Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 5-11-2020, 14:54
Müharibə uşaqları ya öldürür, ya da “öldürür”

“Üç gün qarın içində qaldım, ayaqlarım dondu.” Bu, Daşbulaqdan qaçqın düşən balaca Rəfqanın Çingizə cavabı idi. Gözündəki qorxu, kövrəklik, suallarla bərabər, hətta “yaxşıyam” da dedi. Görəsən, bu qızcığaz özünü, ya ətrafı aldatmaq istəyirdi? Yoxsa, sadəcə hər şeyi yaxşı olduğuna inanmaq istəyirdi. Müharibələr dövründə sayılmayacaq qədər Rəfqanlar olur. Mənə elə gəlir, onlar bir anda o qədər böyüyürlər ki, artıq böyüməyə davam edə bilmirlər. Müharibə ən dəhşətli yaraları uşaqlarda açır. Çünki ölümsüz bildikləri valideynlərini, gözlərindəki gülüşləri, özlərindəki şıltaqlıqları və daha nələri bu bəla onlardan qoparır. Məktəbdən qayıdanda sevinclə qiymətlərini göstərəcəkləri bir anaları olmur artıq. Oturub işdən qayıtmasını saatlarla gözlədikləri ataları gəlmir daha. Bəzən isə nə o qiyməti alan olur, nə də o yolu gözləyən. Doğum günlərində şam əvəzinə, həyatları sönür bu körpələrin. Hətta atasından hədiyyə gözləyənlər də olur. Hədiyyə əvəzində isə bir tabut qarşılayırlar bəzən. Dəniz dalğası görməyib, qan dənizində boğulurlar. Həyatları, xəyalları yarımçıq qalır. Müharibə onları ya öldürür, ya da “öldürür”. Yumruqları boyda qəlblərinə dünyadan ağır yüklər yüklənir. Daha heç nə eyni olmur onlar üçün. Nə evləri, nə o evdəkilər olur daha. İnancları ölür, ən güclü, yenilməz bildikləri ataları "məğlub olur”. Ən gözəl qoxan çiçəkləri - anaları “solur”. Hətta çox vaxt danışmağa möhlət versəydilər, soruşacağı çox olan dil açmamışı göz açmağa qoymurlar. Bəziləri yaşadıqlarından sonra onları ifadə etməyə söz tapmayacağını bilib, həmişəlik susurlar. “Şəhid övladı” deyə bir "vəzifə" də olur. Onlar qürurundan hönkürtü ilə belə ağlaya bilmir. Bəziləri bu “vəzifəyə” sonradan təyin olunur. Bəziləri isə, bu “vəzifəyə” doğulur... Ayağına daş dəysə, ürəyi qanayan atanın 8 yaşlı qızı üçün “ciyərini əlimlə yığdım” üsyanına susmaqdan başqa cavabımız olmadı. Bəlkə də, Aysu həkim olub, çox ciyərlər sağaldacaqdı. Aysunun timsalında neçə həkimlər, müəllimlər, vəkillər-neçə körpələr aldı müharibə bizdən. 1918-də saç-saça bağlanıb çuxura atılanda, 20 yanvarda kor gülləyə qurban gedəndə, Xocalıda dərisi soyulanda, Gəncədə beton altında qalıb, Tərtərdə oyun oynayarkən yanına bomba düşəndə - bütün müharibə körpələrin acıları da, taleləri də eynidir. Təkcə zaman fərqlidir. Keçən əsr əsir düşən azyaşlılardan hələ də xəbərsizik. Sinələrinə hansı "dağlar basılır", çiyinlərinə nə yüklər "qonub", gözlərinə nə qəmlər çöküb bilmirik. Bilə bilmərik. Bəlkə də, bizdən inciyib, nifrət edirlər. “Niyə bizi xilas eləmirlər axı?” deyə düşünürlər. Onlar hələ də ata-analarından ayrıldıqları yaşdadırlar. Nə olsun illər keçib? Zülmlü həyat ömürdəndirmi? Yaşamaq olarmı düşmən damında? “Yaşamaq” demək olarmı buna? Bəzən həlak olandan çox həyatda qala bilənə üzülürəm. Çünki ölənlər bir dəfə ölür amma sağ qalanlar hər anası ilə gəzən, atasının boynuna sarılan, evlərində birlikdə yemək yeyən ailələri gördükdə, ana nəvazişi, ata qayğısı istədikdə, bəlkə, gündə min cür ölürlər. Daha anaları onlara isti yeməklər bişirməyəcək. İstədiyi oyuncağı alacaq ataları olmayacaq daha. Ya da yeməklər bişiriləcək, oyuncaqlar da alınacaq amma kimə? Artıq həyatda olmayana?... Müharibə körpələri ya öldürür, ya “öldürür”.

Adilə Həmzəyeva,
BDU Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi.


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!