Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsi Ləhiş bağlarında yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən paytaxt sakinləri - Cavidan Namazov tanışları Tural Həşimov və Nihat Əliyev tutulublar.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı onların qeyd edilən bağ evindən ümumilikdə 5 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurladıqları məlum olub.
Qeyd edək ki, saxlanılan şəxslərdən biri Cavidan Namazov hadisə baş verən evdə usta işləyib. Onun təklifi ilə dəstə üzvləri həmin mənzildən oğurluq ediblər.
Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
“Bu şəxslərin analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər”, - məlumatda qeyd edilib.
Bütöv.az xəbər verir ki, ilkin versiyaya görə, yaşayış binasında baş verən yanğına səbəb elektrik qızdırıcısında olan nasazlıq olub. İnsident nəticəsində 9-u uşaq olmaqla 19 nəfər həyatını itirib. Yanğın zamanı 63 nəfər yaralanıb, onlardan 32-nin vəziyyəti ağırdır. Qeyd edək ki, bu, Nyu-Yorkda son 30 ildə baş vermiş ən güclü yanğın hadisəsidir.
Qazaxıstanın təşəbbüsü ilə çağırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası işə başlayıb.
Bütöv.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya tərəfdən iclasa Prezident Vladimir Putin qatılıb. KTMT baş katibi Stanislav Zasın da iclasa qatılacağı gözlənilir. Qırğızıstanı iclasda Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov təmsil edəcək.
Belarus Prezidenti Aleksandr Lukaşenko da iclasda iştirak edir.
Azərbaycan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) birinci katibi Əbrürrəhman Vəzirov 91 yaşında vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
Ə.Vəzirov 1988–1990-cı illərdə Azərbaycan SSRİ Kommunist Partiyası MK-nın 13-cü birinci katibi, SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri olub.
Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.
Müraciət səfirliyin “Twitter” hesabında dərc edilib.
Müraciətdə deyilir:
“Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir.
Bu səbəbdən xatırladırıq ki, Səfirliyin nursultan@mission.mfa.gov.az elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik. Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində Səfirliyə məlumat daxil olmayıb”.
Qeyd edək ki, yanvarın 5-i səfirlik Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı, evlərində qalmalarını və bütün zəruri ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə etmişdi.
Serb tennisçi Novak Cokoviçin apellyasiya şikayəti təmin edilib.
Melburndakı Avstraliya Federal Məhkəməsi bu ölkəyə vizasının ləğvi və ölkənin sərhədindən deportasiya qərarının qanuni olmasına etiraz edən serb tennisçi Novak Cokoviçin apellyasiya şikayətini təmin edib. Bu barədə iclasın onlayn yayımı zamanı hakim Entoni Kalli məlumat verib.
Federal Dairə Məhkəməsinin hakimi beş saat davam edən iclasdan sonra Avstraliya hökumətinin serb tennisçinin vizasının ləğv edilməsi barədə qərarını dəyişib.
Məhkəmə qərarı ilə həmçinin müttəhimin bütün məhkəmə xərcləri ödənməli və Cokoviçin 6 yanvar 2022-ci ildən qaldığı miqrantlar üçün oteldən dərhal azad etmək üçün bütün lazımi addımlar atılmalıdır.
Serb tennisçi çərşənbə günü axşam Melburn hava limanında sənədlərlə bağlı problemlərə görə saxlanılıb. Daha sonra məlum olub ki, Cokoviç Avstraliya sərhəd rəsmilərinə COVID-19 peyvəndi ilə bağlı qanuni formada vaksindən azad olmasına dair sənədləri təqdim edə bilməyib. Bütün gecə davam edən prosesdən sonra idmançının vizası ləğv edilib, onun özünə də ölkəni tərk etməklə bağlı xəbərdarlıq edilib. Cokoviç sərhəd xidmətinin qərarının qanuniliyinə etiraz edərək Avstraliya Federal Məhkəməsinə müraciət edib.
Cokoviçin vizasının ləğvi ilə bağlı qalmaqal fonunda Avstraliya Federal Sərhəd Xidməti COVID-19 peyvəndlərindən azad edilmiş və lazımi peyvəndlər olmadan ölkəyə gələn Açıq Avstraliya Çempionatının daha iki tennisçisinin sənədlərinə yenidən baxıb və çexiyalı tennisçi Renata Voraçovanın vizasını ləğv edib.
"Körpə və az yaşlı uşaqlarda bitkilərin hansı yaşda, miqdarda, xəstəliklər zamanı necə verilməsi, faydası, zərəri haqqında elmi araşdırmalar olmalıdır. Ona görə də körpələrə bu kimi preparatların verilməsini tövsiyə etmirik".
Bütöv.az xəbər verir ki, bu açıqlamanı tanınmış pediatr-neonatoloq Altay Abdullaoğlu edib. Onun sözlərinə görə, bitkilər xalq təbabəti kimi illərdir istifadə olunub. Böyüklər üçün müəyyən faydaları olsa da körpələrdə bu barədə məlumatlar yoxdur. "Bu bitkilərin insan üçün faydaları olduğu kimi, uyğunsuz miqdarda istifadə olunması zərərli ola bilər. Ona görə də bitki deyərək keçmək olmaz, bütün bunları nəzərə almaq lazımdır".
Bir çox faydası olsa da, hamiləlikdə və südvermə dövründə həkimlə məsləhətləşmədən zəncəfildən istifadə etmək əks təsir göstərə bilər.
Zəncəfil çayı necə hazırlanır?
Ərzaqlar:
- 1 ədəd zəncəfil kökü
- Bal və ya limon
- Su
Hazırlanması:
Təzə zəncəfilin qabıqlarını soyuduqdan sonra incə-incə doğranır. Lif baxımından zəngin olan zəncəfilin faydasından tam yararlanmaq üçün onu liflərə paralel istiqamətdə doğramaq lazımdır. Neçə fincan içmək istəyirsinizsə, o qədər su əlavə etdikdən sonra 4-5 ədəd zəncəfil dilimini suya atın. 10-15 dəqiqə gözləyin. Zövqə görə üzərinə limon və ya bal əlavə edin.
Ölkədə müstəqil məhkəmə sistemi yoxdur və uzun illərdir ki,vətəndaşlar bu sarıdan əziyyət çəkirlər.
Bütöv.az xəbər verir ki, bu barədə azinfo.tv məlumaat yayıb. Bütün qərarlar yuxarıdan gələn zənglər əsasında verilir. Bu günlərdə daha bir zəng ədliyyə naziri Fikrət Məmmədov tərəfindən gəldi və bu zəng İsmayıllı rayon məhkəməsi üçün idi və əmr olundu ki, Hacıhətəmli kənd ərazisində yerləşən "Monolit" şirkəti cənab nazirə məxsusdur və qərar da onun xeyrinə verilməlidir. Belə də oldu.Nəhayətdə Behbutovlar ailəsinə qarşı qanunsuz qərar qəbul olundu.Videonu izləyin bəyənin və paylaşın.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!