Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
Tarix : 11-09-2015, 10:17
Cinəyatkar olsaq...


Butov.az Milli.az-a istinadən xəbər verir ki, son illər dünyada baş verən qlobal proseslər, ikili yanaşmalar, şər və böhtanların şahidi olduqca, demokratiya, insan haqları anlayışına baxışın da dəyişir. Bəli, çox təəssüf ki, bu proseslərin canlı şahidinə çevrilmişik. Gah terrorçular müdafiə olunur, gah haqlı tərəf əzilir, gah da.... Bunların nəticəsi olaraq da torpaqlar işğal edilir, dünyanın müasir inkişafa getdiyi bir zamanda baş kəsmələrin, od vurmaların, ağır qətllərin törədilməsinin artması bir çox mətləblər üzərində ciddi şəkildə düşünməyə vadar edir.

Bu proseslərin fonunda Avropa Parlamentinin həyazsızcasına Leyla Yunusu müdafiə etməsi əslində, təəccüb doğurmasa da, təəssüf hissi ilə qeyd edirik ki, bu addım beynəlxalq qurumun uzun zamandır Azərbaycana qarşı yürütdüyü ikili siyasətinin əsl iç üzünü göstərən məqamlardan biridir. Biz Avropa dəyərlərini başqa cür anlamışıq, demokratiya carçısı olmağı başqa cür görmüşük, Avropa Parlamentini isə dələduzları, vergi cinayətkarlarını, vətənə xəanətkarları müdafiə edən təşkilat kimi qəbul etməmişik. Belə olan halda necə ola bilər ki, Leyla Yunus Avropa Parlamentini belə narahat edir? Onun adının bu qədər hallandırılması hansı xidmətlərinə görədir? Cəmiyyətin inkişafında onun hansı xidmətləri olub? Bəlkə düşmən ölkənin xüsusi xidmət orqanına işləməkdə ittiham olunmaq, müharibə gedən ölkənin cəmiyyətində nifaq salmaq xidmət hesab olunur??? Xarici qrantları alıb mənimsəmək, bunun müqabilində isə dövləti itaətsizliyə sürükləyəcək qədər xülyalara dalmaq məgər xidmətdir? Leyla Yunusdan mahiyyətcə heç də fərqlənməyən insanların belə müdafiə olunması dünyada hökm sürən ikili yanaşmanın nəticəsi deyilmi? Bu sualların sayını artırmaq olar...

Avropa Parlamenti kimi beynəlxalq təşkilatların Leyla Yunus kimilərini açıqca müdafiə etməsi sabotaj, Azərbaycan xalqına təzyiq məqsədi daşıyır. Leyla Yunusdan "qəhrəman" düzəldirlər. Leyla Yunusun namizədliyini əvvəlcə "Saxarov" mükafatına təqdim etdilər, ancaq ona bu mukafat verilmədi. Gah da onun adını Nobel mükafatına bilərəkdən təqdim edirlər ki, "qəhrəman" olsun.

Möhtərəm avropalı diplomatların siyasi "nəzəriyyə"lərindən belə anlaşılır ki, beynəlxalq təşkilatların qəhrəmanına çevrilmək üçün xalqına, dövlətinə qarşı olmalısan. Və Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün hüquqlarını yox, Qərbə, Avropaya xoş gələn məxluqları müdafiə etməlisən.

Budur ədalət? Budur Avropa dəyərləri? Elədirsə, Avropa Parlamenti təmsilçilərinə sualımız var - Erməni kəşfiyyatına işləsək, dələduz, vergi cinayətkarı olsaq, bizi müdafiə edərlər? Bəli, edərlər. Çünki bu xətt çox aydın görünür indi. Demək bir xalqın mənəviyyatını, sağlam düşüncəsini, vətənpərvərlik hissini bu cür şirnikləndirici üsullarla məhv etmək istəyirlər. Ancaq yanılırlar, Azərbaycan xalqınıbu cür yolla özlərinə cəlb etmək mümkün deyil. Bizim üçün bütün dəyərlərimizin önündə Vətən sevgisi dayanır: Yurd sevgisi, dövlətə sədaqət, torpağa bağlılıq, milli iradə. Heç bir qüvvə bizləri bu yoldan yayındıra bilməz.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!