Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi .....                        Kür çayında kritik vəziyyət .....                        Elmar Məmmədyarov İrəvana səfir gedə bilər: "Necə məsləhətdir..." .....                        Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir - Deputat .....                        Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ .....                        Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər .....                        Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ .....                        Şabrandakı yanğına görə 2 nəfər tutuldu .....                        125 min uşağın 1-ci sinfə qəbulu yekunlaşıb .....                       
Tarix : 2-08-2014, 23:02

 


“Dövlət Departamentinin Azərbaycanın ərazilərini işğal edən, qanlı etnik təmizləmə törədən və belə əməllərini bu gün də davam etdirən Ermənistana qarşı sanksiyalar tətbiq etməyi düşünməsi daha yaxşı olardı”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Leyla Yunusla bağlı 31 iyul tarixli bəyanatına cavab verib.

  XİN-in mətbuat xidmətindən APA-ya daxil olan cavab mətnində bildirilir ki, Azərbaycanda siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur: “Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Azərbaycan Respublikası Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi bu ilin 31 iyulunda Leyla Yunusun saxlanması səbəbləri ilə bağlı geniş açıqlama verib. Leyla Yunus digər ittihamlarla yanaşı, dövlətə xəyanətdə ittiham olunur. Azərbaycanda 3000-dən çox QHT-nin olduğu bir şəraitdə ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırıldığını iddia etmək heç cür həqiqəti əks etdirmir və qərəzli münasibətin göstəricisidir. Azərbaycana bu cür yollarla siyasi təzyiqin göstərilməsi cəhdləri qəbuledilməzdir. Bu tipli bəyanatlar sözügedən təhqiqatın siyasiləşdirilməsi, onun işinə müdaxilə və Azərbaycanda məhkəmə sisteminin müstəqilliyinin şübhə altına salınması cəhdləri kimi qiymətləndirir. Leyla Yunusa ittiham elan edilməsinin xalq diplomatiyası ilə bağlı olmasına dair iddialarla əlaqədar bildirmək istərdik ki, Azərbaycan münaqişənin tezliklə həllində ən maraqlı tərəf kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqu həmişə dəstəkləyib. Amma ictimai fəaliyyət və xalq diplomatiyası tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçirilməlidir. Qanunun aliliyinin keşiyində durduğunu iddia edən Dövlət Departamentinin elə qanunun aliliyi, beynəlxalq hüququn prinsipləri və beynəlxalq təşkilatların qərarlarından çıxış edərək, Azərbaycanın ərazilərini işğal edən, qanlı etnik təmizləmə törədən və belə əməllərini bu gün də davam etdirən Ermənistana qarşı sanksiyalar tətbiq etməyi düşünməsi daha yaxşı olardı”. 

 



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!