Bulvarda dənizə düşən qadın xilas edildi - VİDEO .....                        İsrail Qəzzada 130 hədəfi vurdu .....                        Şərur yollarında selin fəsadları aradan qaldırılır .....                        Şəhid atası qəzada öldü .....                        19 uşaq qurğuşundan zəhərləndi .....                        Təl-Əvivdə hava limanına hücum .....                        DİM səhvini etiraf etdi .....                        2 və 3-cü qruplar imtahan verdi - YENİLƏNİB .....                        Sabahın hava proqnozu .....                       
17-01-2023, 18:20
Paşinyan Müdafiə Nazirliyində toplantı keçirdi


Paşinyan Müdafiə Nazirliyində toplantı keçirdi

Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində toplantı keçirib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Toplantıda hərbi rəhbərlik, eləcə də hökumət nümayəndələri iştirak edib. Bildirilib ki, iclasda Paşinyana hərbi sferada aparılmış islahatlarla bağlı hesabat verilib. Həmçinin Ermənistan baş naziri 2022-ci ildə nazirliyin gördüyü işlər barədə məlumatlandırılıb.
17-01-2023, 18:14
Füzuli-Hadrut avtomobil yolunun tikintisi başa çatır


Füzuli-Hadrut avtomobil yolunun tikintisi başa çatır

Başlanğıcını “Zəfər Yolu”ndan götürən və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşən Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının və yol əsasının inşası tam olaraq yekunlaşıb. Yolun 11-km hissəsində asfalt örtüyünün alt layı döşənib. Yolboyu atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik 15 suötürücü boru, 7 ehtiyat keçidi, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də sona çatıb. Yolun 6,7 kilometrində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində uzunluğu 18 metr, eni isə 21 metr olan bir aşırımlı körpü inşa edilib. Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir. O, 4 hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21,5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir.




17-01-2023, 18:09
Rusiya Silahlı Qüvvələrinin sayı artırılacaq


Rusiya Silahlı Qüvvələrinin sayı artırılacaq

Rusiya Silahlı Qüvvələrinin sayı 1,5 milyon nəfərə çatdırılacaq. Bu məsələ Rusiya müdafiə naziri Sergey Şoyqunun keçirdiyi müşavirədə geniş müzakirə olunub. Bildirilib ki, silahlı qüvvələrin sayının artırılması silah təchizatı və infrastrukturun inkişafı ilə paralel həyata keçiriləcək. Nazir onu da qeyd edib ki, 2023-2026-cı illəri əhatə edəcək proses çərçivəsində Rusiya silahlı qüvvələrinin komandanlığı müvafiq qərarlar qəbul etməlidir. Müşavirədə Rusiya ordusunun yeni Moskva və Leninqrad dairələrinin yaradılması, Kareliyada ordu korpusunun formalaşdırılması, Hərbi Dəniz Donanması, Kosmik Hava Qüvvələri və Strateji Təyinatlı Hava Qoşunlarının döyüş hazırlığının gücləndirilməsi barədə qərar qəbul edilib.
17-01-2023, 18:05
Türkiyə və Çexiyanın müdafiə nazirləri görüşdü


Türkiyə və Çexiyanın müdafiə nazirləri görüşdü

Türkiyənin milli müdafiə naziri Hulusi Akar çexiyalı həmkarı Jana Çernoçova ilə görüşüb. Bu barədə "TRT Haber" məlumat yayıb. Görüş Akarın Çex Respublikasına səfəri çərçivəsində baş tutub. Rəsmi qarşılanma mərasimindən sonra tərəflər nümayəndə heyətləri ilə geniştərkibli görüş keçiriblər. Çexiya MN-in binasındakı müzakirələr zamanı iki nazir regional və ikitərəfli məsələləri, müdafiə, təhlükəsizlik və hərbi sənaye sahələrində əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.
17-01-2023, 18:02
Avropa İttifaqına üzvlüyümüzün gecikməsindən narahat deyiləm - Vuçiç


Avropa İttifaqına üzvlüyümüzün gecikməsindən narahat deyiləm - Vuçiç

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Avropa İttifaqına üzvlük perspektivlərindən danışıb. Bu barədə Vuçiç yerli telekanallardan birinə müsahibəsi zamanı söz açıb. "Mən ölkəmizin Avropa İttifaqına üzvlüyünün gecikməsi ilə bağlı narahat deyiləm. Bunda problem yoxdur və bizdən əvvəl heç kimi ittifaqa qəbul etməyəcəklər. Məni narahat edən investisiyaların ölkəyə cəlb olunmasının qarşısının alınması ehtimallarıdır. Rusiyanı necə tərk etdiklərini gördüm. Orada maraqları bizdəkindən daha çox idi", - deyə Vuçiç bəyan edib. Serbiya prezidenti ölkəsinin ABŞ-la yaxşı münasibətlərə malik olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
17-01-2023, 17:36
Sabahın hava proqnozu - Duman, çiskin olacaq


Sabahın hava proqnozu - Duman, çiskin olacaq

Azərbaycanda yanvarın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
17-01-2023, 17:32
Bağçalıdan çağırış - Seçki işini mayda bitirək


Bağçalıdan çağırış - Seçki işini mayda bitirək

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, iqtidarın "Cümhur İttifaqı"ndakı siyasi müttəfiqi Dövlət Bağçalı seçkilərlə bağlı müxalifətə çağırış edib. Bağçalı bu barədə partiyasının parlament fraksiyasının toplantısında danışıb. "Millət iradəsindən yayınmağın heç kimə yararı toxunmayacaq. Gəlin, uzlaşaq. Seçki işini mayda bitirək. Ölkəni hamılıqla seçkilərə aparaq", - deyə MHP sədri söyləyib. Qeyd edək ki, müxalifətdəki "Altılı Masa" ittifaqı erkən seçkiləri yalnız siyasi bloklar üçün bir sıra əlverişsiz müddəaların əks olunduğunu söylədiyi yeni seçki qanununun qüvvəyə minəcəyi 6 apreldən əvvəl keçiriləcəyi təqdirdə dəstəkləyəcəyini açıqlayıb.
17-01-2023, 17:27
Ermənistanda Fransa əleyhinə etiraz aksiyası keçirilib


Ermənistanda Fransa əleyhinə etiraz aksiyası keçirilib

Bu gün Ermənistanda Fransa əleyhinə etiraz aksiyası keçirilib. Aksiya Fransanın İrəvandakı səfirliyinin qarşısında təşkil olunub. Etirazçılar Fransanı Laçın dəhlizindəki situasiyaya səssiz qalmaqda ittiham ediblər. Bundan əlavə, aksiyaçılar rəsmi Parisi addım atmağa, ermənilərə kömək etməyə çağırıblar. Aksiya zamanı saxlanılanlarla bağlı məlumat yoxdur. Qeyd edək ki, Fransa Laçın yolundakı ekoloji aksiya ilə bağlı BMT Təhlükəsizlik Şurasında Azərbaycanın maraqlarına zidd olan qətnamənin qəbul olunmasına çalışırdı. Belə olan halda Ermənistanın rəsmi Parisdən narazı qalması qəribə görünür.
17-01-2023, 17:22
Avropa İttifaqı Ermənistana 2 illik müşahidə missiyası göndərəcək


Avropa İttifaqı Ermənistana 2 illik müşahidə missiyası göndərəcək

Avropa İttifaqı Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb. Bildirilib ki, Ermənistanın Azərbaycanla sərhəd bölgələrində yerləşdiriləcək missiyanın səlahiyyət müddəti 2 il olacaq. Müşahidə missiyasının 20 fevraldan fəaliyyətə başlayacağı deyilir. Qeyd edək ki, bundan əvvəlki missiyanın səlahiyyət müddəti 2 ay idi.
17-01-2023, 17:17
Sürüşmə zonalarının aktiv olduğu ərazilər açıqlandı


Sürüşmə zonalarının aktiv olduğu ərazilər açıqlandı

Azərbaycanda 99 lokal sürüşmə zonası var. Bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə deyib. Agentlik rəhbəri bildirib ki, onlardan 42-si aktivsürüşmə zonasıdır: "42 sürüşmə sahəsi davamlı monitorinqə cəlb edilib. Abşeron, Bayıl, Badamdar, Badi Kubə, Qaraçuxur və Zığ sürüşmə zonaları, Astara və Lənkəranda, Quba, Qusar, Şabran və Şamaxıda aktiv sürüşmə sahələri var. Bu gün həmin ərazilər nəzarətdə saxlanılır. Sonuncu monitorinqə görə, aktiv sürüşmə sahələrində vəziyyət sabitdir. Hazırda Günəşli və Badamdar yamaclarında sürüşmənin qarşısını almaq üçün tədbirlər görülür".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!