmin tarixdə Hacı haqqında eşitdikəri maraqlı xatirələrini mərasim iştirakçəları ilə bölüşənlərin də bəziləri dünyalarını dəyişirlər. Onlardan Əməkdar jurnalist Mirvari Rəhimzadənin, tanınmış yazıçı-publisist Teyyub Qurbanın, Mərdəkan sakini Şeyx Sənan Babayevin adını xüsusi qeyd etmək istərdim. Sentyabr ayının 1-də ənənəvi olaraq Hacı Zeynalabdin Tağıyevin xatirəsini əziz tutan insanlar Mərdəkan kəndinə gələrək, H.Z.Tağıyevin qəbrini ziyarət etdilər, məzarı üstünə tər güllər qoydular. H.Z.Tağıyevin işıqlı xatirəsi Mərdəkan kəndindəki Pirhəsən ziyarətgahında onun büstü ətrafında anıldı. Anım mərasimini giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova açdı. O, H.Z.Tağıyevin nəsillərə örnək olan mənalı həyatı, onun gördüyü nəcib işləri, güclü şəxsi keyfiyyətlərini və arxiv sənədlərində yazılan dolğun məlumatları diqqətə çatdırdı. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, İnsan hüquqıarı üzrə müvəkkil, ombusdman Elmira Süleymanova, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov, qəzəl şairi Mahcamal Babayeva, muzey əməkdaşları, H.Z.Tağıyev nəslinin nümayəndələri, tanınmış teleaparıcı Rahib Azəri, Mərdəkanın bir qrup sakini millət atasının xatirələrdə yaşayan mənalı ömür yolundan, millət atasına olan ümumxalq sevgisindən, xeyriyyəçilik fəaliyyətindən söhbət açdılar. Daha sonra Mərdəkan sakinləri tədbir iştirakçılarına təşəkkür etdilər və qeyd etdilər ki, bəzi informasiya saytlarında Hacının ömrünün sonlarında Mərdəkandakı bağ evində ehtiyac içərisində vəfat etmədiyini. əslində kənd sakinlərinin sovet dövründə Hacıya vəfatına qədər təmənnasız təndir çorəyi, ətlə təmin etdiklərini söylədilər H.Z.Tağıyev nəslinin nümayəndələri isə millət atasının qızı, şərəfli ömür yolu keçən Sara Tağıyevanın bəzi xəbər saytlarında milyonçunun dilənçi qızı kimi yazıldığını həqiqətə uyğun olmadığını diqqətə çatdırdılar. Anım mərasimdə çıxış edənlər vurğuladılar ki, burada H.Z.Tağıyev haqqında səslənən fikirlərin hər il televiziya auditoriyasına geniş təqdim edilməsi, millət atası ilə bağlı xatirələrin və fotoşəkillərin toplanaraq kitab halında nəşr olunması, H.Z.Tağıyevin məzarı önündə lövhənin qoyulması, adı verilən küçəyə lövhənin yazılması daha məqsədə uyğun olardı. İnanırıq ki, bu gün 95 il öncə əbədiyyətə qovuşan neft milyonçusu, xeyriyyəçi Hazı Zeynalabdin Tağıyevin xalqımızın maariflənməsinə, Bakımızın və doğma Azərbaycanın memarlığına, rifahına, tərəqqisi naminə gördüyü müqəddəs və nəcib işlər heç vaxt yaddaşlardan silinməyəcək.
Məkanın cənnət olsun, millət atası Hacı Zeynalabdin Tağıyev!
Təranə Cəbiyeva

MƏRDƏKANDA H.Z.TAĞIYEVİN ANIM MƏRASİMİ KEÇİRİLDİ - FOTOLAR
MƏRDƏKANDA H.Z.TAĞIYEVİN ANIM MƏRASİMİ KEÇİRİLDİ - FOTOLAR


Paylaş



Bölmə: Ədəbiyyat / Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!