Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                        Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək .....                        Prezidentin təyyarəsi Serbiya qırıclarının müşayiətində .....                        Vüqar Qurbanov işdən çıxarılmasından danışdı .....                        İrana ultimatum: Bu 4 ŞƏRTİ qəbul etməlidir .....                        Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                       
Tarix : 7-02-2019, 10:38
Uşaqlar həddən artıq telefonla oynadıqda... Psixoloq rəyi

Telefon monipulyatordur, yəni bir tərəfli ünsiyyət.
“Elə olur ki, uşağa deyirlər, sən bunu elə, mən sənə telefon verəcəm. Bu da uşaqda rüşvətxorluğa, kiçik yaşlardan qarşılıqlı asılılıq yaranmasına gətirib çıxarır”.
Butov.az xəbər verir ki, bu sözləri AzNews.az-a cəmiyyətdə uşaqların telefona olan asılılıqları ilə bağlı yaranan problemlər haqda psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, bu gün valideynlərin böyük bir qismi uşaqlarını yemək yemək, sakit durmaq, hətta öz işlərini görə bilmək üçün onlara telefon verirlər.
“Əlbəttə ki, bunun mənfi tərəfləri çoxdur. Əvvəlcə onu deyim ki, uşağa yemək yedirən zaman telefon verəndə uşaq doyma hissinin nə zaman baş verdiyini bilmir və ola bilər ki, normadan artiq yeyir, hətta qusma halları da yaşanır. Ana anlamır ki, bu, niyə qusur? Bəzən uşaqların sevmədikləri qidaları uşaqlara telefon vasitəsilə zorla yedirdirlər. Uşaq bir qidanı sevmirsə, onu sevəcək hala gətirmək lazımdır. Məsələn, mənim qızım “kaşa”nı sevmirdi. Amma həmin yeməyi sarı və ya qırmızı rəngli qaba qoyduqda onu yeyirdi.
Bəzən sual verirlər ki, uşaqlarda nitqin yoxluğu nə ilə əlaqədardır? Əgər bir uşağın nitqində problem varsa, 3 şeyə diqqət edilməlidir: 1.Ana qayğısızlığı 2.Telefon 3.Həddən artıq şirin qida.
Bunların hansısa biri uşağın həyatında həddən artıq çoxdursa, onun nitqində, zəkasında problem olacaq. Bir də telefonla gündə 2-3 saat ərzində oynayırsa, yaşıdlarına nisbətən 30 faiz əqli baxımdan geriləmə olur.
Bəzi oyunlar var ki, uşaq həmin oyunla aqressivləşir. Hansı ki, oynayarkən ondan müsbət heç bir şey əldə etmirlər. Hətta mənfi nələrsə götürüb, onları təqlid etməyə başlayırlar. Bəzən də bu, ölümlə, bədən xəsarətləri ilə nəticələnir.
Telefon monipulyatordur, yəni bir tərəfli ünsiyyət. Əgər bir valideyin deyirsə, mənim uşağım hiberaktiv deyil, ona telefon verəndə sakit olur.
Qeyd etdiyim kimi telefon monipulyator olduğu üçün uşaqları özünə cəlb edir və onlar ondan başqa heç nəyi eşitmir.

Bundan əlavə həddən artıq telefonla oynadıqda uşaqlarda göz problemləri, onurğa sütunu problemləri yaranır, psixi və fiziki inkişafda qüsurlar yaranır.

Bəzən yaşlı nəsil deyir ki, bu gün gənclərdə istiqanlılıq, anaya, ataya sevgi yoxdur. Ancaq bunun səbəbini yaşlı nəsil özü də araşdırmayıb. Aşağı yaşlardan uşaqlara telefon veriləndə həddən artıq telefona, daha sonra sosial şəbəkələrə bağlı olurlar. Sosial şəbəkəyə asılı olan bir uşaqda real həyatdan uzaqlaşma yaranır". Gülnar Orucova bildirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!