İlham Əliyev Paşinyanla da bir araya gəlib .....                        Qrenlandiya danışıqlara hazırdır .....                        İspaniya deputatları Bakıya gəldilər .....                        Kamran Əsədovun qaynı ona təzyiq edirmiş .....                        Cənubi Qafqaz Rusiyadan uzaqlaşır .....                        Rus diplomat bu ölkədən qovuldu .....                        Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək .....                        Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi .....                        Prezidentin ailəsi Trampla birgə - FOTO .....                       
Tarix : 21-12-2015, 13:33
“Dollar 1 manat 70 qəpiyə kimi bahalaşacaq” - İqtisadçı


“1 dollar 1.60-1.70 manata kimi bahalaşa bilər”.

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, hələlik orta və yaxın müddətli dövrdə manatın məzənnəsində sadəcə ucuzlaşma baş verəcək: “Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsi o deməkdir ki, növbəti dövrlərdə manatın məzənnəsinin müəyyənləşdirilməsi bazarlarda təlabat əsasında formalaşacaq. Düşünmürəm ki, bazarlarda manat həddən artıq çoxdur. Təbii ki, ilkin panika vəziyyətində mümkündür ki, müəyyən qədər, yəni kəskin rəqəmlərlə ifadə olunan devalvasiya müşahidə olunsun”.

Ekspert hesab edir ki, sonrakı dövrlərdə manatın məzənnəsində nisbətən möhkəmlənmə baş verəcək: “Çünki bazarlarda manatın həcmi kifayət qədər azdır. Böyük ehtimalla məzənnə sonradan 1.35-1.40 aralarda sabitləşəcək. Sonrakı uzun müddətli dövrlərdə isə neftin qiymətindən asılı olaraq, manatın məzənnəsində möhkəmlənmə və ucuzlaşma prosesi də baş verə bilər. Nəzərə alsaq ki, son hadisələr neftin qiyməti ilə bağlı heç də müsbət proqnozlar verməyə əsas vermir, o zaman deyə bilərik ki, yaxın və orta dövrlərdə manat ancaq ucuzlaşacaq. Dollar hətta 1.60-1.70 manata kimi qalxa bilər”.

Qeyd edək ki, bu gün Azərbaycanda ikinci devalvasiya olub. Bugünkü məzənnəyə əsasən, 1 dollar 1,5500 manat təşkil edir.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!