Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 25-06-2016, 12:34
“Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin bəyanatı


Butov.az xəbər verir ki, "Borçalı" İctimai Cəmiyyəti bəyanat yayıb. Bəyanatda deyilir:
“Borçalı” İctimai Cəmiyyəti 2009-cu ildən indiyə kimi kifayət qədər uğurlu yol qət etmiş, qarşısına qoyduğu hədəflərə əsasən nail olmuşdur. Azərbaycan Respublikası və Gürcüstan qanunvericiliyi və Beynəlxalq hüquqauyğun fəaliyyət göstərmiş, bir sıra vacib layihələr hazırlayaraq müvafiq dövlət orqanlarına təqdim olunmuş, soydaşlarımızın problemləri ictimailəşmişdir.Fəaliyyəti müddətində 7 “Borçalı türklərinin Elat mədəniyyət günü” -”Elat bayramı, 50 “Dədə Camal Məclisi”, 5 Koordinasiya Şurası, 8 ümumi yığıncaq(konfrans), 12 elmi-nəzəri konfrans, 8 mətbuat konfransı,İdarə Heyətinin isə 100-dən çox iclası keçirilmiş,müşahidələr(monitorinqlər) təşkil etmişdir. Toponimlər, milli məktəblər, torpaq islahatları, miqrasiya problemləri, soydaşlarımızın Azərbaycan bazarlarına maneəsiz daxil olması, gömrük rüsumlarının azaldılması, soydaşlarımızdan Azərbaycanda təhsil alan tələbələr və Gürcüstana dönən gənc mütəxəssislərlə bağlı problemlər daim diqqət mərkəzində saxlanılmışdır.Soydaşlarımızın məskunlaşdığı yerlərdə yeni iş yerlərinin yaradılması, səmərəli investisiya siyasəti, bölgədə özəl və dövlət ali təhsil müəssisələrinin vacibliyi ilə bağlı təkliflər də müvafiq qurumlara təqdim olunmuş, ictimai diqqət bu problemlərin həllinə yönəlmişdir.
“Borçalı” İctimai Cəmiyyətinin mühüm fəaliyyət istiqamətlərindən biri də Borçalı türklərinintürk dünyasına və Avropaya tanıtmaqdan ibarət olmuşdur.Cəmiyyət Türkiyə və Avropa türk dərnəkləri, xüsusilə Avropa Türk Konfederasiyası, Borçalı türklərinin sıx mıskunlaşdığı Sulduzun da olduğu Güney Azərbaycanla əlaqələri davam etməkdədir.
“Borçalı” Ictimai Cəmiyyətinin 28 may 2016-cı ildə növbəti 8-ci konfransı (ümumi yığıncaq) yüksək səviyyədə keçirilmiş, yeni İdarə Heyəti və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Təəssüflər olsn ki, ümumi yığıncaqdan sonra bəzi mətbu orqanlardatəşkilatın nüfuzunu aşağılamaq, təşkilatı süni şəkildə qovğalara sövq etmək, parçalanmış obrazını yaratmaq məqsədi daşıyan, sədrin istefası və növbədənkənar konfransın çağrılması haqqında əksəriyyəti “Borçalı İctimaiCəmiyyətinin üzvü olmayan şəxslərin bəyanatı dərc olunmuşdur. Eyni zamanda Cəmiyyətin adından müəyyən qurumlara heç bir fakta söykənməyən, millətimizin etik-əxlaqi dünyagörüşünə zidd olaraq müraciət ünvanladıqları haqqında bilgilər daxil olmaqdadır. Bəziləri isə vətəndaş və eloğluluq məsuliyyətinə yaraşmayan tərzdə yaşlı nəsil nümayəndələrini aldadaraq bu çirkli oyuna qoşmağa səy göstərməkdədirlər.
“Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin bəyanatı
“Borçalı” İctimai Cəmiyyəti bəyan edir ki, bəyanatda əks olunan bəndlərinin heç bir fakta söykənən əsası yoxdur, qara piarlıqdan və Elat bayramı qabağı ictimai rəyi çaşdırmağa, sədrin nüfuzunu aşağılamağa, onun haqqında həyasızcasına, yalnız düşmən əlinə sərf edən separatçı obrazı yaratmağa hesablanan, maraqlı mərkəzlər tərəfindən dövriyyəyə buraxılan təxribatdan başqa bir şey deyildir. İndi isə “Borçalı” İctimai Cəmiyyəti adından mövcud qanunlara sayğısızlıq göstərərək, heç kim tərəfindən səlahiyyət verilmədiyi halda toplantı keçirmək, təşəbbüs qrupu yaratmaq, 1993-cü ildən təşkilatla əlaqəsi olmayan bəzi şəxslər sui istifadə cəhdi edərək, özlərinin də etiraf etdiyi kimi bəzi məsuliyyətsiz “yuxarıların” alətinə çevrilməkdədirlər. Borçalı İctimai Cəmiyyəti İdarə Heyəti bu toplantı və təşəbbüslərin heç bir hüquqi əsası olmadığını bəyan etməklə bu oyuna rəvac verənləri məsuliyyətə dəvət edir, “Borçalı” İctimai Cəmiyyətinin nüfuzuna xələl gətirməməyə, “Borçalı” Cəmiyyətinin süni şəkildə parçalanmış imicini yaratma cəhdindən əl çəkməyə, insanları aldatmamağa, Azərbaycan qanunlarına sayğılı olmağa dəvət edir.
“Borçalı” Cəmiyyətinin İdarə Heyəti bir daha bəyan edir ki, Cəmiyyəti monolit təşkilat olaraq bundan sonra da Gürcüstanın ərazi bütövlüyü çərçivəsində, etnik separatizmi birmənalı rədd edərək, soydaşlaımızın vətəndaş hüquqlarının təmini, tarixi toponimlərin bərpası, soydaşlarımızla gürcü cəmiyyətinin qarşılıqlı inteqrasiyası, soydaşlarımızın Beynəlxalq hüquqda ehtiva olunan, insan hüquqlarının təmin olunmasına yardımçı olan layihələrini həyata keçirməkdə davamlı olacaqdır.
PS..Bəyanat 17 iyun 2016-cı il tarixində qəbul olunmuş, ancaq ictimaiyyətə xoşməram naminə təqdim olunmamış, bu işə rəvac verənlərin məsuliyyətli davranışlarına ümid etmişdir. Təəssüf ki, Qanunlara hörmət göstərmədən, şəxsi maraqları naminə “Borçalı” İctimai Cəmiyyətinə qarşı məsuliyyətsiz davranışların davam etdiyi səbəbindən bəyanatın yayılması məqsədə uyğun hesab olunmuşdur.
“Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti
25 iyun 2016, Bakı şəhəri


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!