Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 9-11-2020, 19:49
Heydər Əliyevin reallaşdırdığı Rəsulzadə arzusu

Dövlətlər tək apardıqları siyasətə və tutduqları mövqeyə görə fərqlənmirlər. Həm də onların varlığını göstərən rəmzlərlə seçilirlər. Millətləri bir-birindən ayıran ən əsas simvollardan biri də bayraqdır. Hər bir xalq yaşadığı coğrafiyaya, adət-ənənələrinə və mədəniyyətinə uyğun olaraq özünə bayraq yaradır. Azərbaycan xalqı da çox əsrlilik mədəniyyətindən bəhrələnərək üçrəngli, ay, ulduzlu bayrağını tərtib edib. Bir xalq olaraq biz bayrağına ən çox önəm verən cəmiyyətlərdən birində yaşayırıq. Türkçülük, İslamçılıq və Müasirlik idealarını özündə ehtiva edən bayrağımız şəhidlərimizin qanı bahasına bu gün ən uca zirvələrdə dalğalanır.
Azərbaycan bayrağı necə yarandı?
1918-ci il 28 mayda Şərq İslam aləmində və türk xalqları içərisində ilk dəfə Azərbaycan türkləri demokratik respublika yaratdılar. Dövlət yaradıldıqdan sonra onun sərhəddi və gələcək siyasəti ilə yanaşı bayrağı və himni də elan olundu. AXC-nin ilk bayrağı 1918-ci il iyunun 21- də qəbul edildi. Qırmızı rəngli parça üzərində aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq dövlət simvolu kimi tanındı. Lakin az sonra yeni yaranmış dövlət xarici qüvvələrin təsiri ilə bu bayraqdan imtina etməli oldu. Səbəb isə Osmanlı türklərinin bayrağına bənzəməsi göstərilirdi. Yeni qəbul ediləcək bayrağın verdiyi məna isə daha anlamlı idi.
Azərbaycan ictimai fikir tarixində danılmaz izlər qoyan Əli bəy Hüseynzadənin mənalandırdığı
rənglərin birləşməsindən yaranan və bu gün də başımızın üzərində dalğalanmasından fəxr etdiyimiz üçrəngli bayrağımız yarandı. Bayrağımızın bildirdiyi məna:
Mavi rəng – Türkçülük
Qırmızı rəng – Müasirlik və Demokrtaiya
Yaşıl rəng – İslamçılıq
Səkkizguşəli ulduz və ayparaya isə türk, müsəlman bayraqları üzərində rast gəlinən simvollardandır.
1920-ci il bolşeviklərin aprel işğalından sonra müvəqqəti də olsa, bayrağımız endirildi. 70 il üç
rəngli, müqəddəs bayrağımızı gizlətdilər. Nəhayət, ötən əsrin 80-ci illərinin sonlarında başlanan xalq azdlıq hərəkatı vaxtı hazırkı Azadlıq meydanında üç rəngli, ay, ulduzlu bayraq görünməyə başladı. O vaxt çoxları bu bayrağın nə olduğunu və haradan peydə olduğunu anlamamışdır. Ancaq sonradan bu bayrağın varlığı hərkəsə bəlli oldu. Azərbaycan bayrağı ilk dəfə rəsmi olaraq Heydər Əliyev tərəfindən Naxçıvan Ali Sovetində dalğalandırılmışdır. Həmin vaxt bu hərəkət çox riskli idi. Lakin Ulu Öndər qəhrəmanlıq göstərərk Sovet dövləti tam olaraq dağılmamış müstəqil Azərbaycanın bayrağını rəsmi dövlət binasında dalğalandırmışdır.
AXC-nin mirası olan üç rəngli bayraq 1991-ci ilin 5 fevralında Azərbaycanın bayrağı kimi qəbul
edilmişdir.
AXC-nin varisi müstəqil Azərbaycan babalarımızdan qalan bütün yadigarlar kimi bayrağına da sahib çıxır və onu ən uca zirvələrdə dalğalandırır. Dahi şəxsiyyət AXC-nin qurucusu Məmməd Əmin Rəsulzadənin dediyi kimi: “Bir daha yüksələn bayraq, bir daha enməz”. Rəsulzadənin ən böyük arzusu Azərbaycan bayrağını yüksəklərdə görmək idi. Lakin o vaxtkı tarixi şərait buna imkan vermədi. Rəsulzadənin sona qədər gerçəkləşdirə bilmədiyi arzunu Heydər Əliyev reallaşdırdı. Bu gün Azərbaycan bayrağı hər yerdə ən uca zirvələrə sancılır.
102 il əvvəl elan olunmuş Azərbaycan bayarağı 30 il həsrət qaldığı torpaqlarda dalğalanır. 102
il əvvəl çətin tarixi şəraitdə torpaq itkilərinə rəğmən AXC yarandı. 29 il əvvəl yenə də torpaqlar itirdik fəqət yolumuzdan dönmədik və Azərbaycnın itirilmiş müstəqilliyini bərpa etdik. Bu il, 2020-ci ildə isə biz bir xalq olaraq torpaqlarla birlikdə itirdiyimiz qələbə və yenilməzlik ruhumuzu özümüzə qaytarırıq. SSRi dağılanda ölkəmizin düşdüyü çətin vəziyyətdən istifadə edən erməni alçaqların işğal etdiyi torpaqlara geri dönürük. Bir əlimizdə şanlı bayrağımız, bir əlimizdə silahla qayıdırıq o, torpaqlara. 30 il əvvəl məcbur edilərək tərk elədiyimiz o, dağlara qayıdırıq. Bayraqlarımızı sanca-sanca qayıdırıq. Bütün azərbaycanlılar bu dəqiqə bir arzu ilə yaşayır. Müstəqil Azərbaycanın Ali baş komandanı Şuşa qalasına Azərbaycan bayrağını sancaraq xalqımız bayraq günü münasibəti ilə təbrik eləsin. Bu təbrik tarix boyunca unudulmaz an olaraq yaddaşlara həkk olunardı. Biz artıq bunu arzulamırıq reallaşması üçün çalışırıq. İşğaldan azad edilmiş bir çox rayonlarda bayrağımız dalğalanır. Hər dəfə Cənab prezident İlham Əliyev azad olunmuş rayonun adını açıqlayandan sonra azad olunmuş yerdən video yayımlanır. Bunu sadəcə video adlandırmaq da olmur. Bu, neçə illərdir çəkdiyimiz həsrətdir reallaşdırırıq və kənardan durub seyr edirik. Uca zirvədə dalğalanan Azərbaycan bayrağı onun kölgəsində durub azad olunmuş torpaqlar haqqında Ali baş komandana məruzə edən Azərbaycan əsgəri. Bu mənzərəni neçə illərdir arzu edirdik. Bəzən bezirdik də. Ancaq zaman göstərdi ki, biz yalnız arzulamamışıq həm də, reallaşması üçün işlər görmüşük.
Cəbhədə qazandığımız uğurlar hər kəsi sevindirir. Elə buna görə də inasanlar yaşadıqları binalardan, iş ofislərindən və avtomobillərindən Azərbaycan bayrağı ilə yanaşı hər kəs haqlı davamızda bizi dəstəkləyən dövlətlərin, o cümlədən Türkiyə, Pakistan və İsrailin dövlət bayraqlarını dalğalandırırlar. Bu bizim bayrağa nə qədər önəm verməmizin göstəricisidir. Bayrağı bizə sevdirən onun rəngləri və görünüşü deyil. Onun uğrunda canını fəda edən oğullarımızın ruhlarıdır. Bayrağa adi gözlə baxasaq onun bizim üçün heç bir mənası olmaz. Biz bayrağa şəhidlərimizin ruhu kimi baxmalıyıq. O zaman onun müqəddəsliyini dərk edə bilərik. Harada bir Azərbaycan bayrağı dalğalanırsa dünya azərbaycanlıları oraya toplaşıb öz milli kimliklərini dünyaya bəyan etməlidirlər. Bəli, bayraq bizim milli kimliyimizdir. Xarici ölkələrdə bizi Azərbaycan bayarağı ilə görən əcnəbilər o dəqiqə bilirlər ki, biz Odlar yurdunun təmsilçiləriyik. Bilirlər ki, biz türkük, müsəlamanıq və müasirlik yolu ilə irəliləyən xalqın nümayəndələriyik. Bayrağımız enərsə, bir xalq olaraq sonumuz çatar. Bayrağımız nə qədər yüksəklərdə dalğalanarsa, başımız da bir o qədər uca olar. Şair necə də gözəl deyib: “Bayraq mənliyimdir, bayraq kimliyim bayraq öz yurduma öz hakimliyim”.

Qasım Məmmədli,
BDU Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!