"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 29-07-2022, 08:29
Uğur uğura dayaqdır
Uğur uğura dayaqdır


Uğur uğura dayaqdır İnsanın həyatdakı ən böyük işi səmimiyyət aynası olmaq, doğmalıq göstərmək və qəlblərdə məskən salmaqdır. Bu proses ictimai-zəruri mənalar ehtiva edir; yəni insan özündən başqasına həyan olanda, yaxud xeyirxah əməlləri ilə cəmiyyətə fayda verəndə bütün işlər qaydasında görünür. Cəmiyyət töhfə verən insanları həmişə yüksəkdə tutub. Belələri bütün hallarda sevilir, öz bacarıqları və təşkilatçılıqları ilə daim diqqət mərkəzində dururlar. Tam səmimi deyək ki, şəxsiyyətinə dərin rəğbətimiz və hörmətimiz olan Cəvahir xanım Qaraqızı da öz əməli işində ölkə dəyərlərini milli zərurət kimi ehtiva edir, cəmiyyətə fayda gətirir.

Qısaca tanışlıq üçün deyək ki, Cəvahir Qaraqızı qədim Borçalı mahalında, Gürcüstanın Bolnisi şəhərində anadan olub. Ali təhsilli iqtisadçıdır. İyirmi ildən çoxdur ki, ölkəmizin ictimai işində fəallığı ilə diqqət çəkir. Onun bu vaxta kimi dövri mətbuatda və müxtəlif almanaxlarda şeirləri dərc olunub. "Məhsəti Şairlər Məclisi» İctimai Birliyinin sədridir. "Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi" və "Dünya Azərbaycanlıları Konqresi"nin üzvüdür. "Abdulla Şaiq", "Qızıl qələm" və "Zirvə" mükafatları laureatıdır. Cəvahir xanım son illər cəmiyyət işində daha fəaldır. O, bir müddətdir qeyri-hökumət təşkilatlarının ictimai səciyyəsini xarakterizə edir, özü də ümumi inkişaf naminə bu prosesdən yararlanmağı qarşısına məqsəd qoyub. Elə buna görədir ki, hazırda məşğul olduğu iş cəmiyyətə töhfə verir. Cəvahir xanımın sədri olduğu "Məhsəti Şairlər Məclisi” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiyin seçim qaydaları əsasında 2021-ci ildə kiçik qrant müsabiqəsinin qalibi olub. Elə bu uğurla bağlı Cəvahir xanımı təbrik edəndə, o, dedi:

- Hazırladığımız layihə “Nizami Gəncəvi ədəbi irsinin təbliği”nə dair idi və qarşımıza bölgələrdə ədəbi məclis (şeir, qəzəl, qiraət, muğam ifası) və tamaşaları təşkil etmək məqsədi qoymuşduq. Sevindirici haldır ki, biz buna nail olduq. Yəni, qrant müsabiqəsinin qalibi olanda düşündük ki, məqsədimizə nail olacağıq. İndi çox şükür, Azərbaycan ədəbi irsinin təbliği, ədəbiyyatımızın, mədəniyyətimizin, mənəviyyatımızın, milli ənənələrimizin, şifahi xalq yaradıcılığının, milli folklorumuzun yaşaması, qorunması üçün müəyyən addımlar atırıq və bu işlərin ölkə dəyərləri kimi ehtiva etməsi mühüm şərtdir. Bilirsiniz ki, Nizami irsi ədəbi irzimizin şah damarıdır. Söz sənətinin ustadı Nizami Gəncəvi yaradıcılığı təkcə 2021-ci illə deyil, hər zaman elm sahiblərinin, ədib və yazarların, mədəniyyət xadimlərinin əsas müraciət etdiyi gündəm mövzudur və bu, həmişə belə olacaq. Dahi şairin məşhur əsərləri, “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanmaqla kamillik axtaran zəka sahiblərinin həmişə ilham alacağı yaradıcılıq mənbəyi sayılacaq.
Nizami dərin fəlsəfi əhəmiyyət daşıyan yaradıcılıq əsərləri ilə kamillik, dürüstlük, sülh, ədalət və məhəbbəti aşiqi olmaqla, insanları fərdi inkişaf tərbiyəsinə dəvət etmiş, fərdi inkişafla, həmçinin, ədalətli cəmiyyətin qurulmasına çağırış etmişdir. Dahi mütəfəkkirin yaradıcılığının əhali kütlələrinə yaxın, sadə xalq dili ilə, müxtəlif janr və fəaliyyət növləri ilə çatdırılması, gənc nəslimizin milli-mənəvi ruhda tərbiyəsinə, milli irzimizin varisliyinin təmin olunmasına zəmanətdir. Bu baxımdan, Nizami yaradıcılığının, ədəbi irsinin təbliğində müxtəlif yeni vasitə və üsullardan istifadə zəruridir. Elə bizim layihəmizin də məqsədi regionlarda Nizami ədəbi irsinin sadə xalq kütlələrinə yeni formatlarla təbliği, regionlarda şeir, qəzəl, muğam ifaları, əsərlərdən tamaşalar daxil olmaqla ədəbi məclislərin təşkilidir və bu istiqamətdə qarşımıza qoyduğumuz əsas vəzifələr ədəbi irsimizi yaşadıb qorumaq, gənc nəslin milli mənəvi ruhda inkişafına töhvə verməkdir.
- Cəvahir xanım, layihəniz milli zərurətdən irəli gəlib və öz məqsədinizi hansı addımlarla təsdiq etmək niyyətindəsiniz?
- İndiyədək bir sıra uğurlara imza atmıhıq. Misal üçün deyim ki, 29 mart 2022-ci ildə "Məhsəti Şairlər Məclisi» İctimai Birliyi Şamaxı rayonunda “Nizami Gəncəvi ədəbi irsinin təbliği”nə dair tədbir keçirdi. Tədbir Əfzələddin Xaqani Şirvani adına Şamaxı rayon Mədəniyyət Mərkəzində baş tutdu. Tədbiri İB sədri kimi mən özüm və İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə idarə edirdi. Məqsədimiz də o idi ki, Nizami Gəncəvi irsinin regionlarda təbliğinin əhəmiyyətindən danışaq, mənəvi yüksəkliyin ictimai səciyyələrdə hansı rol oynadığını yetişən nəsillərə göstərək. Açığı, tədbir boyu biz bu istəyə nail ola bildik. Çünki böyük sözün əzəli xidmətçisi olan Şamaxıda insanlar bizi çox dərindən duyur, hər fikrimizi demək olar ki, alqışlayırdılar. Bu, təbii ki, bizi çox məmnun edirdi. Elə həmin tədbirdə çıxış edənlərin özləri də bu ənənəvi və zəruri məqamı öz ifaları və sözləri ilə təsdiq etdilər.

Cəvahir xanım Bərdə rayonunda təşkil etdikləri tədbirin mahiyyətindən danışarkən dedi:
- Bərdə Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Bərdə rayon Mədəniyyət Mərkəzinin və “Məshəti Şairlər Məclisi» İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi ədəbi irsinin təbliği”nə həsr olunmuş tədbirimiz də rayon ictimaiyyətinə böyük təsir göstərdi. Tədbirimiz proqramında aşağıdakı məsələlər əsas hədəf idi:
“Qarabağ” ansamblının ifasında “Koroğlu” uvertürası səslənməli, çıxışlarda layihəmizin əsas arqumenti bəlli olmalı, gənc nəsilə Nizami ədəbi ruhu aşılanmalı və s. Əminəm ki, biz buna nail olduq. Çünki hər çıxış, hər səslənən söz və fikir diqqətlə dinlənilirdi. Sanıram ki, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında layihəmiz əsaslı addımlar atır. Çünki xalqımızın qəlbində əbədiyaşarlıq qazanmış işlər daim təbliğ olunmalıdır.
Cəvahir Qaraqızının rəhbərliyi və təşkilatçılığı ilə «Məhsəti Şairlər Məclisi» İB-nin Quba görüşü də layihənin əsas məğzi kimi məna tapır. Bu görüşdə də Nizami Gəncəvi ədəbi irsi qubalı sakinlərə böyük minnətdarlıq hissi ilə çatdırıldı. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində baş tutan tədbir Nizami Gəncəvi irsinin regionlarda təbliğinin vacibliyini ehtiva etdi. Çıxış edənlər bu addımın əhəmiyyətindən danışdılar və Azərbaycan ədəbiyyatında Nizami Gəncəvinin yerinin və rolunun mahiyyətindən bəhs etdilər. Cəvahir xanım sədri olduğu İB-nin layihələrlə çıxışına dəstək olan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevə, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevə və Agentlikdə əməyi keçən hər kəsə təşəkkürünü bildirir. Qeyd edir ki, lahihəmizin həyata keçirdiyi bütün proqramlar gənc nəsillərin nümunəvi vətəndaş kimi yetişmələrində az da olsa rol oynayır. Düşünürük ki, bu iş vacib və zəruri işdir, çoxumuzun həyatında yeni səhifələr açır.
Beləcə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə” cəmiyyət işində ümdə rol oynayır. QHT-lər işlədikləri layihənin icra dövründə qrant müqaviləsi ilə üzərinə düşən öhdəlikləri vaxtında və tələb olunan səviyyədə həyata keçirməklə, cəmiyyət işində təkanverici qüvvə kimi təsir bağışlayırlar. Və bilirik ki, gənclərin vətənpərvər ruhda tərbiyə olunması onların müstəqilliyinə təminat verən amillərdən hesab olunur. Bunun üçün gənclərin sosial qayğılarının həllinə nail olmaq mütləq şərtdir.
Nəzərə almaq lazımdır ki, dövlət qayğısından yetərincə bəhrələnən gənclərin vətənpərvər olması şübhəsizdir. Məhz Cəvahir xanımın hədəf götürdüyü işin məqsədi də elə bu rakursdadır. Cəvahir xanım Azərbaycan dövlətinin yaratdığı imkanlardan maksimum yararlanmaqla gənc nəslin layiqli vətəndaş olmalarında ümdə rol oynayır. Ona fəaliyyətində və yaradıcı işində uğurlar diləyir, can sağlığı arzulayırıq.

Hüseyn Məmmədov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Paylaş



Bölmə: Mədəniyyət / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!