Gürcüstandan Ukraynaya etiraz .....                        “Qarabağ”ın oyunu heç-heçə ilə başa çatdı - VİDEO .....                        Məktəb dərsliklərində dəyişiklik edildi .....                        Qalmaqallı həkimin adı plastik cərrahların siyahısında yox imiş .....                        Türkiyədə böyük qızıl yatağı aşkar edilib .....                        Prezidentin qızları şəhid anaları ilə birlikdə - FOTO .....                        Erməni yazıçılar istəsələr, sülh müzakirələri apararam - ANAR .....                        Markaryanın həbs müddətini uzadıldı .....                        Trampın gördüyü işlər açıqlandı - Siyahıda Azərbaycan da var .....                       
12-01-2022, 17:06
İcra başçısı Şəkini BELƏ ABADLAŞDIRIR? - VİDEO

Ekologiya və təbii sərvətlər nazirliyinin Şəkidə yerləşən 7 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin mövqeyini başa düşmək olmur.

DİA.AZ bildirir ki, bu barədə Şəki sakinləri şikayət edirlər. Onlar iddia edirlər ki, Şəki icra hakimiyyətinin adamları, başçıya yaxın şəxslər icra başçısı Elxan Usubova güvənərək Şəkidə yaşıllıqları məhv etsə də, onlara güldən ağır söz deyən yoxdur və 7 saylı regional ekologiya və təbii sərvətlər idarəsi də ağzına su alıb oturub.

Belə çıxır ki, bu kimi qanunsuz əməllərə göz yummaq yolu ilə pul qazanmaq eşqinə düşüblər, ya da ümumiyyətlə vəzifələrini unudublar. Qeyd edək ki, yaşıllıqların soyqırımı birbaşa rayon mərkəzindən başlayır.
Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bütöv.az
11-01-2022, 14:07
Vidadi Muradovun əmlakları dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bütöv.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxışında təqsirləndirilən şəxsə verilmiş ittihamların sübut və dəlillərlə həmçinin aparılan ekspertizalarla təsdiq edildiyini bildirib. O V. Muradovun verilmiş maddələrlə təqsirli bilinməsini təklif edib.

"Vidadi Muradov məhkəmə istintaqı dövründə vəfat etdiyi üçün ona cəza təyin edilməməlidir. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətindən verilmiş 640 min 922 manat məbləğində mülki iddianın ödənilməsi təmin edilməlidir. Mərhum Vidadi Muradovun Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı evin 5 nömrəli mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Üzərinə həbs qoyulmuş və müsadirə edilmiş digər əmlaklar isə dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir," - deyə prokuror bildirib.

Prosesdə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi cinayət əməli nəticəsində təqsirləndirilən şəxs tərəfindən vurulmuş 640 min 922 manat məbləğində maddi ziyanının dövlət büdcəsinə ödənilməsinə, həmçinin Binəqədi Rayon Məhkəməsinin qərarları ilə 19 milyon 144 min 554 manat məbləğində əmlaklar və 11 milyon 442 min 490 manat məbləğində olan səhm paylarının aktivlərinin satışından əldə olunmuş gəlirlər vergi orqanlarına ödənilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Proses yanvarın 18-də davam etdiriləcək.

Xatırladaq ki, V.Muradov ötən il noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
11-01-2022, 11:46
İcra başçısı problemi həll etmək əvəzinə... -  VİDEO

Hər gün sosial medialarda və sosial şəbəkələrdə yayımlanan vətəndaş şikayətlərindən, narazı vətəndaşların etiraz səslərindən xalqın artıq cana doyduğu açıq-aydın görünür.

Yerli icra orqanları, xüsusilə İcra başçıları hər kəsin səbrinin sonunu gətirib.

Bir çox icra başçıları sakinlərlə nəyinki görüşlər təşkil etmir, ümumiyyətlə heç qəbula gələn sakinləri saatlarla qapıda gözlədib, qəbul etmir, problemlərini dinləmirlər.

Əlacsız qalıb, mətbuat vasitəsilə ölkə başçısına müraciət edən sakinlər olanda da, başçının işlə təmin etdiyi, müəyyən maraqlarını qarşıladığı "troll ordusu" dərhal sosial şəbəkələrdə dərdini danışan vətəndaşın və onun müraciətini yayımlayan media qurumunun üzərinə "hücum"a keçirlər.

Xatırlayırsınızsa belə bir hal Cəbrayıl rayon İcra Hakimyəti ilə, "DogruXeber.az" informasiya agentliyi arasında da yaşanmışdı.

44 günlük vətən müharibəsində yarı canını qurban vermiş qazinin İcra başçısından olan gileyini yayımladığımıza görə sosial şəbəkələrdə yuxarıda da qeyd etdiyimiz "başçı sevdalıları"nın hücumuna məruz qalmışdıq. Hətta, baş redaktorumuzun evinə belə hücum çəkməyi gözə almışdılar.

Əlqərəz...

Əslində bütün bunları təkrar xatırlatmaqda sözümüzün canı var. Belə ki, bir neçə gün əvvəl Elmira Məmmədova, Xalidə Məmmədova və Aygün Mehdiyeva adlı Cəbrayıl rayon sakinlərinin ardıcıl olaraq, agentliyimiz vasitəsilə ölkə başçısına müraciətlərini yayımladıq.







Videogörüntülər yayımlandığından bəri sosial şəbəkələrdə başçının "hücumçu dəstəsi" videoların şərh bölməsində bir şikayətçi xanımları, bir də görüntüləri yayımladığımıza görə bizi kobud ifadələrlə söz atəşinə tutublar. Digər tərəfdən də "sülhsevər elçilər" fəaliyyətə başlayıblar. Doğrusu hər iki variantın eyni vaxtda paralel aparılmasını tamamilə məntiqsiz hesab edirik. Bu qədər adamı bizim və şikayətçilərin üzərinə yönləndirməkdənsə, həmin sakinlərin tələblərini yerinə yetirib, mövcud problemlərinin aradan qaldırılması üçün qismən də olsa müəyyən addımlar atmaq daha doğru olmazmı? Hansı ki, şikayətçi tərəflər haqlı olaraq çox sayda yerli sakinlərin işsiz olduğu halda, İcra başçısının rayondakı müəyyən iş yerlərinə digər rayon sakinlərini təyin etməsindən, əvvəl çalışdığı iş yerində korrupsiya və dağıntıya yol verdiyinə görə işindən azad edilənlərin, yenidən vəzifəyə təyin edilməsindən narazılıq ediblər. Lakin, hələ də mövcud problemlərini kimsənin dinləmədiyini, əksinə mətbuata müraciət etdikləri üçün, bəzi səlahiyyətli şəxslər tərəfindən təpgilərə məruz qaldıqlarını deyirlər. (dogruxeber.az)

Bütöv.az
11-01-2022, 10:56
Saleh Məmmədov da HƏDƏFƏ ÇEVRİLMƏKDƏDİR...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun yaxın aylarda təqaüdə göndəriləcəyi ilə bağlı məlumatlar səslənir.

Bütöv.az bizimxeber.az-a istinadən bildirir ki, 1958-ci il təvəllüdlü Saleh Məmmədovun artıq 64 yaşı var.

1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3-saylı Yol Tikinti İdarəsində rəis olan Saleh Məmmədov 2017-ci ildən bu günə kimi Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri vəzifəsini tutur. Uzun və demək olar ki, vəzifə ilə dolu bir yol...

Bütün bu təcrübəyə baxmayaraq, onun fəaliyyəti ilə bağlı müxtəlif səpkili narazılıqlar mövcuddur. Regionlarda, əsasən Bakı kəndlərində üzun illərdir yolların baxımsız və təmirsiz qalması, məhəllə yollarına ümumiyyətlə nəzarətsilik, yalnız dövlət büdcəsindən ayrılan vəsaitləri gözləmək və sair hallar Saleh Məmmədovun yarıtmaz fəaliyyəti kimi əlaqələndirilir, onun vəzifədən uzaqlaşdırılmasını labüd edir.

21-ci əsdə Xəzər rayonunda küçə - Utanaq, yoxsa həzz alaq? - FOTOLAR » NUH informasiya agentliyi

Bu gün insanların işsizlik problemi ilə yanaşı daha böyük dərdi yolsuzluqdur. Yol dərdi bəlkə də bütün problemlərdən daha irəlidədir. Küçələri bərbad, baxımsız olan sakinlər ölkədə aparılan inkişafı necə görsün? Sosial etirazların səbəblərindən biri də yolların daha bərbad vəziyyətdə olmasıdır ki, biz bunun hər gün şahidi oluruq.

Elə bu səbəbdən də Saleh Məmmədovun vəzifədən uzaqlaşdırılacağına şəkk-şübhə yoxdur.

Məlumata görə, Saleh Məmmədov birlikdə işlədiyi yaxın qohumlarını vəzifədən uzaqlaşdırmaq niyyətindədir. Bu yaxınlarda qohumlar arasında müxtəqlif narazılıqların yarandığı ilə bağlı bəzi məlumatlar da var.
10-01-2022, 12:34
Fikrət Məmmədovun da şirkəti var imiş... -  VİDEO

Ölkədə müstəqil məhkəmə sistemi yoxdur və uzun illərdir ki,vətəndaşlar bu sarıdan əziyyət çəkirlər.

Bütöv.az xəbər verir ki, bu barədə azinfo.tv məlumaat yayıb.
Bütün qərarlar yuxarıdan gələn zənglər əsasında verilir.
Bu günlərdə daha bir zəng ədliyyə naziri Fikrət Məmmədov tərəfindən gəldi və bu zəng İsmayıllı rayon məhkəməsi üçün idi və əmr olundu ki, Hacıhətəmli kənd ərazisində yerləşən "Monolit" şirkəti cənab nazirə məxsusdur və qərar da onun xeyrinə verilməlidir.
Belə də oldu.Nəhayətdə Behbutovlar ailəsinə qarşı qanunsuz qərar qəbul olundu.Videonu izləyin bəyənin və paylaşın.

Redaksıyadan: Mövzunu diqqətdə saxlayacağıq.



6-01-2022, 20:48
Mağazalarda çörək və unla bağlı vəziyyət necədir? - VİDEO

Unun və çörəyin qiymətinin yuxarı hədləri müəyyənləşdirilib.

Belə ki, 500 qramlıq ənənəvi zavod çörəyinin qiyməti 50 qəpik, 650 qramlığınkı isə 65 qəpik təşkil edir.

Bu gündən çörəklər mağazalarda yeni qiymətlərlə satışa qoyulub. Una gəlincə, 50 kiloqramlıq bir kisə unun qiymətinin 28 manatdan 35 manat 90 qəpiyə artdığını nəzərə alsaq, bu halda unun 1 kiloqramının qiyməti 72 qəpiyə bərabər olur. Mağazalarda isə 1 kiloqramlıq unun pərakəndə satış qiyməti 85 qəpik təşkil edir.

Qeyd edək ki, 50 kiloqramlıq kisənin 28 manat olduğu dövrdə unun 1 kiloqramı 56 qəpiyə bərabər idi. Mağazalarda isə bu qiymət 60 qəpik təşkil edirdi.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, ötən il subsidiyalar hesabına qiymətləri sabit saxlamaq mümkün olub. Lakin uzunmüddətli dövrdə subsidiyaların verilməsi mümkün olmadığından, eləcə də Rusiyanın yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən qiymətlərdəki artım qaçılmaz olub.

Dövlət Xidmətindən bildirilib ki, qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirləri davam etdirilir.

Daha ətraflı Baku TV-nin süjetində:



Bütöv.az
6-01-2022, 15:08
Yevlax küçələri baxımsız vəziyyətdə... - VİDEOFAKT

Yevlaxda Ceyhun Əzizov küçəsində qeydə alınan real vəziyyət,rayonun siyasi rəhbərliyinin iş prinsipini tam çılpaqlığı ilə ortaya qoyur.

Tereqqi.az xəbər verir ki, bu barədə azinfo.tv məlumat yayıb.

İcra Hakimiyyətinin başçısı Anar Tağıyev yaxşı olardı ki,ucuz reklam yox, həqiqətən rayonun problemləri ilə məşğul olsun.
Redaksıyadan: Mövzunu diqqətdə saxlayacağıq.



Bütöv.az
6-01-2022, 15:02
Çörəyin qiymətini kötəklə saxlamaq əvəzinə daxili istehsalı inkişaf etdirmək lazım idi

Azərbaycanda unun və çörəyin qiyməti bahalaşıb. Dekabrın 4-də ölkənin iri un və çörək istehsalçıları çörəyin qiymət artımı ilə bağlı yaydıqları müraciətdə bildiriblər ki, tədarükçülərə subsidiyaların ayrılması mexanizminin müddəti 2021-ci il dekabr ayının sonunda bitib: “Hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb”.

Açıqlamada o da qeyd olunub ki, Azərbaycana buğda idxalı əsasən Rusiyadan olur: “Oradakı qiymət artımı da bizə təsir edir”.

DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran iqtisadçı ekspert Elmir Səfərlinin sözlərinə görə, qiymət artımın səbəbi həm idxaldan asılı olmağımız, həm də dünya bazarında baş verən qiymət dəyişikliyi ilə bağlıdır: “Bildiyiniz kimi, taxılın həm yerli səviyyədə istehsalı, həm də idxalı fərqli-fərqli sahibkarlar üzərindən həyata keçirilir. Bu kimi ticari və istehsal prosesləri birbaşa olaraq bazar tərəfindən tənzimləndiyi üçün unun qiymətində baş verə biləcək dəyişikliklər qaçılmazdır. Belə ki, dünya bazarlarında taxılın qiyməti əvvəlki dövrlərə nisbətdə 30-40% həcmində artım göstərib. Hətta ölkələr üzrə taxılın qiyməti və eləcə də, unun qiymətinin artması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) illik hesabatında da qeyd olunub”.

“Təbii ki, Azərbaycanda istehsal olunan taxıl və unun həcmi yerli tələbatı ödəmədiyi üçün biz həm də idxal edirik. Bu zaman idxala bağlı olduğumuz üçün, dünya bazarında baş verən qiymət dəyişiklikləri birbaşa olaraq respublikada taxılın və unun qiymətinin dəyişməsinə təsir edir. İkinci əsas səbəb ondan ibarətdir ki, biz taxılı əsasən Rusiyadan idxal edirik. Və keçən il ərzində, Rusiyada taxılın ixracı ilə bağlı ixrac rüsumlarının dəyişdirilməsi birbaşa olaraq qiymətə təsir etdi”, - deyə həmsöhbətimiz bildirib.

İqtisadçı deyib ki, taxıl strateji məhsul hesab edildiyindən Azərbaycan dövləti qiymətlərin tənzimlənməsində həmişə maraqlı olub: “Artıq 2020-ci ilin martından etibarən buğda idxalı, eləcə də unun və çörəyin istehsalı ilə məşğul olan sahibkarlar birbaşa olaraq ƏDV-dən azad olunublar. Hətta sonradan bu müddət 2024-cü ilə qədər uzadılıb. Buna paralel olaraq, ərzaq buğdası təchizatçılarına dövlət xüsusi subsidiyalar ayırır. Təbii ki, ərzaq buğdasının qiymətində baş verən artımlar, öz növbəsində çörək, un və un məmulatlarının qiymətinin artmasına səbəb olacaq”.

Səfərli hesab edir ki, aidiyyəti dövlət qurumları hər zaman olduğu kimi, baş verə biləcək süni qiymət artımlarının qarşısını alacaq, hətta təbii artımlar dövründə də qiymətlərin tənzimlənməsi üçün ticarətçilərə və istehsalçılara xüsusi güzəştlər tətbiq edəcək: “Bu kimi proseslər hər zaman olub, olacaq da. Burada əsas məsələ ondan ibarətdir ki, ölkədə taxıl ehtiyatının balansda saxlanılması üçün dövlət xüsusi addımlar atmalı və idxaldan asılılığı minimum, hətta sıfıra endirməyə çalışmalıdır. Bu zaman ölkə daxilində taxılın, unun qiymətinin tənzimlənməsi daha idarə olunabiləcək səviyyədə həyata keçiriləcək”.

Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli AYNA-ya şərhində söyləyib ki, bu istiqamətdə mövcud problemin kökündə duran səbəb kənd və su təsərrüfatlarında idarəçiliyin yaxşı olmamasıdır: “Azərbaycan subyektlərinin Rusiyadan, Qazaxıstandan taxılın, əsasda da ərzaq buğdasının alınması ilə bağlı illərdir davam edən münasibətləri var. Çox təəssüf ki, kənd təsərrüfatına illərdir subsidiyalar ayrılmasına baxmayaraq, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti münbit torpaqların sıradan çıxmasına, şoranlaşmasına və eroziyaya uğramasına şərait yaradıb. Bugünkü problemin də kökündə duran səbəb kənd və su təsərrüfatlarında normal idarəçiliyin olmamasıdır”.

“Əgər ölkə özü-özünü təmin etmirsə, həmin məhsulların ölkəyə gəlişi daha da asanlaşdırılır ki, mal qıtlığı yaranmasın, qiymətlər bahalaşmasın. Bu, dünyanın hər yerində belədir, sadəcə bu istiqamətdə düzgün siyasət müəyyənləşdirmək lazım idi. Faktiki olaraq keçən ildən bilinirdi ki, Rusiya taxıl məhsullarına aksiz vergisi tətbiq edir və bu, aybaay artmaqda davam edir. Rusiyadan gələn unu vergilərdən azad etmək lazım idi. Bu zaman Azərbaycan bazarında qıtlıq yaranmazdı. Həmçinin bir neçə şirkəti ayaqda tutmaq üçün dövlət büdcəsindən bu qədər vəsait ayrılmaz, bu da büdcəyə yük olmazdı”, - deyə ekspert vurğulayıb.

Müsahibimiz hökumətin ərzaq buğdasının tamamını xaricdən alanlara subsidiyalar verməsini əsassız hesab edir: “Subsidiyaların verilməsi effekt vermir. Mənimsəmələrə yol açır. İstehsalın doğru qurulmasına, rəqabət mühitinin yaxşılaşdırılmasına imkan vermir. Bu baxımdan mən hesab edirəm ki, iqtisadi rəqabəti artırmaq, məmur sahibkarlığını ləğv etmək və real sahibkarlığa dəstək vermək lazımdır. Regionlarda yaşayan fermerlərə və digərlərinə ucuz maliyyə resurslarına çıxışı asanlaşdırmaq lazımdır. Heç bir ölkə subsidiyalaşma ilə öz daxili istehsalını təmin edə, qiymətləri qoruya bilmir. Bu baxımdan qiymətlərin artmasını təbii hesab edirəm. Çünki subsidayalaşma hədəfinə çatmadı və hesab edirəm ki, idxal unundan bütün gömrük rüsumlarını və vergiləri götürmək lazımdır ki, Azərbaycan sahibkarları ölkəni müxtəlif ölkələrdən gələn məhsullarla təmin etsinlər”.

“İdxalı minimuma endirmək hansı hallarda mümkündür?” sualını cavablandıran Bəydəmirli bildirib ki, bunun yolu sahibkarlığa münbit şərait yaratmaqdan keçir: “Əgər su qıtlığı varsa, illərdir davam edirsə, bunu həll etmək lazımdır. Ölkə başçısı özü çıxışında bildirmişdi ki, müxtəlif rayonlarda su qıtlığı var. Bəzi məmurların sahələrinə su verilir, ancaq fermerlər bu problemlə baş-başa qalırlar. Torpağı əkib-becərənlər bolluq yaratmaqda daha maraqlıdırlar. Onlara dəstək vermək lazımdır. İdxalı azaltmağın yolu ölkədə daxili istehsalı stimullaşdırmaq, məhsul bolluğu yaratmaqdan keçir. Bu da hər kəsin hüquq və vəzifə bərabərliyi olduğunda mümkündür. Məmur sahibkarlığı ayaqda saxlandıqca bizim problemlərimiz daha da qabaracaq, qiymət artımı olacaq”.

“Taxıl nədir ki, biz onu istehsal edə bilmirik?! İllərdir subsidiyalaşma proqramı keçirilib, milyardarla vəsait ayrılıb, amma müxtəlif maliyyə mexanizmləri ilə silinib. Çünki elan edirlər ki, filan qədər torpaq sahəmiz var, ancaq faktiki olaraq o torpaq əkilib-becərilmir, kağız üstündə belə göstərilir. Bu statistika doğru aparılmır. Bunu təkcə biz demirik. Ölkə başçısı bir neçə dəfə çıxışlarında bunu ifadə edib”, - deyə sabiq deputat fikrini yekunlaşdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AYNA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda buğda ilə özünü təminat səviyyəsi 59-60% təşkil edir: “Azərbaycanda 1 milyon hektar sahədə taxıl əkini aparılır. Bunun 650 min hektarı buğda sahələridir. Buğda üzrə orta məhsuldarlıq 31 sentnerdən yuxarıdır, ölkədə ildə 2 milyon tona yaxın buğda istehsal olunur. Azərbaycanın buğdaya cəmi tələbatı 3,2-3,3 milyon tondur”.

Sorğuya cavabda o da qeyd olunub ki, taxılçılığın inkişafı dövət tərəfindən subsidiyalaşdırılır: “Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022-ci il payızlıq taxıl əkinləri üçün fermerlərə əkin aparılan sahənin hər hektarına 210 manat subsidiya veriləcək. Subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının “Fermer kart”ına köçürülür. Fermerlər subsidiya məbləğinin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, qalan 75 faizini isə nağdsız əməliyyatlarla toxum, gübrə, pestisid, herbisid və s. almaq üçün istifadə edə bilərlər. Payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı prosesi dekabrın 30-da başa çatıb və fermerlərin subsidiya almaq üçün elektron müraciətləri formalaşıb. Monitorinqlər başa çatdıqdan sonra subsidiya vəsaitləri torpaq sənədləri və bəyan məlumatları təsdiqlənən fermerlərin kartına köçürüləcək”.

Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti unun və çörəyin qiyməti ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti gücləndirib: “Bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur. Bununla əlaqədar nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib".

Dövlət Xidməti bildirib ki, un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür: "Monitorinq zamanı qanunvericiliyinin pozulması halları aşkar olduğu təqdirdə ciddi tədbirlər görüləcək".

Bütöv.az
6-01-2022, 10:32
“Ştutqart”ın sahibi olan eks-deputata qarşı ağır ittihamlar

Sabiq deputat Nəriman Əliyev özünə məxsus “Ştutqart” MMC-nin anbarının yaxınlığında yerləşən 37 ədəd ağacı kəsməkdə, 64 işçinin 76 min manat maaşını verməməkdə ittiham olunur. N.Əliyev isə bu iddianı irəli sürən şəxsləri və bacısı oğlu Əfqan Abdullayevi 25 milyonluq yeyintidə günahlandırır.

“Qafqazinfo”ya müraciət edən həmin şirkətin keçmiş əməkdaşı Abutalıb Ağayev iddia edib ki, N.Əliyev paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi “10 C” ünvanında yerləşən boş ərazini özəlləşdirərək öz adına rəsmiləşdirib: “Orada 941.5 kvadratlıq iki mərtəbədən ibarət anbar, 132.2 kvadratlıq iki mərtəbədən ibarət ofis binası inşa edib. Bundan sonra, 2020-ci ilin aprel ayında geridə qalan boş sahəni hündür hasara almaqla bu hissədə yerləşən 37 ədəd bir neçə illik, böyük ağacları kəsərək tikinti aparmaq üçün hazır vəziyyətə gətirib. Bununla bağlı müraciətimizdən sonra mütəxəssislər əraziyə gələrək baxış keçirib”.

A.Ağayevin sözlərinə görə, N.Əliyev ağacları kəsdikdən sonra “burada ağaclar olduğu unudulan kimi tikintiyə başlayacağıq” deyib: “Ağaclar kəsilib, Hövsanda boş torpaq sahəsinə yığılıb. 37 ədəd ağacı kəsməklə ekologiyaya vurduğu ziyana görə Nəriman Əliyev cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Keçmiş deputat Nəriman Əliyev isə “Qafqazinfo”ya açıqlamasında ağac kəsdirməsi iddialarını qəbul etməyib: “O obyekt 2004-cü ildə tikilib və mənə məxsusdur, düz 16 il qabaq da onun üçün çıxarış alınıb. Bu şəxslər Ekologiya Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Hər iki qurumdan da həmin əraziyə baxış keçirilib və deyilib ki, onların iddiaları əsassızdır. Orada ağac kəsilməyib, kol-kos olub və onlar da təmizlənib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə sorğumuza cavab olaraq bildirdi ki, sözügedən məsələ ilə bağlı hazırda araşdırma aparılır.

Keçmiş deputat Nəriman Əliyev əlavə edib ki, bacısı oğlu Əfqan Abdullayev və onun işçisi Abutalıb Ağayevdən polisə şikayət etdiyi üçün həmin şəxslər onu ağac kəsilməsi iddiası ilə şantaj edirlər: “Əgər belə bir hadisə olubsa, bu barədə niyə indi məlumat verirlər? Onların işi Daxili İşlər Nazirliyində İstintaq İdarəsində araşdırılır. Mən “Ştutqart” MMC-nin təsisçisiyəm və bacım oğlu Əfqan Abdullayevi də direktor təyin etmişdim. Abutalıb Ağayev də şirkətin əməkdaşı olub. Onlar birlikdə şirkətin 10 milyon manatdan çox pulunu mənimsəyiblər. Bura özəlləşəndən sonra biz şirkətə dəyən ziyan haqda məlumat almışıq və DİN-ə müraciət etmişik. Həmin işdə də bu şəxslər ittiham olunurlar. İndi buna görə də onlar məni bu yolla şantaj edirlər”.
N.Əliyevin bacısı oğlu Əfqan Abdullayev isə saytımıza açıqlamasında bildirib ki, 2020-ci il sentyabrın 8-də dayısı Nəriman Əliyevlə yollarını ayırıb: “Biz hamımız oturub Nəriman Əliyevlə hesabat etmişik. “Ştutqart” MMC-nin paylarının 33 faizi mənim olub. Qalan 67 faiz isə Nəriman Əliyevdə olub.

2004-cü ildə mənim atam “Karkaz” şirkətini yaradıb və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla şərik olub. Daha sonra Nəriman Əliyev də gəlib pul yatıraraq bu işə qoşulub. Biz kasıb adamlar idik, Nərimanın isə pulu var idi. Eldar Mahmudovun obyektlərinə biz baxırdıq. 2015-ci ildə MTN-də baş verən hadisələrdən sonra Eldar Mahmudovla olan şərikliyə son qoyduq.

Daha sonra da “Ştutqart MMC”ni yaratdıq. 2021-ci ilin sentyabrında da Nəriman Əliyev bizim səhmləri alaraq pulumuzu verdi və onunla ayrılmışıq. Biz halallaşdıq, təhvil-təslim işlərini etdik. İndi oturub orada işi idarə edə bilmir deyə deyir ki, Əfqanın açdığı “Avtodetal” şəbəkəsi bizə zərər verir. Buna görə də bizə şər-böhtan atır. Guya biz oradan 25 milyon manat pul "yemişik". Qanun-qayda var, DİN-ə məktub yazdı və mən də gedib izahat verdim. Hazırda onun işçisi olan Orxan adlı şəxs də gəlib Nəriman Əliyevin verdiyi izahatları təkzib etdi.

Heç bir cinayət işi də açılmayıb. “Ştutqart”dan kim çıxıbsa, hər birinin adına 300-500 min məbləğ yazıb. Guya ki, bu qədər pul mənimsənilib. Ən çox da mənim adıma yazılıb - 15 milyon manat. Orada anbar müdiri olan Elşənin adı siyahıda yoxdur, amma onun fəhlələri yeyintidə ittiham olunur. Əgər bu pulları fəhlə “yemişdisə”, niyə anbar müdiri olan və Nəriman Əliyevin sinif yoldaşı olan Elşən vaxtında bu barədə məlumat verməyib?”

Abutalıb Ağayev qeyd edib ki, sentyabr ayında “Ştutqart” MMC-dən çıxan 64 nəfər maaşlarını ala bilmədikləri üçün dövlət qurumlarına müraciət ediblər: “Biz 64 nəfər eyni vaxtda işdən çıxıb “Avtodetal” şirkətində Əfqan Abdullayevlə işləməyə başladıq. Nəriman Əliyev isə oradan çıxanların maaşını vermədi. Ümumilikdə bizə 76 min manat maaş verməlidir. Orada biz maaşı tam rəsmi almırdıq. Məsələn, mənim maaşın 1500 manat idi, rəsmi olaraq 226 manat alırdım, qalan pulu isə şəxsən Nəriman Əliyev özü “paket”də verirdi”.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!