Bulvarda dənizə düşən qadın xilas edildi - VİDEO .....                        İsrail Qəzzada 130 hədəfi vurdu .....                        Şərur yollarında selin fəsadları aradan qaldırılır .....                        Şəhid atası qəzada öldü .....                        19 uşaq qurğuşundan zəhərləndi .....                        Təl-Əvivdə hava limanına hücum .....                        DİM səhvini etiraf etdi .....                        2 və 3-cü qruplar imtahan verdi - YENİLƏNİB .....                        Sabahın hava proqnozu .....                       
28-10-2022, 23:29
Rusiyada qismən səfərbərlik başa çatdı


Rusiyada qismən səfərbərlik başa çatdı

Rusiya Federasiyasında qismən səfərbərlik başa çatıb. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib. O, Prezident Vladimir Putinə məruzəsində bildirib ki, 300 min nəfərin səfərbərliyə cəlb edilməsi barədə tapşırıq yerinə yetirilib. Nazirin sözlərinə görə, proses çərçivəsində 13 min nəfər könüllü olaraq orduya yazılıb. Səfərbərliyə cəlb edilənlərin orta yaşı 35 olub. Şoyqu onu da bildirib ki, 82 000 səfərbər edilmiş hərbi qulluqçu münaqişə zonasındadır, daha 218 000 nəfər isə təlimlərdədir.
28-10-2022, 23:27
Ərdoğan “Türkiyənin yüz ili” proqramını elan etdi


Ərdoğan “Türkiyənin yüz ili” proqramını elan etdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) “Türkiyənin yüz ili” şüarı altında ümumrespublika təqdimat toplantısı keçirib. Butov.az xəbər verir ki, xarici ölkələrdən yalnız Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi toplantıya Türkiyədə fəaliyyət göstərən siyasi partiyalardan cəmi 11-i dəvət olunub. Toplantıda çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiyanın ötən dövrdə qazandığı uğurlar barədə məlumat verib, “Türkiyənin yüz ili” strateji inkişaf proqramını açıqlayıb.“Türkiyənin yüz ili bacarığın yüz ilidir!”, “Türkiyənin yüz ili inamın və sabitliyin yüz ilidir!”, “Türkiyənin yüz ili, elimin yüz ilidir!”, “Türkiyənin yüz ili ictimai münasibətlər ilidir!”, “Türkiyənin yüz ili rəqəmsal inkişafın yüz ilidir!”, “Türkiyənin yüz ili qüdrətin yüz ilidir!” və digər şüarlar altında elan olunan proqram ölkənin növbəti yüz il üçün strateji yol xəritəsini özündə əks etdirir.
28-10-2022, 23:24
İlham Əliyev Ərdoğanı təbrik etdi


İlham Əliyev Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Butov.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram. Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə ölkəniz beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanmışdır. Bütün bunların təməlində Sizin zəhmətiniz və yorulmaz əməyiniz, müdrik rəhbərliyiniz altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qüdrətli Türkiyə Respublikasının hər bir uğurunu öz uğurumuz hesab edir, bundan hədsiz qürur duyuruq. İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir. Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da yanımızda olmasını, Siz başda olmaqla bütün xalqınızın müharibənin ilk saatlarından son dəqiqələrinə qədər bizi dəstəkləməsini daim yüksək qiymətləndirir və heç zaman unutmuruq. Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir. Bir neçə gün bundan əvvəl Sizin Azərbaycana səfəriniz çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılışında iştirakımız, bir sıra mühüm infrastruktur layihələrinin təməlini birgə qoymağımız qardaşlıq münasibətlərimizin sarsılmaz ənənələrinin bariz ifadəsidir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, “Bir millət iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
28-10-2022, 23:21
“BakıKart”ın funksiyalarında dəyişiklik ediləcək


“BakıKart”ın funksiyalarında dəyişiklik ediləcək

“Yaxın vaxtlarda “BakıKart”ın funksiyalarında dəyişiklik ediləcək”. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, bununla yanaşı, istənilən ödəniş vasitəsi NFC, “GooglePay”, “ApplePay”, bank kartları və s. ilə ödəniş etmək mümkün olacaq:“Bu da düşünürəm ki, vətəndaşların işini rahatlaşdıran, eyni zamanda ictimai nəqliyyata marağı bir az da artıran məsələlərdəndir”.
28-10-2022, 23:17
Hərbçi “KamAZ”la çağırışçıların üzərindən keçdi


Hərbçi “KamAZ”la çağırışçıların üzərindən keçdi

Rusiyanın Arxangelsk vilayətində yerləşən hərbi poliqonda xoşagəlməz hadisə baş verib. Butov.az xəbər verir ki, Rusiya ordusunun müqaviləli hərbi qulluqçusu “KamAZ” markalı hərbi avtomobili çağırışçıların üzərinə sürüb. Hadisə nəticəsində iki nəfər ölüb, daha 11 çağırışçı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır, detallar hələlik məlum deyil.
28-10-2022, 23:14
Tokayev Azərbaycan və Ermənistana çağırış etdi


Tokayev Azərbaycan və Ermənistana çağırış etdi

"Azərbaycan və Ermənistan arasında münaqişə yalnız sülh yolu ilə, siyasi-diplomatik vasitələrlə həll edilməlidir". Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında bildirib."Sessiya zamanı 2022-ci il sentyabrın 15-də Ermənistana göndərilmiş KTMT Missiyasının işinin nəticələri müzakirə edilib. Sessiya iştirakçıları qarşısında çıxış edən Qazaxıstan prezidenti qeyd edib ki, münaqişə yalnız sülh yolu ilə və siyasi yolla həll edilməlidir”, – Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
28-10-2022, 23:11
Ukrayna İranın 300-dən çox PUA-sını məhv edib


Ukrayna İranın 300-dən çox PUA-sını məhv edib

Ukrayna Silahlı Qüvvələri indiyədək İran istehsalı olan 300-dən çox “Şahed-136” pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat bildirib. Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya tərəfinin istifadə etdiyi digər PUA-ları, xüsusən “Mohajer-6” və daha kiçik dronları da vurub.
28-10-2022, 22:48
Nazirlik şəhid ailələrini Şuşaya aparıb


Nazirlik şəhid ailələrini Şuşaya aparıb

Vətən müharibəsində qazandığımız Zəfərin ikinci ildönümü ərəfəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi şəhidlərin ailə üzvləri və nazirliyin qurumlarında çalışan qazilərin Şuşaya səfərini təşkil edib. Qeyd edək ki, Vətən müharibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarında işləyən 210 nəfər iştirak edib. Onlardan 6-sı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Şuşaya səfər edənlər arasında bu şəhərin azad edilməsi əməliyyatında iştirak etmiş qazilər və şəhid olmuş döyüşçülərin valideynləri də olub. Səfər iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olublar. Onlar Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri, Şuşa qalasında davam edib. Səfər müddətində müharibə iştirakçıları döyüş xatirələrini bölüşüb, şəhidlərin yaxınları qəhrəman oğulların keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.





28-10-2022, 21:17
Pelosinin evinə basqın edildi, əri yaralandı


Pelosinin evinə basqın edildi, əri yaralandı

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi San-Fransisko şəhərində hücuma məruz qalıb. Hadisə bu gün səhər saatlarında onun yaşadığı evdə baş verib. Məlumata görə, naməlum şəxs evə daxil olaraq Pelosiyə xəsarətlər yetirib. Pol Pelosi xəstəxanaya yerləşdirilib, onun həyatına təhlükə olmadığı bildirilib. Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.
28-10-2022, 21:15
Pedofillərin cəzası artırılır - 8 il həbs


Pedofillərin cəzası artırılır - 8 il həbs

Seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar artırılır. Bu barədə Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd olunub. Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsa, layihəyə əsasən bu əməllərə görə dörd ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzasının tətbiqi təklif olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!