Təyyarə qəzasında xəsarət alanların son durumu AÇIQLANDI .....                        Azər Zahid barəsində həbs qərarı verildi .....                        Təyyarə qəzasının canlı şahidi danışdı .....                        Yasamaldakı yanğın söndürüldü .....                        Bakı-Qroznı-Bakı reysləri DAYANDIRILIR .....                        Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi ərazidə - FOTO .....                        Qəzada zərərçəkən ailələrə tibbi və psixoloji dəstək qrupu yaradıldı .....                        Təyyarədə iki çeçenistanlı uşaq olub .....                        Bakıdan Qroznıya nə üçün gedirlər? - Diaspor sədri qəzadan danışdı .....                       
Tarix : 14-11-2021, 13:02
"Frenks, İnsan haqları ABŞ-da da uşaqları yetim və ayaqsız qoyurmu?”


Türkiyənin İstanbul Yeni Yüzil Universitetinin rektoru, professor Yaşar Hacısalehoğlunun müsahibəsini təqdim edirik:
- Yaşar bəy, ABŞ-da “Demokratiya sammiti” keçirilir. Ancaq bu tədbirə nə Azərbaycan, nə Türkiyə, nə də Macarıstan dəvət edilib. Ancaq işğalçı Ermənistan tədbirdə iştirak edir. Sizcə bunun səbəbi nədir?
- Çox açıq şəkildə qeyd etmək lazımdır ki, “insan haqları”, “demokratiya” və “sülh” kimi anlayışlar hazırda hansısa ölkələrin maraq və mənfəətləri üçün istifadə olunur. Bu baxımdan Amerika əgər maraqlarına uyğun deyilsə, dünyanın heç bir yerində nə demokratiyanı, nə də insan haqlarını öz sərhədləri daxilində olduğu kimi müdafiə edir. ABŞ-ın keçirdiyi “Demokratiya sammiti”nin yalan olduğu açıq şəkildə ortadadır. Soyuq müharibədən sonra dünyada qüvvələr balansı tam şəkildə təmin olunmayıb. Beynəlxalq təşkilatlar dünyadakı problemləri həll etməkdən uzaqlaşıb, məzlumlar sürətlə artır, zalımlar isə “demokratiya” və “insan hüquqları” pərdəsi altında öz maraqlarını həyata keçirirlər. Təəssüf ki, dünya belə bir ədalətsiz beynəlxalq düzənə doğru sürüklənir. Əgər bəşəriyyətin gələcəyini xilas etmək istəyiriksə, dünyada ədalət hakim olmalıdır. 30 ildir Ermənistan tərəfindən Azərbaycandakı soydaşlarımıza zülm edilməsini, torpaqların işğal olunmasını görməzdən gələn, “üç meymun”u oynayan yenə bu aktorlardır. Görməzdən gəlməyi bir tərəfə buraxın, Ermənistan bunların qarnizon dövləti idi. İşğalçıya illərlə silah-sursat verdilər, ona strategiya və taktika məsələlərində kömək etdilər və öz məqsədlərini onun vasitəsilə həyata keçirdilər. Ancaq Azərbaycan bu məsələyə illərlə həssas yanaşdı, sonda isə Türkiyənin də siyasi dəstəyi ilə haqq-ədalət müharibəsi apararaq torpaqlarını işğaldan qurtardı. Bəs 30 il boyunca bu insan haqlarını müdafiə edənlər, demoktariya nəğməsi oxuyanlar harda idi?
- Türkiyə ABŞ-ın, o cümlədən bir çox Qərb ölkəsinin NATO-da müttəfiqidir və beynəlxalq terrorizmə qarşı mübarizə aparan ən aktiv dövlətlər sırasındadır. Digər tərəfdən də üç milyondan artıq suriyalı qaçqına ev sahibliyi edir. Bəs ABŞ-ın və ümumiyyətlə Qərbin Türkiyəyə qarşı bu siyasətinin arxasında nə dayanır?
- Türkiyə illərdən bəri terrorizmə qarşı mübarizə aparır. Terrorun arxasında olanlar yenə bunlardır. Türkiyədən nə istəyirlər? Türkiyə bugünədək kimin haqqını qəsb edib, hansı ölkənin sərhədlərini pozub? Amerikanın Türkiyəyə qarşı bu düşməncəsinə davranışının səbəbi nədir? Cavab çox sadədir. Çünki Türkiyə dünyadakı bütün məzlum millətlərin ön cəbhəsidir. Türkiyə yerləşdiyi məzlumlar coğrafiyasında özünün təsir dairəsini genişləndirdikcə, ABŞ başda olmaqla, bir çox dövlətlərin buradakı müstəmləkə sahələri kiçilir. Narahatlıqlarının da səbəbi budur. Bunu artıq konkret şəkildə deməliyik. Türkiyəni qlobal şəkildə mühasirəyə almaq cəhdlərinin də səbəbi budur. Hazırda dünyada Qərb imperializminin istifadə etdiyi bir neçə qarnizon dövləti var. Bunlardan biri Yunanıstan, digəri Ermənistandır. Üçüncüsünü isə PKK-nın əli ilə Suriyanın şimalında qurmaq istəyirlər. Bəs bu qarnizon dövlətləri nəyə və kimə lazımdır? Qərb imperializmi bu dövlətlərdən dünyanın müxtəlif yerlərində ziddiyyətlər yaratmaq, xalqları bir-birinə düşmən etmək və bütün bunlardan mənfəət qazanmaq, özlərinin qurduqları müstəmləkə sistemini qorumaq üçün istifadə edirlər. Yeri gəlmişkən, sizə qısa bir örnək vermək istəyirəm. İraqın işğal edildiyi illərdə Bəsrədə ailəsi ilə birlikdə yaşayan Ömər adlı uşağın Asiya, Afrika və Orta Şərqdə yerləşən 25-dən artıq ABŞ hərbi bazasına komandanlıq edən general Tomi Frenksə məşhur bir məktubu var. Bu məktubda ABŞ “demokratiyasının” gerçək üzünü açıq şəkildə göstərir. Məktubu qısa şəkildə nəzərinizə çatdırmaq istəyirəm: “Mən Bəsrədən Ömər. Bəlkə xəbərin yoxdur deyə, yazıram Frenks... Demokratiya bizim evə də dəydi. Bir gün sonra ayaqlarımın qopduğunu anladım. Atamın vücudunda on səkkiz dənə insan hüquqlarının izi var. Anam onsuz da yox idi, mən doğularkən dərman olmadığına görə ölüb. Embarqo-filan dedilər, ancaq başa düşmədim... Sən daha yaxşı bilirsən... Sizdə də sülh belədirmi, Frenks? İnsan haqları orada da uşaqları yetim və ayaqsız qoyurmu?”
Hazırda yüksək texnologiyaların, süni intellektin olduğu və inkişaf etdiyi bir əsrdə yaşayırıq. Ancaq əfsuslar olsun ki, nə orta əsrlərdən qalma müstəmləkə sistemi, nə də özündən olmayanları özgələşdirmək refleksləri tam aradan götürülüb. Sözügedən səbəblərə görə Türkiyə və Azərbaycanın “Demokratiya sammiti”nə dəvət edilməməsi haqqa və ədalətə tərəfdar olanların dəvət edilməməsi kimi qiymətləndirilməlidir. Nə BMT, nə də digər beynəlxalq və regional təşkilatların heç biri hazırda dünyada haqqın və ədalətin, insan hüquqlarının qorunması baxımından öz vəzifələrini yerinə yetirir.
- Sizcə, biz nə etməli və hansı addımları atmalıyıq?
- Əslində 12 noyabrda İstanbulda böyük bir addım atıldı və artıq Türk Dövlətləri Təşkilatı var. Bu həm də türk dünyasının təşkilatlanması deməkdir. Türk Dövlətləri Təşkilatları yalnız türklərin deyil, bütün məzlum xalqların təşkilatı olacaq. Təşkilat öz fəaliyyəti ilə həqiqi mənada haqqın və ədalətin, insan hüquqlarının qorunmasını, səmimi əməkdaşlığı, sülhün necə təsis ediləcəyini, əsl demokratiyanı yaxın gələcəkdə bütün dünyaya göstərəcək. Fikrimcə, ABŞ-dakı sammitə və bənzər toplantılara kimin dəvət edilib-edilməməsinin arxa planına baxmaq lazımdır. Yalnız üzdə görünənlərlə qərar verənlərin atdıqları addımlar da heç vaxt doğru ola bilməz. Başqalarının haqqında və hüququnda gözü olan dövlətlərin hər zaman gizli gündəlikləri, planları olur. Dünyanın bütün ölkələrində, ABŞ-ın özündə də qəlbi və zehni arasında əlaqəsi qopmayan milyonlarla insan var. Onlar artıq demokratiya pərdəsi altında müstəmləkəçiliyə qarşı çıxırlar. Vaxt gələcək bəşəriyyət müstəmləkəçiliyə, işğalçılığa və ədalətsizliyə qarşı bir yerə toplanacaq. Əsl zirvə bu zirvə olacaq. Türk Dövlətləri Təşkilatı da insanlığın ümid yerinə çevriləcək.


Paylaş



Bölmə: Siyasət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!