XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ .....                        "Silah istehsalını artıracağıq" .....                        Neftçilərə mənzillər verildi - FOTO .....                        COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı hazırlandı .....                        Azərbaycanda zəlzələ olub .....                        Prezident Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqlədi .....                        Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv olundu .....                        Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM .....                        Sumqayıt sakini mənzildə halsız vəziyyətdə tapıldı .....                       
Tarix : 31-08-2016, 12:16
Rəsmi Bakı Yerevanın təxribatının qarşısını alıb


Ermənistanın 2-3 sentyabr tarixlərində Yerevanda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə təşkil etməyə çalışdığı tədbir ləğv edilib.


Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin(XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib:
"Keçmiş dövlət rəsmiləri, parlament üzvləri və ictimai şəxslərin dəvət edildiyi bu tədbir iştirakçılarının sonra işğal edilmiş Azərbaycan ərazilərinə səfəri nəzərdə tutulurdu. Siyasi və xarici siyasət məsələləri üzrə mərkəzin sədri Fabien Baussart bəyanatla çıxış edərək bu təşəbbüsü ləğv etmək məcburiyyətində qaldığını bildirib".

XİN rəsmisi bildirib ki, Ermənistanın qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə gizlin şəkildə planlaşdırdığı bu təxribatçı tədbirlərin qarşısını almaq üçün Azərbaycan Xarici İşlər Nazirliyi 25 və 31 avqust tarixində bəyanatlarla çıxış edib və zəruri önləyici addımlar atılıb: "Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xüsusilə Fransa və Böyük Britaniyadakı səfirlikləri tədbirin təşkilatçıları və dəvət olunan şəxslərlə izahedici və məlumatlandırıcı iş aparıb, birtərəfli və qərəzli xarakter daşıyan bu tədbirin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinə xələl gətirdiyi bildirilib. Müsbət haldır ki, tədbirə dəvət almış şəxslərin bir çoxu regiondakı vəziyyətin həssaslığını bilərək iştirakdan imtina etmişdi. Ermənistanın bu kimi təxribatçı əməllərinin qarşısını almaq üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcək".

Butov.az


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!