Azərbaycanda ZƏLZƏLƏ .....                        Almaniyada qatar relsdən çıxdı - Ölənlər var .....                        63 yaşlı kişi qətlə yetirildi .....                        Qardaş ölkə alovlar içində - FOTO .....                        Bilgəhdə dənizdə batan var .....                        Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                       
22-08-2023, 17:25
Küveytin məşhur saytında Qərbi Azərbaycanla bağlı məqalə dərc olundu


Küveytin məşhur saytında Qərbi Azərbaycanla bağlı məqalə dərc olundu

Küveytin “Q8-press.com” xəbərlər saytında “Qərbi Azərbaycana qayıdış” sərlövhəli məqalə dərc olunub.
Məqalədə çar Rusiyası tərəfindən Azərbaycanın əzəli torpaqlarında məskunlaşdırılan ermənilərin ölkəmizə qarşı düşmənliyinin 200 illik tarixindən və Ermənistanın XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti yürütməsindən bəhs edilib. “Ermənilər məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb, münbit əraziləri ələ keçirməyə çalışıb, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyası süqut etdikdən sonra da davam edib”.
Məqalədə soydaşlarımızın Qərbi Azərbaycandan zorla çıxarılmasının tarixi təsvir edilib, Prezident İlham Əliyevin ötən ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü yada salınıb. Yazıda dövlət başçımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qərbi Azərbaycan İcmasının indiki Ermənistana qayıdışına dair hüququnun beynəlxalq müstəvidə reallaşdırılması istiqamətində tövsiyələri yer alıb.
Qərbi Azərbaycan İcmasının son dövrdəki aktiv fəaliyyəti, Qərbi Azərbaycana “Qayıdış Konsepsiyası” haqqında da məlumat verilib. “Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir”.

22-08-2023, 16:20
Türkiyə və Bolqarıstanın XİN Başçıları görüşdü


Türkiyə və Bolqarıstanın XİN Başçıları görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstan baş nazirinin müavini və XİN başçısı Mariya Qabriellə görüşüb.
Bu barədə Türkiyə XİN-in X-dəki rəsmi səhifəsində paylaşım edilib.
Görüş bolqar nazirin Ankaraya səfəri çərçivəsində baş tutub.
Söhbət zamanı tərəflər iqtisadiyyat, ticarət, mədəniyyət, turizm, nəqliyyat, enerji və müdafiə sənayesi sahəsindəki əməkdaşlıq, ticarət həcminin 10 milyard avroya çatdırılması ilə bağlı ortaq hədəf, energetika əməkdaşlığı kontekstində regiondakı enerji təklifi təhlükəsizliyi, nizamsız miqrasiya və terrorizm kimi problemlərə qarşı birlikdə atıla biləcək addımlar, Bolqarıstandakı türklərin durumu, Ukrayna müharibəsi və Qara dənizin təhlükəsizliyi başda olmaqla, regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.

22-08-2023, 16:11
Füzuliyə köçürülən ailələrə mənzillərinin açarları təqdim edildi


Füzuliyə köçürülən ailələrə mənzillərinin açarları təqdim edildi

Avqustun 22-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 23 ailə - 89 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 70 ailə, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib.



22-08-2023, 15:58
Mirziyoyev və xanımının rəsmi qarşılanma mərasimi oldu


Mirziyoyev və xanımının rəsmi qarşılanma mərasimi oldu

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva qonaqları qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan əsgərlərini salamlayıb.
Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Özbəkistan Prezidentinə, Özbəkistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçib.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev rəsmi foto çəkdiriblər.
22-08-2023, 15:42
Ərdoğan qısa müddətdə Rusiyaya yollanır


Ərdoğan qısa müddətdə Rusiyaya yollanır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiyaya gedəcək.
Bu barədə “Yeni Şafak” qəzeti Türkiyə Prezident Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır.
Nəşr vurğulayır ki, Ərdoğanın səfəri “Taxıl sazişi”nin bərpası üçün ən mühüm addım olacaq. Məlumata görə, Ərdoğanın baş müşaviri Akif Çağatay Kılıç isə Ukraynaya gedəcək.
Bundan əvvəl Putinin avqustun sonunda Türkiyəyə gedəcəyi bildirilirdi.
22-08-2023, 15:26
Şəhərin mərkəzindəki qanunsuz tikintinin qarşısı alındı


Şəhərin mərkəzindəki qanunsuz tikintinin qarşısı alındı

Sosial şəbəkələrdə Bakı şəhəri Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) tikinti işləri aparılması barədə görüntülər yayılıb. Görüntülər sosia şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi görüntülərlə bağlı açıqlama verib.
Bildirilib ki, İdarə tərəfindən Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığı müəyyən edilərək dərhal dayandırılıb.
"Bununla bağlı Komitə tərəfindən şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edilib.
Hazırda tikinti işləri tam olaraq dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb. Şəhərimizin nəbzinin qorunmasında biganə olmayan vətəndaşlarımıza təşəkkür edirik", - açıqlamada deyilir.
22-08-2023, 15:04
Yaralanan hərbiçimizlə bağlı cinayət işi başladıldı


Yaralanan hərbiçimizlə bağlı cinayət işi başladıldı

Kəlbəcərdə hərbi qulluqçumuzun erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Nəzərov Ramiz İsmət oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər Hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
Allahdan hərbçimizə şəfa diləyirik.
22-08-2023, 14:57
İranın yeni PUA-sı təqdim olundu


İranın yeni PUA-sı təqdim olundu

İran hakimiyyəti yerli istehsal edilən "Mohajer-10" zərbə tipli pilotsuz uçuş aparatını (PUA) təqdim edib.
Bu barədə "Isna" agentliyi məlumat yayıb.
İddiaya görə, PUA 2000 km uçuş məsafəsinə malikdir və 7 km hündürlükdə uça bilir.
"Mohajer-10"un maksimal yanacaq ehtiyatı 450 litr, maksimum yük çəkisi 300 kq, sürəti isə 210 km/saatdır. PUA elektron müharibə, kəşfiyyat sistemləri ilə təchiz olunub və müxtəlif növ sursatları, o cümlədən "Qaem" və "Almas" bombalarını daşıya bilir.
Qeyd edək ki, İran "Mohajer-6" da daxil olmaqla Rusiyaya PUA-lar tədarük edib.
22-08-2023, 14:33
Ehtiyatda olan hərbiçilərin təlimə çağırılmasıyla bağlı açıqlama verildi


Ehtiyatda olan hərbiçilərin təlimə çağırılmasıyla bağlı açıqlama verildi

Son günlər sosial şəbəkələrdə ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə çağırıldığı ilə bağlı məlumatlar paylaşılır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Qafqazinfo”ya açıqlamasında yayılan iddialara münasibət bildirib.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatlığa əsas yoxdur”, - açıqlamada qeyd olunur.
22-08-2023, 14:05
Ermənistan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır


Ermənistan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır

"Biz danışıqlar platformaları arasında fərq qoymuruq".
Bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan belçikalı həmkarı Haca Labiblə İrəvanda keçirdiyi brifinqdə deyib.
"Ermənistan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır. Bu platformalarda əldə olunan razılaşmaların işləməsi və həyata keçirilməsi bizim üçün vacibdir.
Təəssüflər olsun ki, bəzən razılıq əldə olunsa da, həyata keçmir", - Mirzoyan əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!