Su anbarında batan gənclər hələ də tapılmayıb - Axtarışdan GÖRÜNTÜLƏR .....                        Putinlə Zelenski görüşməlidir .....                        Yas mərasimində yeməkdən boğulub öldü .....                        İraqda 5 terrorçu zərərsizləşdirildi .....                        Kişi liftdə arvadını və 4 yaşlı oğlunu bıçaqladı .....                        İslam Həmrəylik Oyunlarının vaxtı AÇIQLANDI .....                        Qarlı hava 165 nəfəri xəstəxanalıq etdi .....                        Ən çox uzun müddət evli olanlar boşanır - STATİSTİKA .....                        Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında .....                       
Tarix : 19-04-2016, 14:48
Bu vitamin və minerallar sizi xəstələndirə bilər!


Vitamin və mineral çatışmazlığının bir çox xəstəliklərə səbəb olduğunu hamımız bilirik. Ancaq araşdırmalar göstərir ki, bəzi vitamin və mineralları həddən artıq qəbul etdikdə də orqanizmdə problemlər yarana bilər.


Kalsium

İllər boyu kalsium həblərinin lazımlı olduğu (xüsusilə də qadınlar üçün) fikri müdafiə olunub. Ancaq yeni araşdırmalar belə həblərin tərkibindəki kalsiumun sümüklərə faydalı olmadığını, əksinə, orqanizmə zərər verdiyini ortaya çıxarıb. Çünki orqanizmin ehtiyacından artıq kalsium qəbul etdikdə damarlarda yığılaraq qan dövranına mənfi təsir edir. Kalsium hətta böyrəkdə daş yaranmasına da səbəb ola bilər.

E Vitamini

Orqanizm E vitamini ilə təmin olunduqda alzaymer, katarakta və ürək xəstəliklərinə yaxalanmaq riski azalır. Ancaq həddən artıq E vitamini sizi xərçəng xəstəsi edə bilər.

Yod

Yod həblərindən, sadəcə, həkim məsləhəti olduqda istifadə edilməlidir. Çünki yod birbaşa tiroid vəzilərinin işinə təsir edir. Yod həddən az və ya çox olduqda tiroid vəzilərinin fəaliyyəti zəifləyir.

Dəmir

Dəmir oksigeni ağciyərlərdən orqanizmin digər nahiyələrinə daşıyan hemoqlobinin istehsalında əhəmiyyətli rol oynayır. Bu mineral hormonların tənzimlənməsində də əhəmiyyət kəsb edir. Ancaq orqanizmə həddən artıq dəmir daxil olduqda qaraciyərdə və ürəkdə problemlər baş verə bilər.

B6 Vitamini

B6 vitamini də sağlamlıq üçün əhəmiyyətlidir. Gündəlik olaraq B6 vitamini ehtiva edən qidalar yemək lazımdır. Ancaq B6 vitamini orqanizmdə həddən artıq olduqda toksitə çevrilir və xərçəngə səbəb olur.

Publika.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!