ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir .....                        Ukrayna ordusu Xəzərdə Rusiya platformalarını vurdu .....                        Ötən ay kanalda batan Zaminin meyiti tapıldı .....                        ABŞ-İran danışıqlar sabah baş tutacaq .....                        Küləyə Pıçıldanmış Həqiqət .....                        İmişlidə 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı .....                        Vens İranla danışıqlar üçün Pakistana getdi .....                        Tramp: "İran nüvə silahından imtina edəcəyini deyir" .....                        Agentliyin sabiq sədri açıqladı - “Pullar Talıbova çatırdı” .....                       
Tarix : 5-05-2025, 19:31
Səhərə qədər meşədə qaldım - İtkin düşən şəhid atası


Səhərə qədər meşədə qaldım - İtkin düşən şəhid atası

“Yolu azdım, səhərə qədər meşədə qaldım”.
Bu sözləri Daşkəsəndə meşədə itkin düşən şəhid atası, Kəlbəcər rayon sakini Kamil Abdullayev bildirib.
Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atası necə itkin düşməsindən danışıb:
“Hava dumanlı idi, yolu azdım evə gedə bilmədim. Dünən səhər saat 8-də Bayan kəndinin yaxınlığında olan meşədən çaşır yığmağa getdim. Birdən duman gəldi. Saat 5-də qızımla danışdım, dedim, gəlirəm. Qarşıma 5-6 dənə çaşır çıxdı. Dedim, bunu da yığım, sora gedim evə. Anidən duman gəldi, güclü yağış yağdı. Mən də bilmədim hansı tərəfə gedim. Telefonumda da enerji az idi deyə söndürdüm. Həm də telefonda şəbəkə tutmurdu ki, kiməsə zəng edim. Səhərə qədər meşədə qaldım. O qədər aşağı-yuxarı yol getdim, yoruldum. Yol tapa bilmirdim ki, bir tərəfə çıxım. Bu gün tezdən 5-in yarısı idi. Duman çəkiləndən sonra yola davam elədim. Meşə ilə bir qədər gedəndən sonra Göygöl rayonunun Danayeri kəndinə gedib çıxdım. Burada da Daşkəsən və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşları məni tapdılar. Sağ-salamat ailəmə təhvil verdilər”.
Şəhid atası Kamil Abdullayev qeyd edib ki, hazırda səhətində heç bir problem yoxdur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!