Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 31-03-2014, 11:57

 

 

 

Güney Azərbaycan Milli Dırəniş Təşkilatının Güney Azərbaycan Mühacir Parlamenti ilə bağlı bəyanatı

 

 

Güney Azərbaycan Milli Dırəniş Təşkilatı Güney Azərbaycan Mühacir Parlamenti ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:


Güney Azərbaycan milli hərəkatının ən önəmli sorunlarından birisi şübhəsız dünyada özünü nə şəkildə təmsil etmə məsələsidir. Milli hərəkatın kürəsəlləşməsı və bölgəsəl dəyişikliklər ilə ortaya çıxan bu sorun, son illərdə xarıcdə yaşayan milli fəallar və qruplar tərəfindən çözülmək istənsə də nə yazıq ki, bü günə qədər ciddi bir başarı əldə edilməyıbdır. Günümüzə qədər qurulan şura, konsey, birlik və cəbhələr Güney Azərbaycanın təmsilat sorununu ortadan qaldırmayıb.
Son günlərdə uluşmağa başlayan Güney Azərbaycan mühacir parlamenti təşəbbüsü bu məsələnı bir daha gündəmə gətirmişdir. Dırənış Təşkilatı adı keçən təşəbbüs ilə yaxından əlaqədar olsa da toplantyıa qatılma şəraiti sağlanmamışdır. Yalnız Dırənış Təşkilatı olaraq bu məsələ ilə bağlı görüşümüzü bildirmək ehtiyaci hıss elədik.
Əlbəttə Güney Azərbaycan dünyadakı təmsilat məsələsinə çözüm gətirmək məcbüriyyətindədır. Bu gün etibarı ilə Güney Azərbaycanın təmsil məsələsinin uzərində ciddi çalışmaq və yol xəritəsını çıxartmaq lazımdır. İndilik içəridə belə bir imkan olmadığı üçün bu məsələ xaricdə fəaliyyət göstərən milli fəallar və təşkilatlar tərəfindən gerçəkləşə bılər. Amma burada diqqət edilməsı gərəkən bir neçə mövzu vardır:
- Bir mıllətin təmsil məsələsini həll etmək uzun sürəlı çalışmalar nəticəsində ola biləcək bir işdır və əcələyə gəlməz. Bunun üçün də dünyadakı örnəkləri yaxşıca incələmək lazımdır.
- Bu təşəbbüs hər nə qədər xaricdə olsa da daxildən qopuq və bixəbər şəkildə olmamalıdır. Mütləq daxilin fikirləri və görüşləri alınmalıdır.
- Təşkilatlararası diaoq və iş birliyi bu işın ilkın addımlarındandır. Təşkilatlar arasında dialoqun olmadığı bir ortamda milli məclisin qurulması və valığını sürdürməsı hardasa imkansızdır. Dialoq və iş birliyi şurası təriqi ilə keçmişdə ki sorunlar göz qabağına alınaraq milli hərəkat içərisində dialoq kültürü öz yerini tapmalıdır.
- Bir sonrakı addımda isə dialoq və iş birliyi qrupunun təşəbbüsü ilə çalışma komitələri uluşdurulmalıdır. Bu komitələr vasitəsilə qurulacaq olan yeni təmsil qurumunun işlək, uzun və qıssa müddətli siyasətləri, hüquqi yapısı, malı sistemi və bu kimi məsələlər üzərində təfərrüatlı çalışmalar aparılmalıdır. Bunun üçün də milli məfkurəlı mətəxəssis və uzmanlarımızdan dəvət edilməlıdır.
- Dialoq və iş birliyi şurası və çalışma komitələrində daha öncə qurulan ortaqlıq və təmsil təşəbbüslərində nədən başarısız ulunduğunu dartışımaq daha sağlam bir yapı uluşdurmağın şərtlərindəndır.
- Uluşacaq quruluşda məşəruiyyət məsələsı diqqətə alınmalıdır. Bu quruluşun məşəru olabilməsı üçün quruluşa qatılım ən yüksək səviyyədə olmalıdır və quruluş mümkün olduğunca mıllətimizin bütün təbəqələrini təmsil etməlıdır.
Fikir və düşüncəsindən asılı olmayaraq Güney Azərbaycan milli mənfəətləri üzərə ciddi və xalq tərəfindən etibar edilən hər kəs  dəvət olunmalıdır. 
Bu sürəcdə bütün işlərdə şəffaflıq göstərilməlı və alınan qərarlar açıq şəkildə xalqla paylaşılmalıdır.
Bir daha xatırlatmaq istərdik ki, biz Azərbaycan Milli Dirəinş təşkilatı olaraq Azərbaycan milli hərkatı  içərisində qalıcı birlik və bərabərlik yaradacaq hər iş və təşəbbüsə dəstək veririk. Yalnız bu təşəbbüs və çalışmaların düzgün elmi və əməli metodlarla qabağa aparılması gərəkdiyi qənaətindəyik.

 

 



Paylaş



Bölmə: Güneyin sesi / Şəkilçarx / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!