COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
Tarix : 26-02-2014, 18:37

 

 

 

 

Elinin-obasının xeyriyyəçi xanımı

Elinin-obasının xeyriyyəçi xanımı

 

 

Həkim-jurnalist, şairə xanım “Ürəyin dostları”, Ümumdünya Kardioloqlar Assosiasiyasının üzvü Hacı Azadə Taleh Abbas qızının yubileyilə bağlı yazı hazırlamaq barədə redaksiyadan tapşırıq alanda bir daxili  həyəcan hissi keçirdim. Çünki bu jurnalist kimi yazacağım ilk yazı olmasa da, ilk dəfə idi ki, müsahibə almağa gedirdim.Telefonla əlaqə saxladım. Hacı Azadə xanımın ürəyimə axan həzin, məlahətli səsi demək olar ki, içimdə olan həyəcana son qoydu. Ünvanı və görüş vaxtını dəqiqləşdirdik. Hazırda çalışdığı Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə  İnstitutunda görüşüb tanış olduq:

 

“Hüseynova Azadə Abbas qızı 1964-cü ildə Gəncə şəhərində anadan olub. 1 saylı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsinə daxil olub. 1985-1987-ci illərdə Tələbə Elmi Cəmiyyətinin üzvü olub. 1982-1988-ci illərdə Müalicə işi ixtisası üzrə tam kursu bitirərək M. Qədirli adına Hövzə-klinik xəstəxanasında interna keçib(1988-1989). 13 saylı Bakı şəhər xəstəxanası poliklinikasında sahə həkimi işləyərək eyni zamanda kardiologiya üzrə kurs keçib (1992). Ə. Əliyev adına II terapiya kafedrasında klinik-ordinaturanı (1992-1994) bitirdikdən sonra baş laborant işləyib. Hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının həkimi - assistentidir, kafedranın baş müəllimidir.1995-ci ildə Ümumdünya Kardioloqlar Assosiasiyasının üzvü seçilib. 2002-2005-ci illərdə Kliniki kardiologiya, 2005-ci ildə Allerqologiyanın aktual məsələləri ixtisaslaşdırma və təkmilləşdirmə kursu keçib. Tibb üzrə fəlsəfə doktorudur.

Ədəbi yaradıcılığa erkən başlayan Azadə xanım ilk qələm təcrübələrini 1984-1988-ci illərdə «Tibb kadrları uğrunda» qəzetində çap etdirib. Elə həmin dövrdə də ATİ-də İctimai İxtisaslar fakültəsində xüsusi jurnalistika kursu keçərək jurnalist ixtisasına da yiyələnib. 1994-cü ildə ”Səhər” qəzeti redaksiyasında şöbə müdiri olub. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1995-ci ildən Jurnalistlər Birliyinin İdarə Heyətinin üzvüdür.

«Nə yaxşı ki, dəniz varmış» (1999), «Borçalı lətifələri» (2000), «Taleyim mənim, Talehim mənim» (2000), «Dədə Qorqudda Borçalı izləri» (2001), «Tənha ağac» (2002), «Sənsiz» (2002) (şeirlər), «CO metal və canlı orqanizm» (2003) (dərslik), «Otçiznaə ə svoey Azada» (2003), «Xalqları birləşdirən şəxsiyyətlərdir» (2004), «Hikmət xəzinəsindən incilər» (2005), «Yaz» ingilis dilində (2005), «Həqiqətin təşnəsiyəm» (2006), «Stokholm-Helsinki» ingilis dilində (2005), «Bu sevgi qəlbimə haqdan gəlibdi» (2008), «Çiçəklərin söhbəti» gürcü dilində (2007), «Borçalının ziyalı qadınları» ensiklopedik toplu (2008), “Elə bil Məkkəyə nur ələnibdi” (2009),  “Dunya məni tanidinmi” (2010) “Haqqın quluyam” (2011),  “Ətraf mühit və canlı orqanizm” (2012) (dərslik), ”Qızılgül” (2013)-(toplu) kitabları nəşr olunub. Dünya Azərbaycanlılarının I-II, Azərbaycan Qadınlarının I-II, Azərbaycan Jurnalistlərinin I-II qurultaylarına nümayəndə seçilib. DAK-ın koordinatorudur. Gürcüstan-Azərbaycan Ziyalılar Birliyinin fəxri üzvüdür, 100-dən artıq fəxri fərman və diplomlarla təltif olunub, 20-yə yaxın xarici dövlətlərdə müxtəlif diplomlara layiq görülüb. Bir patentin, bir səmərələşdirici təklifin, 2 metodik tövsiyyənin, 60-a yaxın elmi məqalənin müəllifidir”.  

Bəri başdan deyim ki, bu sadalanan titullardan, kitablardan çox onun  səmimi rəftarı, yanına gələnlərlə xoş ünsiyyəti diqqətimi cəlb elədi. Həzin, məlahətli səsi ilə sanki insanların qəlbinə girir, onların dərdinə şərik olur, onlara əlindən gələn köməyi etməyə çalışırdı. Beləcə xoş ovqata köklənib söhbətimizə başladıq:

Hacı Azadə xanım, bu 50 ildə  nə qazandınız,  nə itirdiniz ?

- Bu illər ərzində 23 kitab ərsəyə gətirmişəm, ailəmizə bir oğul övladı- vətənə bir əsgər böyütmüşəm. Çalışmişam ki, həm nümunəvi ailə sahibi, həm də valideynlərimə layiqli övlad olum.

İtkilərimin ən ağırı 2004-cü ildə  avqustun 20-də itirdiyim candan əziz atam, Borçalının fəxri Abbas Hüseynov oldu. Və bir də itki deməzdim, əslində özümə layiq bilmədiyim insanları özümdən uzaqlaşdırmağım oldu.

Azadə xanım, eşitdiyimə görə siz xeyriyyəçilik fəaliyyəti ilə də məşğulsunuz. Bir qələm əhlinin, həkimin  belə missiyanı üzərinə götürməsi maliyyə problemi yaratmır ki?

- Zənnimcə insan bir işə sidqi ürəkdən qoşulanda çətinliklər o qədər də aşılmaz olmur. Mən 9 dəfə Həcc ziyarətində olmuşam və demək olar ki, dünyanın bütün ziyarətgahlarını görmək nəsibim olub.  Görmədiyim bir Tac Mahal idi ki,  onu da keçən il ziyarət etdim. Hindistana  rəfiqəm- pedaqoq  Mahirə xanımın qızı,  ABŞ- da təhsil almış Züleyxanın toy mərasiminə getdim. Puni şəhərində baş tutan  toy mərasimi  yaddaşımda silinməz iz buraxdı.  Azan vaxtı toydakıların hamısı üzünü qibləyə tutaraq bəylə gəlinə dua edib, onlara xoşbəxtlik arzuladılar. Bundan  böyük gözəllik ola bilərmi bu cütlük üçün?  Azərbaycanlı modelyer Fəxriyyə Xələfovanın  xüsusi parfum hədiyyələrini Züleyxa ilə İrfana mən təqdim etdim.  İrfan da müsəlmandır. Əslində bu toya getməyim də elə xeyriyyəçilik missiyası daşıyırdı. Maliyyə məsələsinə gəlincə mən hər hansısa bir tədbir keçirəndə  müraciət etdiyim  xeyirxahlardan pul istəmirəm. Sadəcə tədbirimizə qatılmalarını və orada olacaq ata-ana himayəsindən məhrum köprə fidanlara və övladları tərəfində atılmış ahıllarımıza məsləhət bildikəri formada  kömək etmələrini xahiş edirəm. Buna görə də heç bir sponsor məndən qaçmır. Tədbirlərim də baş tutur, hətta tədbirdə  həmin sponsorları bir təşəkkür məktubu ilə mükafatlandırıram. Belə tədbirlər hər iki tərəfdə, həm də tədbir iştirakçılarının yaddaşında silinməz bir iz buraxır. Özüm isə belə tədbirlərdə mənəvi rahatlıq tapıram. Əgər hər bir kəs tədbiri  keçirəndə öz cibini yox, tədbirin baş tutmasını düşünərsə, onda hər bir işi əməli -salehin niyyəti  baş tutar.

- Siz Borçalı soyköklüsünüz? Dünyanın 38 ölkəsində olmusunuz. Oradakı soydaşlarımızla görüşmüsünüzmü? Bir də siz işləyə-işləyə bu qədər səfərlərə, ictimai fəaliyyətə necə vaxt çatdırırsınız?

-İstək olan yerdə hər şeyə vaxt tapmaq olur. Bəli, mən Borçalı soyköklüyəm. Atam Sarvanın Qasımlı kəndində, anam isə elə həmin  rayonun  Sadaxlı kəndində dünyaya göz açıblar. Mən isə Ulu Nizami yurdu  Gəncə  şəhərində doğulmuşam. Hər şənbə- bazar günlərini ata ocağında keçirmişik.  Uşaqlığım, gəncliyim və bu günüm də Borçalı ilə bağlıdır. Ürəyim Borçalı ilə döyünür. Elə ona gorə də, jurnalist həyatıma “Borçalı” qəzeti ilə başlamışam. Hazırda mindən çox üzvü olan “Qafqaz  Media” İctimai Birliyinə rəhbərlik edirəm. İctimai Birliyimiz yarandığı gündən bu günə qədər 350-ə yaxın tədbir keçirib ki, bunun üç yüz otuzu xeyriyyə tədbiridir. «Qafqaz Press» qəzetinin təsisçisi və baş redaktoru, eyni zamanda «Kardiologiya», «Hakimiyyət və zaman» jurnallarının təsisçisi və naşiriyəm (2002-ci ildən). Həm də «Borçalı» qəzetilə  eyni adlı jurnalın da baş redaktoruyam. (1996-cı ildən). “ Kardiologiya” və  “Hakimiyyət -Zaman”  jurnalının təsisçisi və baş yazarıyam. Bütün hallarda birinci “Borçalı” qəzetini çapa verib, sonra digər işlərimlə məşğul oluram. Və bununla da qürür duyuram. Çünki məni bu gün cəmiyyət içində formalaşdıran, ətrafımda böyük ziyalı ordusunu toplayan məhz “Borçalı” qəzetidir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, Gürcüstanda 2013-cü ildə nəşr olunmuş “Famous and Business People of Georgia” ensiklopediyasında yeganə Azərbaycan vətandaşı olaraq həm gürcü, həm də ingilis dilində tərcümeyı-halım yer alıb. Bununla bir azərbaycanlı olaraq  fəxr edirəm. Bu gün mən həm də doğma Borçalının adını  Bakıda əbədiləşdirən və ona layiqli xidmət edənlərdən biriyəm. Elə bu günlərdə də, bu doğmalıq özünü göstərməkdədir.

50 illik yubileyimin məhz Gürcüstanda qeyd ediləcəyi mənə həyatımın ən böyük hədiyyəsidir. Bundan əlavə, yubileyim  Rusiyada, Qazaxıstanda, Türkiyədə, İran-İslam Respublikasında, doğulduğum Gəncə şəhərində, sonra isə Bakıda - Azərbaycan Yazıçılar Birliyində  və bəzi təhsil ocaqlarında, kitabxanalarda qeyd olunacaq. 

Zarafat deyil ee, yarım əsrdir yaşayıram. Və mənə elə gəlir ki, çox xoşbəxtəm. Çünki Allahın evini-“Kəbə”ni dəfələrlə, Məkkəni, Ərəfat dağını, Müz Dəlifə çölünü, İsmayıl qurbanları kəsilən Mina Dağını,  Mədinə şəhərində  Məhəmməd Peyğəmbəri, Nəcəfdə Əli Əleyhissalamı, Adəm və Nuh Peyğəmbəri, Kərbəlada- İmam Hüseyni, Şamda Xanım Zeynəbi və Səkinəni,  Məşhəddə Qərib İmam Rzanı, Qumda Xanım Məsuməni,  Meşəli Camidə Süleyman Peyğəmbəri, Təbrizdə Dahi Şəhriyarı və s. ziyarət etmək mənə nəsib olub. Şükürlər olsun bu günə.  Allahdan yenə də, ən böyük arzum Kəbəni dübarə  ziyarət etməkdir.

Mən hara gedirəmsə, təkcə soydaşlarımızla görüşmək yox, həm də onların qəlblərini sevindirmək üçün buradan hazırladıqlarım mükafatları və hədiyyələri onlara aparıram. Və onlarla dostluq münasibətlərini genişləndirməyə çalışıram.

Nənə olmamısınız ki?

- Hələ heç qaynana olmamışam, amma çox istəyirəm. Gəlin gətirmək, nəvə görmək üçün ürəyim əsir. Oğlum Taleyin 25 yaşı var. 2000-ci ildə Gəncə Uşaq  Rəssamlıq məktəbini, 2006-cı ildə Gəncə Türk Özəl Litseyini bitirb, 2006-2008-ci illərdə  Türkiyədə Ankara Universitetinin hüquq fakultəsində təhsil alıb, 2008-2012 qədər ADİU-nun Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində təhsil alıb. Diplomatdır, həvəskar rəssamdır. Naxçıvan Muxtar Respublikasında xidmət edirdi. Əsgəri xidmətdən yenicə qayıdıb. İnşallah ki,  evimizə bir halal süd əmmiş  gəlin gətirər, mən də nənə olaram.

Niyə mətbuatda qeyd olunur ki, sizin doğum gününüz  güllələnib? 

-Mən fevralın 26-da  dünyaya gəlmişəm, 1964-cü ildə. 1992-ci ilin 26 fevralı mənim ən çox sevdiyim  günə, doğum günümə zərbə vurdu. Erməni qəsbkarları  mənim ad günümü millətimizin yas gününə döndərdilər.  Mən hər il 26 fevralda Xocalı sakinlərini başıma toplayaraq bir ehsan süfrəsi açıram. Bu ildə öz ənənəmə sadiq qalaraq fevralın  25-də  saat 13.00-da  Kaktus restoranında  Xocalı sakinləri ilə, həmin illərdə  Xocalıda çalışmış məmurlarla və gələn dostlarımla birgə bir ehsan süfrəsi ətrafında toplaşaraq Ulu tanrıdan Şəhidlərimizə rəhmət diləyəcəyik. “Xocalım” şeirimə çəkilmiş kompozisiya da həmin gün nümayiş etdiriləcək. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

-Sizin sözlərinizə bəstələnmiş bəzi mahnıları dinləmişəm. Ən  xoşuma gələn “Məni sevməyən ölsün”, “Ağlama belə” və “Qəfildən əsən külək” mahnılarınız olub. Bu mahnıları toplum halında  pərəstişkarlarınıza çatdırırsınızmı?

-20-dən çox  şeirimə mahnı bəstələnib, kliplər çəkilib. Elə bu günlərdə də, bəstəkar  Elgün Seyidzadə və bəstəkar Arif Səlimovla birgə fəaliyyətimizdən 10-a yaxın mahnı ərsəyə gəlib. İnşallah bu günlərdə həm mahnılardan, həm də şeirlərimdən ibarət diskim işıq üzü görəcək. İnşallah sizin redaksiyaya da həmin diskləri hədiyyə edəcəyəm.

- Şəkilləriniz arasında Ulu öndərlə, prezident İlham Əliyevlə çəkilmiş şəklinizi gördüm. Həmin görüşləriniz barədə nə deyə bilərsiniz?

Elinin-obasının xeyriyyəçi xanımı

 

2001-2002-ci illərdə Ulu öndər H.Əliyevlə,  2005-ci ildə həm İranda, həm də Azərbaycanda, sonrakı illərdə isə Gürcüstanda və digər ölkələrdə İ.Əliyevlə görüşmüşəm və eyni zamanda həmsöhbət olmuşam. Keçən il oktyabrın 6-da  Dərnəgül əyləncə mərkəzində “İlhamlı günlərə gəlin səs verək” devizi altında böyük bir tədbir keçirərək dövlət və dövlətçiliyə olan məhəbbətimi bir daha göstərdim. Həyat yoldaşım Cavanşır Vahabov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sinif yoldaşıdır. 1967-77- ci illərdə 6 saylı məktəbdə “b” sinfində birgə təhsil alıblar. Cavanşır cənab Prezidentin 45- illik yubileyi münasibətilə “Məktəbdən zirvəyə” kitabını çap etdirdi. 2013-cü ildə Prezident seçkilərində dəstək olduğunu nümayiş etdirərək İlham Əliyevə həsr etdiyi “İlhamlı günlərə gəlin səs verək”  şeiri İncəsənət Gimnaziyasının  recissor-müəllimi Elgün Seyidzadə tərəfindən bəstələdiyi mahnı klip formasında nümayiş etdirilib və disklər seçicilərə hədiyyə olunub. Yeri gəlmişkən, fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ölkəmiz naminə gördüyü çətin və şərəfli işlərində, mənim institut yoldaşım  Mehriban xanım Əliyevaya gördüyü xeyriyyə işlərinə görə öz adımdan və həyat yoldaşım adından minnətdarlığımızı bildirirəm.

Biz də redaksiyamız adından Hacı Azadə xanıma Ulu Tanrıdan möhkəm can sağlığı yaradıcılığında, xeyriyyəçilik işlərində uğurlar və daha bir əllilik ömür diləyirik. 

 

P.S.  Dünən qəzetimiz  çapa hazırlanan vaxtlarda Azadə xanım ənənəsinə sadiq qalaraq Kaktus restoranında Xocalı şəhidlərinı anım günü keçirib, ehsan süfrəsi açıb. Əməkdaşımızın da iştirak etdiyi mərasimdə əvvəlcə bütün Şəhidlərimizin xatirəsi sükutla yad edilib. Yasin oxunub. Film nümaiş etdirildikdən sonra Xocalı soyqırımının şahidləri, Qarabağ müharibəsi iştirakçıları və digərləri çıxış ediblər. Xocalıda şəhid olanların sayının ən azı 3813 nəfər olduğu ilə bağlı təzə faktlar səsləndirilib və təklif olunub ki, xocalıda qətlə yetirilənlərin sayının daha da dəqiqləşdirilməsi üçün axtarışlar davam etdirilsin.

Elinin-obasının xeyriyyəçi xanımı

 

Nuranə Nəcəfova  

 

 

 

 

 

 



Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!