“Solo gənclik” layihəsinə start verilir .....                        İlham Əliyevdən Ağdam paylaşımı .....                        Fatma Mahmudova beyin infarktı keçirib .....                        Ukrayna Rusiyanı bu silahla ilk dəfə vurdu .....                        Kərim Vəliyev Pakistanda marşalla görüşdü .....                        İmran Xan azadlığa buraxıldı .....                        Ağdam sakinlərə şad xəbər - Köç bu tarixdə başlayacaq .....                        Avtobus zolaqlarına girənlər cəzalandırıldı .....                        QHT sədri ilə müsahibə .....                       
Tarix : 3-09-2013, 17:22
14 GÜNLÜK YAY MƏKTƏBİ UGURLA BAŞA ÇATDI…


14 GÜNLÜK YAY MƏKTƏBİ UGURLA BAŞA ÇATDI…


14 günlük yay məktəbimiz avqustun isti günlərindən biri sübh tezdən Heydər Əliyev havalimanından yola düşməklə başladı. Buna baxmayaraq Polşaya çatanda bizi Şərqi Avropanın sərin havası qarşıladı. 39 nəfərdən ibarət olan heyətimiz qarşımızda duran gərgin və maraqlı proqrama hazır idi. 14 günlük proqramımızda həftə içi səhər 9-da xarici professorların seminarları ilə başlayıb Qafqaz Universitetinin müəllimlərinin maraqlı və interaktiv proqramları ilə davam etdi. Dərslərimizi maraqlı edən səbəblərdən biri isə qloballaşan dövrdə tez-tez müzakirə obyekti olan Avropa İttifaqı və İnteqrasiya ilə əlaqədarmövzuların seçilməsi oldu. Günün ikinci yarısından sonrakı vaxtlarımız fərdi və kollektiv gəzintilər üçün nəzərdə tutulmuşdu. Həftə içi gəzintilərimiz Varşavanın Qədim Şəhərində, Lojenki parkında, İstiqlal Muzeyində və Kopernik adına texnologiya muzeylərində oldu. Bu yerləri gəzərkən şəhərin tarixi və İkinci Dünya müharibəsində Almanlar tərəfindən dağıdılması haqqında tarixi məlumatları da əldə etdik. Hətta İstiqlal müzeyində şəhərin yerlə bir edilməsinin canlı video lentini də izlədik. Bu müzeydə Varşavanı müdafiə edən əsgərlərin istifadə etdiyi silahları, əşyaları və paltarları yaxından izləmə imkanı əldə etdik. Həftə içi gəzintilərimizdən ən təsirli və yadda qalanı isə qədimliyini və əzəmətini qoruyub saxlamış Krakov şəhərinə oldu. Bu səfərimizin gərgin notları Almanlar tərəfindən AUSCHWITZ adlandırılan və yəhudilərin, polyakların və qaraçıların kütləvi şəkildə qazda boğularaq öldürüldükdən sonra sobalarda yandırılaraq külə çevirildikləri məkana səfərimiz oldu. Bu məkan hətta hər daşı ilə insana təsir edirdi. Əsirlərin kütləvi şəkildə köçürüldüyü dəmir yolu reyslərini gördükdə filmlərdə gördüyümüz səhnələri xatırlamamaq mümkün deyildi. Burdan sonrakı gəzintimiz isə əvvəllər bu ərazidə yerləşən dövlətlərin mərkəzi olan Krakov şəhərindəki kral sarayına oldu. Təpəlikdə yerkəşən qaladan şəhərin Vistula çayının qoluna açılan pəncərəsindən şəhərin ürəkaçan mənzərəsini seyr etdik. Səfərimiz günün sonuna yaxın İçəri şəhərdəki gəzintimizlə və 5 saatlıq maraqlı yol macəralarımızla başa çatdı. Həftə içi daha bir macəralı gəzintimiz isə meşədə piknikimiz oldu. Müəllimlərimizin hazıladığı yeməklərdən yemək vəonlarla meşədə azman hərdəfə ələ düşən fürsətlərdən deyil.

Həftə içi maraqlı informasiyalarla zəngin olan seminarlarımızdan əlavə Azərbaycanın Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri, Həsən Həsənovla görüşümüz proqramımıza daha da rəng qatdı. Onunla olan səmimi söhbətlərimizdən Polşa ilə Azərbaycan arasındakı tarixi dostluq səhifələrindən söz açıldı. Həsən Həsənovun rəhbərliyi ilə başlamış Polşada Azərbaycan izləri adlı layihə çərçivəsində görülən işlər isə hər birimizin rəğbətinə və sevincinə səbəb oldu. Görüşümüzün sonunda isə Səfir tələbələrin suallarını da cavabsız qoymadı.
Həftə sonu gəzintilərimizin isə bu proqramda xüsusi yeri oldu. 14gün ərzində Avropanın üç paytaxtında olmaq onların tarixi, mədəniyyəti, ənənələri ilə tanış olmaq həyəcan verici idi. İlk səfərimiz Avropanın ən gözəl şəhərlərindən biri olan Çexiya Respublikasının paytaxtına oldu. Tələbələrin ən çox marağına səbəb olan Praqada sanki arzularımızın şəhəri ilə qucaqlaşdıq. Çarlıs körpüsü üzərindəki gəzintimiz, axşam üstü Venesiyanı xatırladan Voltova çayında qayıqla Çarlıs körpüsünün altından üzüb keçməyimiz, keçmişdə kral sarayı olan hal-hazırda isə Prezident igamətgahı kimi istifadə olunan saraya gəzintimiz hər birimizin yaddaşında unutulmaz xatirəyə çevriləcəyinə şübhəmiz yoxdur.
İkinci həftə sonumuzu isə Almaniyanın paytaxtında keçirdik və üç paytaxtda olmağımız bizə bu məkanlarə müqayisə etmək imkanını da verdi. Berlin digər şəhərlərdən fərqli olaraq bahalılığı ilə diqqətimizi çəksə də fərqli görünüşü ilə də bizitəəccübləndirdi. Bir şəhər içində sanki iki mədəniyyətlə tanış olurduq. Berlin divarının Şərqində və Qərbində həyat eyni olsada tikililərdə fərqliliyi görməmək, tarixin qoxusunu hiss etməmək mümkün deyildi. Burdakı ən yadda qalan gəzintilərimiz isə Madam Tusso muzeyi, məşhur Berlin zooparkı oldu. Madam Tusso muzeyində dünyanın məşhur siyasətçilərindən tutmuş cizgifilm qəhrəmanlarınadək mumdan hazırlanmış fiqurları öz təbiiliyi ilə bizi heyran qoydu.

14 günlük yay məktəbimizi maraqlı edən səbələrdən biri də bu program daxilində iki nominasiyada fotosesiya yarışmasının və bədii yazı yarışmalarının keçirilməsi oldu. Qaliblər ayın 27-də sertifikatlarla təltif olunma mərasimində hədiyyələr əldə etdilər. Xatirə şəkilləri nominasiyasında Esmira Salamova, təbiət şəkilləri nominasiyasında isə Faiq Əliyəv qalib gəldi.Bədii yazı yarışmasının qalibi isə proqramımıza Azərbaycan neft Akademiyasından qatılan Moşu Vəkilov oldu.

Proqramımız avqust ayının 28-də Varşavadan Vətənə yola düşməyimizlə sona çatdı.

Bu yay məktəbi bilik və təcrübə əldə etməyimizdən əlavə səmimi dostluqların qurulmasında da bir cığır oldu. Bu cığırdan körpülər salmaq və gələcəkdə də belə maraqlı proqramların təşkil olunmasında iştirak etmək biz tələbələrin öhdəsinə düşür. Gələcək böyük layihələr ümidi ilə...

Ləman Məmmədli,
Beynəlxalq Münasibətlər Bölümü
5-ci kurs tələbəsi


Paylaş



Bölmə: Turan
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!