26-10-2022, 17:36
Ev telefonlarının aylıq abunə haqqı artırıldıAzərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib. Bununla bağlı qərar Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında qəbul edilib. Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib. Qərar noyabrın 1-dən qüvvəyə minəcək.
26-10-2022, 17:34
Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılırAzərbaycanda İCESCO-nun Regional Ofisi yaradılacaq. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Qeyd edək ki, Saziş 2022-ci ilin mayın 20-də Bakı şəhərində imzalanıb.
26-10-2022, 17:32
Prezident İsraillə bağlı sazişi təsdiqlədiPrezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişi təsdiqləyib. Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər. Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir. Sazişin müddəaları eyni zamanda, Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Sazişə əsasən, razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir.
26-10-2022, 17:30
Prezidentdən İsa Həbibbəyli ilə bağlı sərəncamAzərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş İsa Əkbər oğlu Həbibbəyli bu vəzifəyə təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, AMEA-nın dünənki ümumi yığıncağında İ.Həbibbəyli AMEA prezidenti seçilib.
26-10-2022, 17:28
“Ukraynanın planlarından məlumatlıyıq” - Putin xəbərdarlıq etdi“Ukrayna ABŞ-ın xarici siyasətinin alətinə çevrilib və praktiki olaraq suverenliyini itirib”. Bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin xüsusi xidmət və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə bildirib. Onun çıxışı Kremlin rəsmi Telegram kanalında yayımlanıb. Dövlət başçısının fikrincə, ABŞ Ukraynadan Rusiyaya qarşı istifadə edir. “Ölkə faktiki olaraq suverenliyini itirib və birbaşa ABŞ-ın nəzarətindədir, ondan Rusiyaya, Belarusa, bütövlükdə KTMT və MDB-yə qarşı bir zərbə aləti kimi istifadə olunur ”, - Rusiya lideri bildirib. Prezident həmçinin bildirib ki, Ukrayna ərazisi bioloji eksperimentlər üçün sınaq poliqonuna çevrilib. Putinin sözlərinə görə, Rusiya Ukraynanın “çirkli bomba”dan istifadə etmək planlarından xəbərdardır. Rusiya lideri deyib ki, bəzi Qərb ölkələri MDB üzvlərinə şantaj və açıq-aşkar qorxutma taktikalarından istifadə edirlər. Qeyd edək ki, Vladimir Putin bu gün ballistik və qanadlı raketlərin praktiki buraxılışlarına nəzarət təlimində iştirak edib.
26-10-2022, 17:25
Yoldaşı hamilə olan 2 uşaq ataları səfərbərliyə çağırılmayacaqRusiya Federasiyasının Müdafiə Nazirliyi həyat yoldaşının hamiləliyi 22 həftədən çox olması şərti ilə, iki uşaq atalarının qismən səfərbərlik dövründə hərbi xidmətə çağırışdan azad edilməsinə qərar verib. Bu barədə Dövlət Dumasının Ailə, Qadın və Uşaq Komitəsinin rəhbəri Nina Ostanina “Telegram” kanalında açıqlama verib. "Müdafiə nazirinin müavini Nikolay Pankovla indicə telefonla danışdım. Həyat yoldaşı 22 həftəlik hamilə olan iki uşaq atalarının qismən səfərbərlikdən azad edilməsi ilə bağlı Baş Qərargahın direktivinə etdiyimiz dəyişikliklər qəbul edildi", - o yazıb. Ostaninanın sözlərinə görə, Baş Qərargahın direktivinə düzəliş edilib, ona əsasən, “əlil uşaqların ataları ailədəki uşaqların sayından asılı olmayaraq, qismən səfərbərlikdən azad edilir”. Bunun müqabilində bizdən xahiş olundu ki, “Səfərbərlik haqqında” qanuna dəyişikliklərin qəbulu ilə bağlı xüsusi əməliyyat başa çatana qədər israrlı olmayaq, çünki direktiv SVO-nun müddəti bitənə qədər qüvvədədir”, - Ostanina qeyd edib.
26-10-2022, 17:22
Rusiya nüvə təlimlərinə başladı Rusiya düşmənin nüvə zərbəsinə cavab olaraq Silahlı Qüvvələrin strateji nüvə qüvvələri tərəfindən kütləvi nüvə zərbəsi endirmək üçün təlimlər keçirir. Bu barədə oktyabrın 26-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Təlim Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında keçirilir. "Yoldaş Ali Baş Komandan, Rusiya Federasiyası Silahlı Qüvvələrinin təlim planına uyğun olaraq, sizin rəhbərliyinizlə Rusiya Federasiyası Silahlı Qüvvələrinə nəzarət etmək üçün təlimlər keçirilir, bu müddət ərzində kütləvi hərbi əməliyyatların aparılması tapşırıqları yerinə yetirilir. Düşmənin nüvə zərbəsinə cavab olaraq strateji hücum qüvvələrinin nüvə zərbəsi işlənib hazırlanacaq", - deyə Şoyqu Putinə məruzə edib.
26-10-2022, 17:20
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdıRusiya prezidenti Vladimir Putin çərşənbə günü Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək. Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Prezident günortadan sonra Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirməyi planlaşdırır”, - deyə Peskov bildirib. Onun sözlərinə görə, bundan əvvəl prezidentin daha çox tədbirləri ola bilər ki, bu barədə Kreml əlavə məlumat verəcək. Çərşənbə günü Putin MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının iclasının nümayəndə heyətlərinin rəhbərləri qarşısında çıxış edəcək.
26-10-2022, 17:17
Azad edilmiş ərazilərdə minə yaxın meyit tapılıb“Yeni azad edilmiş ərazilərdə minə yaxın həlak olmuş qəhrəmanın və dinc əhalinin cəsədi çıxarılıb. İzyumdakı kütləvi məzarlıqda tapılan meyitlərin sayı 450-yə yaxındır". Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin mətbuat xidməti "Telegram"da məlumat yayıb. Qeyd olunub ki, işğalçıların vəhşiliklərinin sarsıdıcı faktları üzə çıxır, ölənlər arasında təkcə hərbi qulluqçular deyil, mülki şəxslər – böyüklər və uşaqlar da var. "Lakin dəqiq məlumat yalnız ekspertizadan sonra məlum olacaq", - nazirlikdən bildiriblər. Əlavə edilib ki, işlər hüquq-mühafizə orqanları, pirotexniklər və rayon hərbi idarələrinin nəzdində yaradılmış əməliyyat-axtarış qrupları ilə birgə aparılır.
26-10-2022, 16:42
Yataqxanada yanğın: Sakinlər təxliyə edildiBu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən 92 saylı peşə liseyinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsi və Şimal Regional Mərkəzinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli, dördbloklu yataqxana binasının 3-cü blokunun zirzəmisində məişət tullantılarının yandığı müəyyən olunub. FHN-in qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, yanğınsöndürən və xilasedicilər tərəfindən bina sakinlərinin çevik təxliyəsi həyata keçirilib. Yanğın nəticəsində 15kv.m sahədə məişət tullantıları və taxta qırıntıları yanıb, mənzillər yanğından mühafizə edilib. Eləcə də 1-i azyaşlı və 4-ü yaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.