Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 23-02-2021, 16:10
Azərbaycandakı din xadimlərindən dünyaya müraciət

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər.

Müraciətdə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər.

Qeyd olunub ki, Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz həqarətlər edilib.

Müraciətdə bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başladı. Ermənistan silahlı qüvvələri azərbaycanlı hərbçilər, dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdi.

“Buna cavab olaraq Azərbaycan silahlı qüvvələri əks-hücum əməliyyatı həyata keçirdi, 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi.

Vətən müharibəsi gedişində Ermənistan ordusu Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirdi. Beynəlxalq hüquq normalarına məhəl qoymayan və 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirən təcavüzkar Ermənistan Azərbaycanın hərbi əməliyyatların baş verdiyi bölgələrindən uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən, Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ kimi iri şəhərləri ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan atəşə tutdu.

11 nəfəri uşaq olmaqla 94 mülki şəxsin qətlə yetirilməsi, 414 dinc sakinin yaralanması, 2465 yaşayış evinin, 97 çoxmənzilli binanın, 495 mülki obyektin dağıdılması, mahiyyət etibarilə, soyqırım siyasətinin davamı oldu. Ermənistanın atəşkəs imzalanmasından sonra minalanmış ərazilərin xəritəsini təqdim etməməsi insan tələfatında maraqlı olan Ermənistanın aqressiv xislətini səciyyələndirən daha bir nümunədir. Ermənistan tərəfinin 30 il ərzində torpağa basdırdığı minalar səbəbindən yüzlərlə mülki şəxs qurbana çevrilir - həyatını itirir, ömürlük əlil olur”.

Dünya ictimaiyyətinin diqqətinə çatdırılıb ki, hazırda Ermənistanın siyasi, ictimai və dini dairələri yenə də erməni terrorçuları və ekstremistlərinin faşizm xislətli əməllərinə dəstək verməklə öz xalqını yeni savaşlara təhrik edirlər.

“Erməni terrorçuları törətdikləri hərbi cinayətlərə görə hələ də beynəlxalq məhkəmələrdə mühakimə olunmamış, layiqli cəzalarını almayıblar. Xocalı soyqırımında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur. Bu soyqırımını törədən, öz xalqını işğalçı müharibəyə sürükləyən, erməni irqçi-faşist ideologiyasının banisi Njde Qareginə abidə ucaldan irqçilərin ədalət qarşısında cavab vermək zamanı gəlib çatıb”, - deyə müraciətdə vurğulanıb.

Azərbaycan dindarları və din xadimləri Azərbaycan xalqına qarşı Ermənistanın törətdiyi təcavüzü və vəhşiliklərə hüquqi-siyasi qiymət verməyə, Holokost, Ruanda, Srebrenitsa kimi, Xocalı faciəsini də bəşəri cinayət - soyqırımı aktı kimi tanımağa çağırıb.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili və Azərbaycandakı Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski imzalayıblar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!