MİLLİ DƏYƏRLƏRİMİZ MƏNƏVİ GÜCÜMÜZDÜR .....                        Növbəti hədəfimiz Qərbi Azərbaycana qayıdışdır .....                        Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır - BƏYANAT .....                        Azərbaycanla Çin arasındakı sazişlərin DETALLARI .....                        Azərbaycanla Çin arasındakı sazişlərin DETALLARI .....                        İstanbulda məktəb və universitetlər üçün 2 günlük tətil elan edildi .....                        Ermənistana məlumat ötürməkdə təqsirləndirilənə hökm oxundu .....                        Türkiyəli spiker dağıdıcı zəlzələyə hazır olmağa çağırıb .....                        Xoşqədəm Hidayətqızına fəxri doktor adı verildi .....                       
Tarix : 1-04-2019, 07:48
Ədəbiyyat Muzeyində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Martın 31-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımı faciəsi: mərhələlər və ibrətlər” mövzusunda elmi sessiya keçirilib.
Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Soyqırımı faciəsinin unudulmamalı dərsləri” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, 31 mart -Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qürur, fəxarət qaynağı olan istiqlal tarixi, eyni zamanda onun qan yaddaşı, hüzn xatirəsidir. Qədim soykökü ilə qəhrəmanlıq, igidlik salnamələrində ad çıxaran türk xalqı XX əsrin başlanğıcında xain, fitnəkar düşmənimiz ermənilərin vəhşiliyi ilə üzbəüz qaldı. Hələ 1905-1906-cı illərdə Azərbaycanın müxtəlif bölgələrində saysız azərbaycanlı qətlləri ilə ürəklərə dağ çəkən erməni qaniçənləri 1918-ci ilin mart və aprel aylarında Bakı quberniyası və ona daxil olan Şamaxı, Quba, İrəvan, Naxçıvan, Qarabağ, Zəngəzur torpaqlarında azərbaycanlılara qarşı soyqırımı törədiblər.
R.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Ermənilər azərbaycanlıları qoca, qadın, uşaq fərq qoymadan qətlə yetirmişdilər. Bu hadisələr zamanı ermənilər xalqımıza qarşı tarixdə görünməyən vəhşilikləri törədiblər. Quba məzarlığı xalqımıza qarşı soyqırımı aktının əyani sübutudur. 1992-ci ildə Xocalıda soyqırımı törədilməsi isə ermənilərin insanlıqdan kənar hansı hisslərə sahib olduğunu bir daha göstərdi.
Qeyd edib ki, hadisənin təşkilatçıları soyqırımı aktının mahiyyətinin açıqlanmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə illərlə mane olmuş, azərbaycanlıların mənfi obrazını yaradaraq özlərinin qəsbkar torpaq iddialarını pərdələyiblər. Lakin Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini araşdırmaq, üzləşdiyi faciələri xatırlamaq və onlara işıq salmaq imkanı əldə etdi. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verildi və martın 31-i 1998-ci ildən Azərbaycan xalqının matəm, hüzn günü kimi yad edilir.
Elmi sessiyada “Soyqırımı tarixində Xocalı”, “Soyqırımı və talelər”, “Azərbaycanlıların soyqırımı-tarixi həqiqətlər” mövzularında məruzələr dinlənilib.
Ədəbiyyat Muzeyində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!