Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 5-05-2025, 14:38
ÖZÜMLÜ ŞƏRQİN ÖRNƏYİ OLMAQ

ÖZÜMLÜ ŞƏRQİN ÖRNƏYİ OLMAQ

Bu gün dünyadakı gərginlikləri artıq hər kəs yaşamında daha ağrılı şəkildə hiss edir. Kürəsəlləşmə (qloballaşma) sürəkli hal alır, iri ölkələrin sınırsız iştahları daha da itilənir, balaca sayılan ölkələrə qarşı hərtərəfli (total) hücumlar baş alıb gedir: ölkələrin siyasi, iqtisadi, mədəni-mənəvi özəllikləri yox edilir, dünyanın tam nəzarətdə olmasını ardıcıl etmək üçün yeni-yeni fəndlər düşünülür. Dünyada insansızlıq çeşidləri artdıqca ekoloji problemlər kəskinləşir, hava, su çirklənir… Sonucda süniləşən, dəyərsizləşən qidalar insanlara yeni-yeni xəstəliklər gətirir. Bir yandan da dünyanı evə bənzədirlər, ancaq bu evi dayanmadan sökürlər.
Dünyadakı gərginliklər bu gün Şərqdə daha pis şəkildə cərəyan edir. Ölkələr dağıdılır, insanlar qətl olunur, səfalətə sürüklənir, bir sözlə, yaşam məhv olur. Dünyanı demokratiya ilə səyli şəkildə oynadırlar.
İnam Ata (Asif Ata) hesab edir ki, dünyanın var olması üçün Şərqin özünə qayıtması ilkin şərtdir. Asif Ata Ocağının Bayramlarından (İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik) biri də Şərqilik adlanır. Şərqilik Bayramı – Ulusumuz, Uluslar, Bəşərin taleyi ilə bağlı Mütləqə İnam Dünyabaxışı ölçüsündə qayğılanmağımızın ifadəsidir. İnsanın, Ulusumuzun, Şərqin, Bəşərin var olmasının qaynağı İnam Atanın Dünyabaxışıdır.
Özümlüyə əsaslanmaq, özgəlikləri içdən, ömürdən, yaşamdan dışlamaq, maddiyyatçılıq əvəzinə ruhaniyyatçılıq (İnsançılıq) gətirmək gərək ömürlərə. İnanırıq ki, Azərbaycan Özümlü Şərqin örnəyi olacaq. Özümlüyünə yetən – Vətənə yetir, Şərqiliyə yetir, Bəşərə yetir. Oxuculara İNAM ATANIN (ASİF ATANIN) “ŞƏRQ–QƏRB” yazısını sunuram.

İşıqlı ATALI
***

İNAM ATA (ASİF ATA)
ŞƏRQ–QƏRB

Şərq bir zamanlar müəllim idi, öyrədirdi, indi Qərbi təqlid edir, onun arxasınca addımlayır, ona oxşamasıyla öyünür. Şərq bir zamanlar yeni İdeyalar, formalar yaradırdı, indi həmin Məzmunu, Biçimi Qərbdən mənimsəyir. Geyimdən başlamış, siyasi üsul-idarəyə, ictimai doktrinaya, İdeala, Fəlsəfi Fikrə, Bədiiyyata qədər nə varsa, hamısını Şərq Qərbdən götürür. Bir zamanlar Şərq Şərq olmağıyla fəxr edirdi, indi “mən Şərq deyiləm, mən elə Qərbəm” – deyə bağırır. “Düşüncəm Qərb Düşüncəsidir, Duyğularım Qərb Duyğularıdır, Adətlərim, Həyat Tərzim, Məişətim Qərbvaridir, Özüm olmaq istəmirəm, Qərb olmaq istəyirəm. “Avropalaşmalı” – deyə haray qoparıram. Qərb müəssisələrini Şərqə gətirirəm, Şərq torpağında Qərb meyvəsi bitirirəm və bunu vüqarla aləmə bəyan edirəm. Sözdə irqçiliyin əleyhinə çıxıram, əməldə isə “Qərb hər şeydir” – ideyasını naşıcasına, miskincəsinə təsdiq edirəm. Üsul-idarəm – Qərb üsul-idarəsi, müəssisələrim – Qərb müəssisəsi, İdealım – Qərb İdealı… Qərbə qovuşuram, Qərbdə itirəm, ancaq fəlakətimi tərəqqi sayıram! Özümə təskinlik vermək üçün – “Bəşər vahiddir, onu Şərqə və Qərbə bölmək olmaz” – deyirəm və unuduram ki, Bəşər müxtəlifliyin Vəhdəti kimi birdir, yeknəsəqliyin təsdiqi kimi yox! Miskincəsinə, avamcasına unuduram ki, Şərqin Qərbləşməsi Qərbin Şərq Xalqlarını əsarətə salması üçün ən gözəl vasitədir. Mən sənin əbədi qəyyumunam! Sən məni eşitməlisən, mən deyən kimi yaşamalısan.
Mən sənə tarix tərəfindən əbədilik rəhbər təyin olunmuşam, sən mən deyən, mən istəyən Şərq olacaqsan!
Qərbləşməyə can atmaqla Şərq özünü əjdahanın ağzına atır, vüqarla Mənəvi səfalətə doğru addımlayır və anlamır ki, ayılıb görəcək Şərq Dünyasından heç nə qalmayıb.
Şərqin belə fəlakətli vəziyyətə düşməsinin səbəbi nədir?
Birinci səbəbi odur ki, iqtisadi inkişafı tərəqqinin meyarı saydılar. Əgər Qərb Şərqi iqtisadi cəhətdən ötübsə, deməli, o, hər cəhətdən Şərqdən üstündür. Deməli, onun Mədəniyyəti də, İctimai İdealı da, Həyat Tərzi də təqlidə layiqdir. Deməli, Avropalaşmaq lazımdır, Avropada nə varsa, Şərqə köçürmək lazımdır. Şərqin öz Fəlsəfəsini, Üsul-İdarəsini yaratmağa ehtiyacı yoxdur. Əgər Avropanın maşını çoxdursa, deməli, Ləyaqəti də çoxdur. “Qərb balonlarda gəzir, biz isə avtomobil minməyiriz” – deməli, avtomobilə minməklə biz tərəqqinin ön sırasına çıxacağıq.
Şərq dəhşətli yanlışlığa, fəlakətli naşılığa yol verdi, avtomobilə minməyi tərəqqiylə eyniləşdirdi. İndi Şərq artıq balonlarda gəzir, ancaq tarixinin ən ağır illərini keçirir. Şərq hay-küyə uydu, uzaqgörənlik göstərmədi, indi Qərb filosofları özləri maşın sivilizasiyasının Bəşərə səadət gətirmədiyini, əksinə, zillət gətirdiyini təsdiq edirlər. Şərq avtomobilə minməliydi, minəcəkdi, ancaq bundan ötrü öz Dünyasından əl çəkməməliydi, anlamalıydı ki, İqtisadi Tərəqqi avtomatik şəkildə Mənəvi, İctimai, Siyasi Tərəqqi yaratmır, bu səbəbdən də Qərbdə hökm sürən Üsul-İdarəni, Mədəniyyəti süni surətdə Şərqə köçürmək, calamaq olmaz, bu, eybəcərlik törədər.
***
Qərb öz nailiyyətləri ilə Şərqin gözünü qamaşdıra bildi, Şərq Sabahı görmədi. Heç bir Şərq ölkəsində parlament sistemi özünü doğrultmadı, Qərb Fəlsəfəsi Cərəyanlarının heç biri Şərq İdrakına təkan vermədi, Şərq pozitivistləri Kantların, Yasperslərin yanında heç görünmürlər də. Şərq öz bədii ənənəsini davam etdirmədi, Qərb ənənəsini mənimsədi və bu səbəbdən də Sənət Zirvəsi yarada bilmədi. Şərq öz Mədəniyyətinə Qərbin gözü ilə baxdı, Qərb rasionalizminin, praqmatizminin ölçüsüylə yanaşdı, özündən ayrıldı. Ona elə gəldi ki, Tarixində, Qədimliyində nailiyyəti azdır, yalnız Qərbləşəndən, Avropalaşandan sonra onun əsl tarixi başlanacaq. Şərq özünü inandırdı ki, onun dünəni despotçuluqdan, qəsbkarlıqdan və xurafatdan ibarətdir və bu səbəbdən də onun özünə əsaslanmağa, öz ənənələri əsasında təbii şəkildə inkişaf etməyə imkanı yoxdur, o, özünü rədd edib, Avropanı qəbul etməlidir.
***
Əslində isə Şərqin öz yoluyla getmək, öz ənənələri əsasında müasir mədəniyyət yaratmaq üçün hər cür imkanı var idi. Zərdüştdən, Buddadan başlayan Sufilik, Hürufilik səviyyəsinə yüksələn Fəlsəfi İdeyalar əsasında orijinal Şərq Fəlsəfəsi yaratmaq mümkün idi. Qərb Şərqin Fəlsəfi Siqlətini özündən yaxşı anladı, ondan bəhrələndi, onun təsiriylə Həyat Fəlsəfəsi, İntiutivizm və s. yaratdı. Şərq Avropalaşmaya qapılan zaman Avropanın Tolstoyları, Şveyserləri Şərq Düşüncəsinə, Bədiiyyatına, Mənəviyyatına üz tutdular… Şərq öz siyasi tarixinə daha ciddi, daha diqqətli və daha yetkin yanaşsaydı, onda Şərq despotçuluğundan başqa Şərq Müdrikliyi, Şərq Möhtəşəmliyi, Şərq Müqəddəsliyi, Şərq Mətanəti də görərdi, Qərbdən üsul-idarə mənimsəməzdi. Ümumbəşəri Bədiiyyatın Zirvələrindən olan Şərq Sənətini də Şərq düzgün qiymətləndirmədi. Belə hesab etdi ki, müasir dövrdə ona arxalanmaq olmaz, o, vaxtı keçmiş arxaik hadisədir, Qərb sənətinə əsaslanmaq lazımdır.
***
Övladlar Atalarına layiq olmadılar və tədricən Şərq Qərbin bədii əyalətinə çevrildi. Şərq çox şeydə yanıldı: ona elə gəldi ki, Qərb kapitalistləşirsə, o da kapitalistləşməlidir, Qərb sənayeləşirsə, o da mütləq sənayeləşməlidir, yoxsa məhv olar. Əslində isə onu kapitalistləşmə, sənayeləşmə məhv etdi: bunları Şərq öz qüvvəsiylə həyata keçirə bilmədi, Qərbə üz tutdu, Qərb isə Şərqə sənayeləşmə ilə yanaşı, əsarət gətirdi. Şərq elə hesab etdi ki, əgər Qərbdə yeni bir ictimai cərəyan yaranırsa və bu cərəyan əsasında Dünyanı cənnətə döndərirlərsə, o, bu axından kənarda qala bilməz, tezliklə “nicat doktrinasını” qəbul edib cənnətə hamıdan tez çatmalıdır. Şərqin Qərbçilik dövrü ona ağır başa gəldi. İndi o, özünə qayıtmalıdır, ya da Qərbin bulanıq sularında qərq olmalıdır.

QAYITMA
İnsan Özündən ayrılıb – onu Özünə qaytarmaq lazımdır!
Şərq Özündən ayrılıb – onu Özünə qaytarmaq lazımdır!

Azərbaycan Özündən ayrılıb – onu Özünə qaytarmaq lazımdır!
İnsanı Özünə qaytarmaq üçün Ona normal maddi şərait yaratmaq lazımdır. Bu, ilkin və ibtidai tələbdir. İnsanı Özünə qaytarmaq üçün Ona Yeni İdrak, Yeni Mənəviyyat, Yeni Hissiyyat,Yeni Həyat İdealı lazımdır. Bunun üçün keçmişə qayıtmaq tələb olunur. Müqəddəsliyə pərəstiş duyğusunu bərpa etmək gərəkdir. Bunun üçün Dinin alleqorik şəkildə ifadə etdiyi Ruhani İdeyalara, Duyğulara qayıtmaq tələb olunur. İnsansevərliyə, Məhəbbətə qayıtmaq gərəkdir.Bunun üçün İdealizmin Ruhani Paklığına, Füzulilərin, Nəsimilərin Ehtizazına, Vəcdinə qayıtmaq tələb olunur. Qəhrəmanlıq, Fədakarlıq, Özündənkeçmə Ehtirasına qayıtmaq gərəkdir. Bunun üçün Babəklərin, Cordano Brunoların, Yan Qusların Dünyasına qayıtmaq tələb olunur. Ailə Qüdsiyyətini bərpa etmək gərəkdir. Bunun üçün Qədim Adətlərə, Qaydalara qayıtmaq tələb olunur. Qadınlıq Ləyaqətini bərpa etmək gərəkdir. Bunun üçün Qədim Qadınlığa qayıtmaq tələb olunur. Kişilik Əzəmətini bərpa etmək gərəkdir. Bunun üçün Qədim Kişilərə bənzəməliyik. İnsanın Torpaq ilə Doğmalığını bərpa etmək gərəkdir. Bunun üçün ona torpaqdan nə isə düşməlidir.
İnsanı Heyvani Həyat tərzindən, əşyalaşma fəlakətindən, var-dövlət əsarətindən qurtarmaq lazımdır. Bunun üçün Buddaların, C.Rumilərin Ruhuna qayıtmaq tələb olunur! İnsanın Gözəlliklə, Bədiiyyatla təmasını bərpa etmək lazımdır. Bunun üçün Təbiətə Ruhani münasibətə, Qədim, Əbədi Bədiiyyata qayıtmaq tələb olunur. İnsanın Vətənsevərlik Ehtirasını bərpa etmək lazımdır. Bunun üçün Vətənlə bir olmaq Ülviyyəti tələb olunur. İnsanın Mənəvi Müstəqilliyini bərpa etmək lazımdır. Bunun üçün onu mühitin təsirindən qurtarmaq tələb olunur. İnsanı daxilində yaşayan Şərdən, Eybəcərlikdən, Naqislikdən qurtarmaq lazımdır.
Bunun üçün Özüylədöyüş Hikmətinə qayıtmaq tələb olunur. Şərq Özünəməxsus Dövlət Quruluşu, İctimai-Siyasi Doktrina, İdeal, Fəlsəfə, Bədiiyyat yaradanda, Qərbi təqlid etməkdən əl çəkəndə, öz Adət-Ənənələrinə arxalananda Özünə qayıdacaq. Şərq özünün Dünənini Bugünündən, Qədimliyini Müasirliyindən, Tarixini indiki nailiyyətlərindən Üstün sayanda Özünə qayıdacaq. Bunun üçün ardıcıl və dərin Özünüdərketmə və Özünüdəyişdirmə Qüdrəti tələb olunur.
Azərbaycanın Özünə qayıtması – Özünü Müstəqil İctimai, Mənəvi Varlıq kimi dərk və təsdiq etməsilə bağlıdır. Azərbaycan – Müstəqil İctimai, Mənəvi Varlığa çevrilmədən, Qədim Ənənələri əsasında Özünəməxsus Ruhani Sərvətlər yaratmadan, Taleyini öz əlinə almadan, Özünün Ümumşərqi, Ümumtürk Xislətini bərpa etmədən, Qəyyumluq İmtiyazlarını həmişəlik rədd etmədən Öz Xəlqi Mahiyyətini təsdiq edə bilməz. Xalqı Özünün qeydinə qalmağa, Özünə sahib olmağa çağırmaq lazımdır. Onu yanlış fikirlərdən, avam xülyalardan, yalançı vətənsevərlərdən qorumaq gərəkdir. Azərbaycanı mücərrəd vahidliyin vəhdəti kimi yox, orijinal, canlı, konkret hadisə kimi Xalqa öyrətmək lazımdır. Xalqı Müstəqil Həyata çağırmaq, hazırlamaq və yetirmək gərəkdir.
Üç Böyük Qayıtmanı təmin etmək üçün dördüncü bir Qayıtmaya da zəruri ehtiyac yaranır. Qədimdə Dini, Fəlsəfi və Bədii Fikir bir idilər. Sonralar onlar ayrıldı, hər biri öz yoluyla getdi. İndi yenidən bir-birinə qovuşmalıdırlar. İndi Xüsusi Din, Xüsusi Fəlsəfə, Xüsusi Sənətlə yanaşı, onları özündə cəmləşdirən, onların üzvi, təbii Birliyi olan Ali Söz yaranır. Həmin Söz Xəlqi, Şərqi, Ümumbəşəri intibaha rəhbərlik edəcək!
(1981).


Paylaş



Bölmə: Mədəniyyət / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!